Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-715/2023 28.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2023-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbi baxımından hazırki iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırarkən məlum olmuşdur ki, tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət etmişlər və onlar arasında xx.xx.2023-cü il tarixində müvafiq barışıq sazişi bağlanmışdır. Hazırda isə iddiaçı qarşı tərəfin barışıq sazişinin şərtlərinə riayət etməməsini bildirir və bu səbəbdən də məhkəməyə aliment tələbi ilə müraciət edir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qanunun qeyd olunan maddəsinin məzmunundan aydın olduğu kimi, maraqlı şəxs barışıq sazişinin icra olunmaması halında məhkəməyə qeyd olunan sazişin təsdiq edilməsi və müvafiq qaydada icraya yönəlməsi barədə müraciət edə bilər. Yəni tərəflər arasında barışıq sazişi ilə həllini tapmış bir mübahisəyə təkrarən mülki qaydada məhkəmədə baxılması yolverilməzdir. Bu səbəbdən məhkəmə, hazırki ərizənin mülki icraat formasında baxılmasını mümkün hesab etmir və iddiaçının yuxarıda göstərilən qanunun tələbini rəhbər tutmaqla qarşı tərəflə bağladığı barışıq sazişinin icra olunmadığı təqdirdə mavafiq barışıq sazişinin təsdiq edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. İddiaçıya izah olunsun ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin icra olunmadığı təqdirdə müvafiq barışıq sazişinin təsdiq edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-715/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-715/2023
28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver