Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-716/2024 29.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, Kreditor X1 Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kreditor X1 Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, əmrin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, tələb məhkəmə əmri qaydasında verilməsi üçün nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa; 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. 279.2.3-ci maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hazırki məhkəmə əmrini və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, kreditor borcludan müqavilə üzrə cərimə borcunun ödənilməsini tələb etsə də öhdəliyin gecikmə müddətini, o cümlədən göstərilmiş cərimə borcunun hansı qaydada hesablamasını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Bu isə öz növbəsində kreditorun irəli sürdüyü tələbini təsdiq edən heç bir sübutun olmaması kimi məhkəmə tərəfindən qiymətləndirilərək, tələbə məhkəmə əmri çərçivəsində baxılmasını istisna edir. Halbuki, mülki prosessual qanunvericilik birbaşa olaraq müəyyən etmişdir ki, tələbin məhkəmə əmri formasında irəli sürülməsi üçün əsas hal məhz kreditorun tələbinin aşkar olması və ya həmin tələbin borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Beləliklə, məhkəmə kreditor X1 Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, belə bir nəticəyə gəlir ki, məhkəmə əmrinin icraata qəbulundan imtina edilməlidir. Kreditora (ərizəçi) qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 278-ci maddəsini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Kreditor X1 Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin icraata götürülməsindən imtina edilsin. Sənədlər və dövlət rüsumu 100 manat (qəbz 30070) ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-716/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-716/2024
29.03.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver