Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-72/2024 11.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “uşağın atanın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı uşağın atanın yanında qalmasının müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il tarixdə anadan olmuş X12 onun himayəsində saxlanılmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş rüsumun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X14 ilə 2008-ci ildə ailə qurmaqla, nikahı Sabirabad rayon Çöl-Beşdəli kənd İcra Nümayəndəliyində 13 noyabr 2009-cu il tarixdə rəsmi qeyd etdirmişlər. Onların birgə nikahından 18 may 2010-cu il tarixdə X19 adlı bir övladı anadan olmuşdur. Ailə qurarkən cavabdehin birinci nikahından X6 adlı qızı var idi. O, Sevili övladı kimi qəbul etmişdir. X14 aralarında heç bir səbəb olmadan nikahın pozulması ilə əlaqədar Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X14 ilə İddiaçı ilə Sabirabad rayonu ÇölBeşdəli kənd icra nümayəndəliyində 13 noyabr 2009cu ildə 18 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan 18 may 2010-cu ildə anadan olmuş X12 X9 yanında qalması müəyyən edilmiş, cavabdeh İddiaçı 03 may 2019-cu il tarixdən başlayaraq 18 may 2010-cu ildə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X10 verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə qeyd edilmiş aliment məbləğini vaxtında ödəmişdir. O, Ağdam rayonunda işdə olarkən axşam saatlarında cavabdehin qardaşı Elsevər Ağamalıyev tərəfindən ona cavabdehin uşaqları evdən qovması barədə məlumat vermişdir. O, səhər tezdən gəlib Şirvan şəhərinə çatmışdır. Ona övladları cavabdeh tərəfindən evə kənar şəxslərin gətirməklə uşaqların gözü qarşısında əxlaqsız hərəkətlər etmələrini, müxtəlif təzyiqlərə məruz qalmalarını, onunla ünsiyyətdən çəkinmələrinə məcbur edilmələrini, döyülmə hallarını və s. danışmışlar. Hazırda onun yaşayış yeri olmaması səbəbdən uşaqları Elsevər Ağamalıyevin himayəsindədirlər. Cavabdeh X14 birgə nikah dövründə anadan olmuş uşağın saxlanması ilə ələqadar maddi cəhətdən köməklik göstərmədiyindən, aliment məbləğinin tutulması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən mediatora müraciət etmiş, mediasiya prosesində tərəflər arasında barışıq əldə edilmədiyindən, mediasiya prosesinin keçirilməsindən imtina edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 18 may 2010-cu ildə anadan olmuş X12 onun himayəsində saxlanılması, Şirvan Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(032)-871/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilməsi və birgə nikahdan 18 may 2010-cu ildə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə X7 ilə olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş 18 may 2010-cu ildə anadan olmuş X12 anasının yanında qalması müəyyən edilmişdir. Uşaq anasının yanında qaldığı müddətdə məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti vaxtında ödəmişdir. Lakin artıq bir ildən çoxdur ki, Ruxsarə onun uşaqlarını evdən qovmuş, uşaq hazırda onun yanında yaşayır, uşağın qayğısına özü qalır. Övladı anası ilə yaşadığı dövrdə anası ona şiddət göstərmiş və evə yad adamlar gətirmişdir. Qeyd olunan səbəblərdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X4 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X3 qeydiyyatda olduğu ünvandan köçməsi səbəbindən məhkəmə bildirişi geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci və 185-ci maddələrinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şirvan şəhər İcra Hakimiyyətinin və Sabirabad rayonu İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 73.1-ci maddəsinə görə uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. AM-in 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. İş materiallarında olan : Şirvan Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(032)-871/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh İddiaçı ilə Sabirabad rayonu Çöl-Beşdəli kəndi icra nümayəndəliyində 13 noyabr 2009-cı ildə 18 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 18 may 2010-cu ildə anadan olmuş X12 iddiaçı X8 yanında qalmasının müəyyən edilməsi, cavabdeh İddiaçı 03 may 2019-cu il tarixdən başlayaraq 18 may 2010-cu ildə anadan olmuş X12 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 29 dekabr 2023-cü il tarixli 5-8/2-2072/2023 saylı rəyindən görünür ki, Komissiya yetkinlik yaşına çatmayan X12 hazırda atası İddiaçı ilə birlikdə Sabirabad rayonu Zalqarağac kəndində yaşadığını, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1530/2023 nömrəli qərardadı ilə xx.xx.2010-cu il təvəllüdlü X12 valideynlərin hansının yanında qalmasının müəyyən edilməsi ilə bağlı əsaslandırılmış rəyin təqdim edilməsinin eyni zamanda Sabirabad rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”na tapşırıldığını nəzərə alaraq, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X12 mənafeləri üstün tutulmaqla valideynlərin hansının yanında qalmasının Sabirabad rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” nın rəyinə və məhkəmənin mülahizəsinə əsasən müəyyən edilməsini məqsədəuyğun hesab edir. Sabirabad rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 28 mart 2024-cü il tarixli 5-70-4/2-374/2024 saylı rəyindən görünür ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən 07 dekabr 2023-cü il tarixli 2(032)-1530/2022 saylı məktubu əsasında Sabirabad rayonu Zalqarağac kənd sakini X15 ərizəsi əsasında araşdırılma aparılmışdır. Müəyyən olunmuşdur ki, Sabirabad rayonu Zalqarağac kənd sakini İddiaçı, Şirvan şəhəri S.Vurğun küçəsi ev 10 mənzil 25-də qeydiyyatda olan X14 ilə 2008-ci ildə ailə həyatı qurmaqla 13 noyabr 2009-cu ildə rəsmi nikahlarını qeydə aldırmışlar. Onların rəsmi nikahlarından 18 may 2010-cu il tarixdə X19 adlı övladları anadan olmuşdur. Lakin bu ailədə narazılıq yarandığından onlar ayrılmışlar. İddiaçı rayon İcra Hakimiyyətinə dəvət olunmuş, söhbət zamanı o, övladı 18 may 2010-cu il təvəllüdlü Fateh Hacıyevin onun yanında yaşadığını bildirmişdir. X1 və Himayəçilik komissiyasına dəvət ya olunmuş onunla söhbət aparılmış və o, 10 yaşdan yuxarı olduğu üçün izahat təqdim edərək atasının yanında qalmaq istədiyini bildirmişdir. Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası yuxarıda qeyd edilənlərlə bağlı bildirir ki, 18 may 2010-cu ildə təvəllüdlü X12 atası İddiaçı yanında qalmasını məqsədəmüvafıq hesab edir. AM-in 49.3-cü maddəsinin tələbinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Məhkəmə diqqətə çatdırır ki, AM-in 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Beləliklə, yuxarıda qeyd edilən normadan da görünür ki, qanunvericilik 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmasını ehtiva edir. Həmçinin AM-in 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə iclasında Sabirabad rayonu Ağaşirin Mikayılov adına Zal-Qarağac kənd tam orta məktəbin pedaqoqu X5 iştirakı ilə xx.xx.2010-cu il təvəllüdlü X19 bildirdi ki, hazırda atası İddiaçı yanında qalır. 1 (bir) il olar ki, anasını görmür. Əvvəllər anası ilə münasibətləri normal olsa da, sonradan anasının ona qarşı münasibəti pisləşmişdir. Bacısı ona bildirmişdir ki, evlərinə yad oğlan gəlir, daha sonra özü də bunun şahidi olmuşdur. Həmin oğlan axşamlar da onların yaşadığı evdə qalmışdır. Anası onu döymüşdür. Gələcəkdə də atasının yanında qalmaq istəyir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şirvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının və Sabirabad rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının gəldiyi nəticə ilə razılaşıb, habelə xx.xx.2010-cu il təvəllüdlü X12 atasının yanında qalması barədə fikirini nəzərə alıb hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X12 atası İddiaçı yanında qalması müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşağın atasının yanında qalması anaya mane olmur ki, istədiyi vaxt onunla qarşı tərəfin razılığı və bu mümkün olmadıqda isə məhkəmə qərarı əsasında ünsiyyət saxlasın və onların tərbiyəsi, inkişafı üçün istənilən dəstəyi versin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi,uşağa qulluq,onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan cavabdeh X3 uşağını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını nəzərə alıb hesab edir ki, cavabdeh X2 xx.xx.2010-cu il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X12 atasının İddiaçı yanında saxlanılması müəyyən edilməli, Şirvan Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(032)-871/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilməli və cavabdeh X2 xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektıv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbıq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmış qüvvəsi yoxdur. MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı Hacıyev X16 1 saylı Mediasiya təşkilatının hesabına 50 (əlli) manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti X2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. İddiaçı və cavabdeh X3 birgə nikahından 18 may 2010-cu il tarixdə anadan olmuş X12 atasının İddiaçı yanında saxlanılması müəyyən edilsin. Şirvan Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(032)-871/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilsin və cavabdeh X2 06 oktyabr 2023-cü il tarixdən başlayaraq 18 may 2010-cu il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti X2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-72/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-72/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver