Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-724/2024 27.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(032)-552/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh 10 oktyabr 2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin formasının dəyişdirilərək yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin müəyyən edilməsini tələb etmişdir. Tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə nikahı 29 aprel 2015-ci il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən 203 nömrə ilə rəsmi qeydə aldırmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 10 oktyabr 2018-ci il tarixdə X5 adlı övladı doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-552/2023 saylı məhkəmə qəmaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan 10 oktyabr 2018-ci il tarixdə doğulmuş X1 onun himayəsində saxlanılması, 10 oktyabr 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh hal-hazırda Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətində baş çavuş rütbəsində sürücü vəzifəsində işləyir. Hal-hazırda aldığı aliment məbləği ilə övladının saxlanılmasında ciddi şəkildə çətinlik çəkir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, ərizə göndərərək iddia tələbi ilə razı olduğunu, iddianın təmin edilməsini etiraz etmədiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsinə, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : Şirvan şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(032)-552/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Şirvan şəhər qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 203 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası-İddiaçı yanında saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(032)-552/2023 saylı qərardadının surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-552/2023 saylı qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi, qətnamənin nəticə hissəsində “xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 140 manat sabit pul məbləğində aliment tutulsun” əvəzinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulsun” kimi oxunması qərara alınmışdır. AZ-İV seriyalı 198112 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci ildə Şirvan şəhərində doğulmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə X3 qeyd edilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bu arayış Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator X2 tərəfindən İddiaçı “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinə uyğun olaraq verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı ona qarşı olan alimentin tutulma qaydasının dəyişdirilməsinə dair iddia tələbi ilə razı olduğunu, iddianın təmin edilməsini etiraz etmədiyini bildirmişdir. Cavabdeh ərizəsinə əlavə etdiyi Azərbaycan Beynəlxalq Bankı hesabdan çıxarışdan görünür ki, Cavabdeh orta aylıq əmək haqqı 877 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda,alimentin miqdarı sabit pul məbləğində müəyyən edilə bilər. Eyni zamanda sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin formasının dəyişdirilməsini əvvəllər müəyyən olunmuş alimentin cavabdeh tərəfindən vaxtı-vaxtında ödənilməməsi və aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur . Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinin: 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 5-ci hissəsinə əsasən əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi əmək haqqına əlavələr əmək haqqının tərkib hissəsidir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, bu hal İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-552/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin forması dəyişdirilərək Cavabdeh 10 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alınaraq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın qiyməti (877x1/4= 219,25; 219,25 x 12 = 2631; 2631- 1000=1631 ; 1631 x 1%=16,31; 16,31+30 =46,31) 1000 manatdan yuxarı olduğundan Cavabdeh 46 manat 31 qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-552/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh 10 oktyabr 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində tutulan alimentin forması dəyişdirilsin. Cavabdeh 10 oktyabr 2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasını əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu üçün 46 manat 31 qəpik məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-724/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-724/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver