Məhkəmə qərarları › İş №2(032)-812/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-812/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-812/2024 09.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehlə mərhum anası X6 birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə mərhum anası X6 birgə nikah dövründə alğı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilərək verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 50 m2 olan mübahisəli 21 saylı fərdi yaşayış 1 sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ct il tarixində verilmiş tam mülkiyyətçi qismində qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında mülkiyyətçisidir. Hazırda həyat yoldaşı X7, 2012-ci il təvəllüdlü qızı X18, 2014-ci il təvəllüdlü qızım X16 və 2015-ci il təvəllüdlü oğlu X17 ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh mübahisə predmeti olan mənzili 1997-ci il tarixində alqı-satğı müqaviləsi əsasında aldıqdan sonra o və digər ailə üzvləri birlikdə həmin evə köçmüşlər. Həmin tarixdən hal-hazıradək ailəsilə birlikdə orada yaşayır və bu müddət ərzində öz vəsaiti ilə evin təmir işlərinə küllü miqdar maddi vəsait xərcləmişdir . Cavabdeh adı çəkilən evi anası X21 birgə nikah dövründə almışdır. Anası xx.xx.2018-cı ildə ölmüşdür. Anası yaşadığı müddətdə cavabdeh onun və ailəsinin evdən çıxmasını tələb etməmiş, həmin vaxtadək onun onlarla olan münasibəti olduqca yaxşı olmuşdur. Lakin o, anası vəfat etdiyindən ikinci dəfə ailə həyatı qurduqdan sonra onunla olan mehriban münasibətini kəsərək evdən çıxmaqlarını tələb etmişdir. Qeyd olunduğu kimi mübahisəli ev mərhum anası X11 cavabdehlə birgə nikahda olduğu dövrdə alınmışdır. Ev alındıqdan sonra mülkiyyət hüququ əsası ilə rəsmiləşdirilməmiş, lakin mərhu anamın ölümündən sonra cavabdeh öz adına rəsmiləşdirmişdir, Ancaq mübahisəli ev anasının ölümündən sonra mülkiyyət hüququ əsası ilə cavabdehin adına rəsmiləşdirilmiş olsa da belə, mərhum anası X21 ilə birgə nikah müddətində və həmin dövürdə əldə olunmuş vəsaitlə alınmışdır. Bu səbəbdən də mərhum anası mübahisəli ev üzrə pay sahibidir. Qanunvericiliyə əsasən mərhum anasının vərəsələri ondan miras qalmış əmlak üzrə pay sahibi hesab olunurlar. Mübahisə məhkəmədən kənar qaydada həll olunmadığından cavabdehə qarşı “Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum X8 miras qalmış hissədən vərəsə olaraq pna çatan pay tələbi“ ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. İş üzrə Cavabdeh iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh olaraq onlar İddiaçı və X3 qarşı cavabdeh İddiaçı: Həsənbala oğluna 5000 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması, digər cavabdeh X2 mənzildən məcburi qaydada ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək cavabdeh X22 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması X2 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlə mərhum anası X6 birgə nikah dövründə alğı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın hissəsinin müəyyən edilərək ona verilməsi və həmin evin mülkiyyət hüququ əsası ilə cavabdehin adına qeydiyyata alınmasına dair çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, izahat verərək bildirdi ki, mübahisəli ev mərhum anası N.Quliyeva ilə Cavabdeh birgə nikah dövründə olduğu vaxt alınmışdır. Mübahisəli ev mülkiyyət hüququ əsasında rəsmiləşdirilməmişdir. Lakin mərhum anasnın ölümündən sonra cavabdeh öz adına rəsmiləşdirmişdir. Qeyd olunan evə anasının mülkiyyət payı vardır ki, onun vəfatından sonra onun vərəsələri həmin mirasa əmlak üzrə pay hüququna malikdirlər. Mübahisəli ev 1997-ci ildə alqı-satqı müqaviləsi əsasında alınmışdır. Həmin vaxtdan o və ailəsi həmin mübahisəli evdə yaşayırlar. Anası N.Quliyeva xx.xx.2018-ci il tarixdə vəfat etmiş, cavabdeh anası vəfat edənə qədər onlara qarşı heç bir tələb irəli sürməmişdir. Lakin anasının vəfatından sonra cavabdeh ikinci dəfə ailə qurmuşdur və həmin vaxtdan sonra onlara qarşı münasibətdə dəyişmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və Vəkil iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır ki, iddiaçıya kompensasiya verilməklə istifadə hüququna xitam verilmişdir. İş hazırda icra şöbəsində icra olunmaqdadır. Bununla yanaşı iddiaçının anası ilə cavabdeh birgə nikahda olduğu vaxt əmlak əldə edib rəsmiləşdirməmişdir. Bu səbəbdən də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X19 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində ensefolaziya səbəbindən vəfat etmiş, bu barədə ölüm kitabının 2711.18 səhifəsində 456 nömrə ilə qeydiyyat aparılmışdır. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bu arayış Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator X12 tərəfindən İddiaçı “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinə uyğun olaraq verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Şirvan şəhəri Ərəblinski küçəsi ev 21 saylı fərdi yaşayış evi Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Ərəblinski küçəsi ev 21 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına tam pay xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.1998-ci il tarixli müqavilənin surətindən görünür ki, X9-Bayramlı şəhəri Ərəblinski küçəsi ev 21 ünvanında yerləşən 60 kv.m metr torpaq sahəsində yerləşən 1995-ci ildə mişar daşdan tikilmiş , bir mərtəbəli, iki otaqlı,ümumi sahəsi 101.24 k.m olan, yaşayış sahəsi 50.4 kv.m dən ibarət olan fərdi yaşayış evini Cavabdeh satmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-949/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı 5000 manat kompensasiya məbləği ünvan 1 ünvanında qeydiyyatda olan yalnız cavabdeh İddiaçı verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı və digər cavabdehlər X7, 2012-ci il təvəllüdlü qızı X18, 2014-cü il təvəllüdlü qızı X16 və 2015-ci il təvəllüdlü oğlu X4 ünvan 1 ünvanında məcburi çıxarılması tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)949/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul olunması, iddiaçı Cavabdeh Həsəbala oğlu tərəfindən cavabdeh X22 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması, cavabdeh X2 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1621/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin 09 sentyabr 2024-cü il tarixli 1082 nömrəli məktubundan görünür ki, X11 adına Şirvan şəhər 1 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən 04 sentyabr 2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, Cavabdeh Bağırova (Quliyeva) Nigar Mürşüd qızının xx.xx.1980-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 131 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsindən daxil olmuş məktubdan görünür ki, Cavabdeh ilə X6 birgə nikahlarından doğulmuş uşağın doğumu üçün müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış Şirvan şəhər qeydiyyat şöbəsinin iki akt qeydi aşkar olunmuşdur. Həmin məktuba əlavə edilmiş iki akt qeydindən görünür ki, xx.xx.1982-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş İddiaçı və xx.xx.1996-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X13 atası Cavabdeh, anası X14r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.1981-ci ildə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X15 atası Cavabdeh, anası X14r. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 19 avqust 2024-cü il tarixli 5-8-1/2-565/2024 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında hal-hazırda Cavabdeh, İddiaçı və X5 qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3-cü bəndinin məzmunundan görünür ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh alıcı Cavabdeh ilə satıcı X25 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə bu hissədə hesab edir ki, birgə nikah dövründə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi nəticəsində (əvəzli olaraq) əldə edildiyindən tərəflərin ümumi birgə mülkiyyəti hesab olunmalıdır. Həmin əmlakın bölünməsi zamanı payların müəyyən edilməsinə gəldikdə, məhkəmə hesab edir ki, Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı fərdi yaşayış evinin bölünməsi zamanı tərəflərin bu əmlakdakı payları bərabər hesab olunmalı, X6 və Cavabdeh hər birisinin 1/2 payı müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsinə əsasən İddiaçı və həyat yoldaşı cavabdeh X1 ödənilməklə onların istifadə hüququna xitam verilməsi və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması qət olunsa da, bu onun qanuni vərəsə olaraq həmin mənzildən pay əldə etmək hüququna təsir etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əssən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o , mirası tamamilə qəbut etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə mirasın qəbul edilməsinin 2 üsulu vardır:1) vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verdikdə, 2) vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda. Vərəsə miras açıldığı gündən altı ay ərzində mirası qəbul edə bilər. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı evdə yaşamaqla əmlakı faktiki idarə etdiyindən mirası qəbul etmişdir . Belə olan halda isə məhkəmə göstərilənləri nəzərə alıb ,hesab edir ki, miras qalmış əmlak (Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı fərdi yaşayış evi ) X19 və Cavabdeh ilə birgə nikah dövründə əldə edildiyindən X6 payı 1/2 hissə müəyyən olunmalı, digər qalan 1/2 pay hissəsi isə 4 nəfər vərəsə arasında, yəni X6 payı üzrə onun 3 övladı ( İddiaçı, X13, İddiaçı) və həyat yoldaşı arasında bölünməli, miras əmlaka İddiaçı 1/8 payı müəyyən edilməklə, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə Şirvan şəhər Ərəblinski küçəsi 21 saylı fərdi yaşayış evin mülkiyyət hüququ əsası ilə cavabdehin adına qeydiyyata alınmasına dair çıxarışın ləğv olunması tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, bu hissədə iddia təmin olunmamalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, alıcı Cavabdeh ilə satıcı X23 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilməli, bununla da iddia qismən təmin edilməlidir . Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar