Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-823/2025 12.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma formasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-625/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 30 manat, cəmi 90 manat sabit pul məbləğində , həm də qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması hissəsində dəyişdirilərək , xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2014cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 240 manat, cəmi 480 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, hazırda ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi təlabatları artdığı üçün o iş üzrə Cavabdeh qarşı aliment formasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər məhkəməsinə müraciət edir. İş üzrə Cavabdeh uşaqlara ödədiyi 60 manat aliment uşaqların maddi təlabatlarına halhazrda çatmır. Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli, ilkin medyasiya sessiyasında iştirak edilməməsi barədə iddiaçı ilə cavabdeh arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iddiaçının izahatnı dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-625/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X1 Cavabdeh ilə Əli Bayramlı şəhər Nikah evində 28 noyabr 2003-cü ildə 351 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2005-ci ildə anadan olmuş X4, xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X5 iddiaçı X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2005-ci ildə anadan olmuş X4, xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün eyni zamanda həm hər ay hər uşaq üçün 30 manat, cəmi 90 manat sabit pul məbləğində,həm də qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment alınaraq iddiaçı X2 verilməsi,alimentin tutulmasının əvvəlinin 20 aprel 2021-ci il tarixdən hesablanması, aliment tutulması hissədə qətnamənin dərhal icra edilməsi,qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bu arayış Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator X7 tərəfindən İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.3-cü maddəsinə uyğun olaraq verilmişdir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, alimentin miqdarı sabit pul məbləğində müəyyən edilə bilər. Eyni zamanda sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-1-ci yarımbəndə əsasən “Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, bu hal İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Ona görə də, məhkəmə qeyd olunanları, həmçinin cavabdehin hazırda rəsmi iş yerinin olmaması halını nəzərə alıb hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-625/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilərək Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində (400x0.46=184) sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (368-267.5=100.5 manat, 100.5 x 12 = 1206 manat, 1206-1000=206; 206 x 1%= 2,06; 30+2,06=32,06), cavabdehdən 32 manat 06 qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220, 227, 358, 360 və 362ci maddələrini rəhbər tutaraq Qətetdi: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-625/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh dövlət rüsumu üçün 32 (otuz iki) manat 06 (altı) qəpik məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-823/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-823/2025
12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver