Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-828/2023 14.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçılar X1 və X4 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar X3 və X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6142 manat məbləğində pulun və ödənilmiş 82 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh vaxtı ilə Şirvan şəhəri, Nəsimi küçəsində qonşusu olmuşdur. Münasibətləri qonşu kimi yaxşı olduğundan yaşadıqları evə gələrək borc pul lazım olduğunu bildirmişdir. Nağd pulun olmamasını, lakin özünə məxsus olan qızıl-zinət əşyalarının olmasını bildirmişdir. X2 birbank kartından 1000 manat məbləğində pulun əlavə edilməsini təklif etdi. Səhəri gün, yəni, 04 oktyabr 2022-ci il tarixdə Cavabdeh yaşadıqları ünvana gələrək 14 qram 750 əyarlı komplekt dəst olan (1 ədəd üzük, 1 cüt sırğa və 1 klon) 3100 manat, 06 qram 585 əyarlı 1 ədəd sep klonu ilə birlikdə 620 manat, 03 qram 585 əyarlı 1 cüt sırğa 270 manat, 02 qram 585 əyarlı klon 190 manat, 03 qram 750 əyarlı bir ədəd üzük 600 manat, satışda olan 4 ədəd (2 üzük, 1 sırğa, 1 klon) 1122 manat, 1000 birbank kredit çəkib vermiş, 1240 manat ödəmək şərti ilə hər ay 124 manat, ümumilikdə 7142 manat olmaqla bir ay müddətinə qaytaracağı barədə razılığa gəlmişlər. Sonradan cavabdeh götürdüyü qızılların və pulun qaytarılmasına müxtəlif bəhanələrıə yayınmışdır. Həyat yoldaşı İddiaçın oğlu cavabdehi yaşadıqları evə dəvət edərək borcun qısa müddətə ödənilməsini tələb etmişdir. Cavabdehin borclu olması barədə videoçəkiliş aparmışdır. Cavabdeh borclu olduğu məbləğdən 500 manat pul qaytarmışdır. Həyat yoldaşı İddiaçı cavabdehin əri ilə danışıqları olmuşdur. Cavabdeh ötən ay 500 manat olmaqla, cəmi 1000 manat pul qaytarmışdır. Cavabdeh hazırda 6142 manat məbləğində borcu vardır. İddiaçılar X3 və X5 məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan İddiaçı əsl iddiaçı qismində işə cəlb edilməyini xahiş etmişlər. Məhkəmənin müvafiq qərarı ilə X3 və X5 əsl İddiaçı ilə əvəz edilmişlər. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək ərizə təqdim edərək iddianı etiraf etdiyini, maddi problemləri ilə əlaqədar iddiaçıdan borca qızıl götürdüyünü, hazırda həmin qızılları qaytara bilmədiyini və ümumilikdə 6142 manat məbləğində iddiaçıya borcu olduğunu, gələcəkdə hissə-hissə ödəyəcəyini bildirdi. İddiaçı tərəfindən təqdim edilmiş “İddiaçı 04 oktyabr 2022-ci il tarixdə 2500 manat pul borc almış, xx.xx.2023-cü il tarixdə qaytaracağı barədə”, “İddiaçı yerdə qalan 4052 manat pulun 3826 manatını kredit evində batan qızılların puludur. 226 qalan borcdur. xx.xx.2023-cü il tarixə qədər qaytaracam”, “Cavabdeh tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə axşam 3000 manat məbləğində pulu gətirəcəyi barədə, qalan hissəni isə hər ay 500 manat ödəyəcəyi” barədə qəbzlərin öz xətti ilə yazıldığını və təsdiq etdiyini bildirmişdir. Göstərilən borcdan 1240 manat məbləği o iddiaçıya məxsus kartdan çıxarmışdır və həmin pulu da ümumi borca daxil edilməklə gələcəkdə ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh tərəfindən yazılan və imzalanan qəbzin surətindən görünür ki, İddiaçı 04 oktyabr 2022-ci il tarixdə 2500 manat pul borc almış, xx.xx.2023-cü il tarixdə qaytaracağı barədə imza etmişdir. Cavabdeh tərəfindən imzalanan qəbzin surətindən görünür ki, İddiaçı yerdə qalan 4052 manat pulun 3826 manatını kredit evində batan qızılların puludur. 226 qalan borcdur. xx.xx.2023-cü il tarixə qədər qaytaracam” göstərilmişdir. Cavabdeh tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2023cü il tarixdə axşam 3000 manat məbləğində pulu gətirəcəyi barədə, qalan hissəni isə hər ay 500 manat ödəyəcəyi barədə imza etmişdir. “Tural” qızıl dükanının arayışına göstərilmişdir ki, 14 qram 750 əyyarlı komplekt dəst (sırğa, üzük, klon) bazar dəyəri 2100 manat, 6 qram 585 əyyarlı boyunbağı+klon bazar dəyəri 600 manat, 3 qram 585 əyyarlı sırğa bazar dəyəri 300 manat, 2 qram 585 əyyarlı klon bazar dəyəri 200 manat, 3 qram 750 əyyarlı brilyant kişi üzüyü bazar dəyəri 600 manat, 4 qram 585 əyyarlı qadın üzüyü bazar dəyəri 400 manat, 3 qram 583 əyyarlı paxlava qadın üzüyü bazar dəyəri 260 manat, 4 qram 585 əyyarlı sırğa baar dəyəri 400 manat, 5 qram 585 əyyarlı klon bazar dəyəri 500 manat, cəmi 5360 manat təyin edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Cavabdeh İddiaçı 6142 manat məbləğində borclu olması və həmin borcu qaytarmaması həm iddiaçı tərəfin həmçinin də cavabdehin özünün etirafı ilə sübuta yetirildiyindən məhkəmənin qənaəti budur ki, iddia təmin edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə xərcləri ödənilmiş 82 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 82 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6142 (altı min yüz qırx iki) manat pul və dövlət rüsumu kimi ödənilmiş 82 (səksən iki) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-828/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-828/2023
14.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver