Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-829/2023 04.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçılar X10, X6 və vəkili Vəkil1, Cavabdeh1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar X10, X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə köçürülmə və evə köçürülmə ilə bağlı olunan maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X10, X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atalarından miras qalmış mülkiyyətlərində olan Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C ( Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri, evə köçürülmə ilə bağlı olunan maneələrin cavabdehlərə qadagan edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləgində pulun və eləcə də, vəkil xidmətləri üçün banka ödənilən 120 (bir yüz iyirmi) manat məbləgində xərcin cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ataları X7 X2 ilə 1954-cü ildə rəsmi nigaha girərək, ailə həyatı qurmuşdur. Onların birgə nikahından 1955-ci il təvəllüdlü X9, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1957-ci il təvəllüdlü X18 oglu, və xx.xx.1959-cu il təvəllüdlü Şamedova (Əliyeva) Gülüstan Arastun qızı dünyaya gəlmişdir. X2 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində “Septik endokarut” xəstəliyindən, ataları X7 isə xx.xx.1986-cı il tarixdə “Kəskin miokard infarkt” xəstəliyindən Şirvan şəhərində vəfat etmişlər. X1 məxsus ünvan 2 ünvan Agamirzə Əhmədov küçəsi, ev 17) ev 17 saylı ünvanda yerləşən 1033.0 kv.metr ərazini əhatə edən həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində 1970-ci il tarixdə inşa edilmiş ümumi tikinti sahəsi 113.9 kv.m təşkil edən 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. Həmin ev şəxsi mülkiyyət hüququ ilə atalarına məxsus olmuş və ona bu barədə xx.xx.1970-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, X3 Bürosu tərəfindən evin texniki pasportu verilmişdir. Qeyd etmək istəyirik ki, qanun üzrə vərəsələrdən 1955-ci il təvəllüdlü böyük qardaşları X9 xx.xx.2017-ci il tarixdə ürəyin hipertenriv xəstəliyindən Şirvan şəhərində vəfat etmişdir. Qardaşları vəfat edənədək qanun üzrə vərəsələr ata mülkləri faktiki qəbul edib yaşadıqlarından miras əmlak barədə aralarında hər hansı bir mübahisə olmamışdır. Qardaşları vəfat edəndən sonra, onun uşaqları 1984-cü il təvəllüdlü Cavabdeh2 oglu, 1985-ci il təvəllüdlü Cavabdeh1 oglu və 1990-cı il təvəllüdlü Cavabdeh3 oglu onlarla (vərəsələrlə) mübahisə etdilər ki, bu miras əmlak atalarına məxsusdur və o, vəfat edəndən sonra bu əmlak onlara çatmalıdır. Belə oldugu təqdirdə, hüquqlarını müdafiə etmək məqsədilə “miras əmlaka qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünməsi” iddia tələbi ilə Şirvan şəhər məhkəməsinə müraciət etmişlər. Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişlər və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 894/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Şirvan şəhər məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3580/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləgv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Mülki işə təkrar apellyasiya məhkəməsində baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-265/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləgv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, miras qoyan X14 ogluna məxsus olmaqla ünvan 3 ünvanda yerləşən 100 kv.m ümumi sahədən ibarət 1970-ci ildə inşa olunmuş fərdi yaşayış evi, 919,1 kv.metr həyətdən, digər tikililər də daxil olmaqla ümumilikdə 1033.0 kv. Metr sahədən ibarət həyət evində iddiaçılar İddiaçı1 oglu, X18 oglu və mərhum X16 oglunun hər birinin üçdə bir hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh1 oglu kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3463/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-265/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Mülki iş üzrə məhkəmə qətnamə və qərarları qanuni qüvvəsini almış və İddiaçı1 oglu atadan miras qalmış fərdi yaşayış evinə olan hüquqlarını dövlət qeydiyyatına aldırmış və ona bu barədə qeydiyyat nömrəsi **********, xx.xx.2022-ci il tarixli çıxarış verilmiş və çıxarışda həmin ünvan yenilənərək Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 kimi qeyd edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 oglu və X18 oglu mülkiyyətlərində olan həmin evə köçüb yaşamaq istəmişlər, lakin həmin evdə yaşayan mərhum qardaşları X4 oglu Cavabdeh1 oglu onları evə buraxmamış və onların mülkiyyətlərindən dinc şəkildə istifadə etmələrinə maneə yaratmışdır. İddiaçılar belə olduğu təqdirdə mübahisə edib vəziyyəti gərginlik halına, cinayət həddinə çatdırmamış, cavabdehlərin xüsusən həmin evdə ailəsi ilə birlikdə yaşayan Cavabdeh1 oglu tərəfindən olunan psixi və fiziki maneələrinə son qoyulması üçün və mülkiyyətlərində olan evlərinə köçürülmələri üçün məcbur qalıb məhkəməyə əlavə iddia tələbi ilə müraciət edirlər. Belə oldugu təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar X10 və X6 vəkili Vəkil1 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahatında iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, vəkillərin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********17- 10301 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 C, yeni qaydalarla AZ 1802, Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi giriş 190 saylı evin 1/3 hissəsinə İddiaçı1 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.1, 152.5). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1656/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs Əliyeva (Şamedova) Gülüstan Arastun qızına qarşı ünvan 5 ünvanda yerləşən 1033,0 kv.m ərazini əhatə edən həyətyanı torpaq sahəsinə və torpaq sahəsi üzərində 1970-ci il tarixdə inşa edilmiş ümumi tikinti sahəsi 113.9 kv.m təşkil edən 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evinə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünməsi barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-894/2020 saylı mülki ış üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3580/2020 saylı mülki iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülkt kollegiyasının 2(106)-265/2021 saylı mülki iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, miras qoyan X5 məxsus olmaqla ünvan 6 ünvanında yerləşən 100 kv.metr ümumi sahədən ibarət 1970-ci ildə inşa olunmuş fərdi yaşayış evi, 919.1 kv.metr həyətdən, digər tikililər də daxil olmaqla ümumilikdə 1033.0 kv.metr sahədən ibarət həyət evində iddiaçılar İddiaçı1, X12 və mərhum X4 hər birinin üçdə bir hissədə payları müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3463/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-265/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar mübahisəli mənzilin paylı mülkiyyətçisidirlər, hər birinə evin 1/3 hissəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Lakin cavabdehlərin onları mübahisəli mənzilə buraxmaması nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir, həmin evdə yaşamağa mane olur, onların öz mülkiyyəti üzərində sahiblik və istifadə hüquqlarını pozur. İddiaçılar həmin pozuntuya son qoyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar mübahisəli evi paylı mükiyyətçisidir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan müdəalarına uyğun olaraq onlar öz payına mütanasib qaydada əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir və qanunla o bundan məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin ödəmiş olduğu dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və X11 ödənilməlidir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 120 (bir yüz iyirmi) manat vəkil xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş olan 120 (bir yüz iyirmi) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və X11 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə ilə bağlı olunan maneələr aradan qaldırılsın, İddiaçı1 və X12 həmin evə köçürülsün. İddianın baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və vəkil xidmət haqqı olaraq 120 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı1 və X11 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-829/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-829/2023
04.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver