Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-939/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 246 (iki yüz qırx altı) manat, cəmi 494 (dörd yüz doxsan dörd) manat olmaqla sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ailə həyatı quraraq nikahı 04 oktyabr 2018-ci il tarixdə 394 nömrə ilə Şirvan Şəhər Qeydiyyat Şöbəsində qeydə aldırmışlar və bu barədə onlara nikahın haqqında şəhadətnamə təqdim edilmişdir. Birgə nikahdan 20 sentyabr 2019-cu il tarixdə X5 adlı və 20 avqust 2021-ci il tarixdə X4 adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra ilk aylarda münasibətləri normal olsa da, lakin zaman keçdikcə həyat yoldaşı Cavabdeh ona qarşı münasibəti dəyişdir. Həyat yoldaşı Cavabdeh həm ona, həm də övladlarına qarşı laqeyd münasibət göstərmişdir. Cavabdeh uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Halhazırda övladlarının saxlanılmasında ciddi maddi çətinlik çəkir. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsi verərək , cavabdeh İddiaçı ilə Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2018-ci il tarixli 394 saylı nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə ailə həyatə qurmuş, nikahlarını isə xx.xx.2018-ci ildə rəsimləşdirmişlər, birgə nikahlarından 20 sentyabr 2019-cu ildə X5 adlı və 20 avqust 2021-ci il tarixdə X4 dünyaya gəlmişdir, İddiaçı ona qarşı aliment tələbibə dair Şirvan şəhər məhkəməsində iddia qaldıraraq bildirmişdir ki, Cavabdeh ilə birgə nikahdan 20 sentyabr 2019-cu il tarixdə anadan olmuş X2 və 20 avqust 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 247 manat, ümumilikdə 494 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, İddiaçı iddiası qismən təmin olunmalıdır. Çünki o özü Şirvan Yağ-Piy filiyalənda gözıtçi vəzifəsində işləməklə aylıq əmək haqqsı 360 manat təşkil edir. İlkin iddianın qismən təmin edilməsini qarşılıqlı iddamın isə tam təmin edilməsini istəyir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə qismən razıdır. Belə ki, o, Şirvan yağ-piy filalında gözətçi işləyir, minimum əmək haqqı alır. Hazırda uşağın saxlanılması üçün aliment ödəməkdən imtina etmir, lakin o bunun üçün cəmi 250 manat məbləğində aliment ödəyə bilər. İddiaçı ilə nikahın pozulmasını, iddianın qismən, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil1 izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs iddia tələbi ilə qismən razıdır. O, uşağın saxlanılması üçün aliment ödəməkdən imtina etmir, lakin o bunun üçün cəmi 250 manat aliment ödəyə bilər . Belə ki, o, 360 manat əmək haqqı alır.Həmçinin qarşılıqlı iddia ərizəsi verərək iddiaçı ilə nikahın pozulmasını tələb edir, iddiaçı da nikahın pozulmasına razıdır. Odur ki, iddianın qismən, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Şirvan şəhər Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını, vəkillərin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı haqqında Şirvan şəhər Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixdə 394 №-li akt qeydi tərtib olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Şirvan 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞS/MT-045/2025-00014 A saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” qanunun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsində (AM) təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-in 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-1-ci yarımbəndə əsasən “Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 247 (iki yüz qırx yeddi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, onun tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyi andan, yəni xx.xx.2025ci il tarixdən hesablanmalı, Şirvan şəhər Məhkəməsinin 16(032)-38/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (400x0.45=180) sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir . Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (360 manat, 360 x 12 = 4320 manat, 4320-1000=3320; 3320 x 1%= 33.20; 33.20+30=63.20) 1000 manatdan çox olduğundan, cavabdehdən 63 (altmış üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh 63 (altmış üç) manat 20 (iyirmi) qəpik məbləğində pul alınaraq dövlət nəfinə keçirilməli, mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməldir. Məhkəmə qeyd olunanları və MPM-in 216-220, 227, 234.2, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 09 aprel 2025-ci il tarixdən başlayaraq birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin . Şirvan şəhər Məhkəməsinin 16(032)-38/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün 63 (altmış üç) manat 20 (iyirmi) qəpik məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-939/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-939/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver