Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-19/2021 05.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə məhkəmə iclasının katibi X3 katibliyi, İddiaçı, onun vəkili X8 və Cavabdeh Şahmil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Şahmil oğluna qarşı ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şahmil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3376 ha həyətyanı torpaq sahəsindən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evindən İddiaçı aid 1/2 payın və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsindən İddiaçı aid 1/6 payın naturada ayrılması və cavabdehin naturada ayrılmış hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun və Cavabdeh Şahmil oğlunun, o cümlədən, cavabdehin mərhum valideynləri X9 və X1 ümumi paylı mülkiyyətində Zaqatala rayonu Aşağı Tala kəndində 0,3376 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evi və 0,7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsi vardır. Həmin əmlaklar üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. O, ümumi paylı mülkiyyətlərində olan həmin əmlakın bölünməsi ilə bağlı cavabdehlə razılığa gəlməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişlər və nəticədə ümumi paylı mülkiyyətdə olan həmin əmlakdan özünə çatacaq payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsulliyyətli Cəmiyyətinin rəyinə əsasən paylı mülkiyyətdə olan əmlakların naturada ayrılmasını və bu əsasla da iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili X10 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Şahmil oğlu iddia tələbində qeyd edilən paylı mülkiyyətdə olan əmlakların naturada Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsulliyyətli Cəmiyyətinin rəyinə uyğun naturada bölünməsinə və iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 24.12.2018 qeydiyyat tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 86,20 kv.m. fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X9 (fərdi yaşayış evinin 1/2 hissəsi), Cavabdeh Şahmil oğlu (torpaq sahəsinin 3/6 hissəsi), X2 (torpaq sahəsinin 2/6 hissəsi) və İddiaçı (fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 1/6 hissəsi) məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 24.12.2018 qeydiyyat tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında X9 (1/6 hissəsi), Cavabdeh Şahmil oğlu (torpaq sahəsinin 2/6 hissəsi), X2 (torpaq sahəsinin 2/6 hissəsi) və İddiaçı (torpaq sahəsinin 1/6 hissəsi) məxsusdur. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evi və köməkçi tikililərin bölünməsi idarənin səlahiyyəti xaricindədir. İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi birgə mülkiyyətində olan 0,3376 ha həyətyanı torpaq sahəsində yerləşən tikililər və köməkçi tikililər bölündükdən sonra həmin torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər. Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada istifadə qaydası ilə hüquqmüəyyən edici sənəddə göstərilən ölçülərlə konfiqurasiya fərqləri mövcud olduğundan və həmin torpaq sahəsindən İddiaçı aid 1/6 payın naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2020-ci il tarixli, 10/1754 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,3376 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m. olan fərdi yaşayış evində İddiaçı aid 1/2 payın və ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı aid 1/6 payın naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün fərdi yaşayış evinin 1 saylı bağlı eyvan tikilisində sağ yan divardan təqribən 4,7 metr aralı məsafədə arakəsmə divar hörülməklə və 1 saylı tikilinin bölünmüş hissəsinə həyətyanı sahədən giriş-çıxış qapısı açılmaqla 1 saylı tikilini bölünmüş hissəsi və 4 saylı tikili İddiaçı verilə bilər. Eyni zamanda qeyd olunur ki, həyətyanı sahədən İddiaçı payının 562,6 kv.metr təşkil etdiyini nəzərə alaraq həmin sahənin evin arxa və qarşı hissələrindən ayrılması, həyətə küçə tərəfdən 2-ci giriş-çıxış qapısı açılmaqla texniki cəhətdən mümkündür. Lakin həyətyanı sahənin mürəkkəb formalı və çoxbucaqlı şəkildə olmasını nəzərə alaraq həmin sahə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS sistemli ölçmə aparatı vasitəsilə müvafiq ölçmə işləri aparılmaqla ayrıla bilər. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planlı yerləşməsini, iki tərəfdən sahələr arası yol ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsindən 1/6 payın ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin girişdən sol tərəfdəki fındıq kolları əkilmiş hissəsindən 20,0 metr enində (təqribən 3 cərgə fındıq kolu) və 60,6 metr uzunluğunda sahə ayrılaraq İddiaçı istifadəsinə verilə bilər. İş materiallarına əlavə edilmiş ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/04/74 və 02/04/75 ümumi smeta dəyəri 328,96 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2020-ci il tarixli 65 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3376 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evində İddiaçı aid 1/2 payın və ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yeriəşən 0.7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsində İddiaçı aid 1/6 payın naturada ayrılması “İnşaat Norma və Qaydaları’-nın 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Bölgü zamanı İddiaçı 1/2 payına fərdi yaşayış evinin 4 saylı otağı, ona bitişik 21.8 kv.m bağlı eyvan sahəsi və evin qarşısında yerləşən 0.056 ha həyətyanı torpaq sahəsi düşür. Bölgü zamanı İddiaçı 1/6 paya uyğun 0.7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1274 ha torpaq sahəsi müəyyən edilir. Torpaq sahələri və fərdi yaşayış evinin naturada bölgü variantları AutoCAD proqramı vasitəsilə işlənib hazırlanmış plan-sxemlərdə ətraflı göstərilmişdir. Rəyə bölgü plan-sxemi və baxış aktı əlavə olunur. “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Aparılmış tikinti-texniki ekspertizası nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Reşpublfkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh Şahmil oğlunun ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3376 ha həyətyanı torpaq sahəsində İddiaçı aid 1/6 payın, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evində İddiaçı aid 1/2 payın və ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Aşağı Tala kəndində yeriəşən 0.7640 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü-əkin) torpaq sahəsində İddiaçı aid 1/6 payın naturada ayrılması “İnşaat Norma və Qaydaları’-nın 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0.3376 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində naturada bölünməsinə dair sxemlər ekspert rəyinə əlavə edilmişdir. Məhkəmə də tərəflər hər hansı etiraz etmədiyindən, sonuncu ekspert rəyi ilə razılaşdıqlarından “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2020-ci il tarixli ekspert rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə araşdırılmasında da müəyyən edildi ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 1/6 hissəsi 24.12.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 86,20 kv.m. yaşayış evinin 1/2 hissəsi 24.12.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin ona məxsus 1/6 hissəsinin, 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86,20 kv.m olan fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada ayrılmasını tələb edir. Cavabdeh Şahmil oğlu iddianın təmin edilməsinə etiraz etmir. “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən iddiaçının paylı mülkiyyətində olan 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin, 0,3376 ha torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86,20 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin və həmin torpaq sahəsində yerləşən 86,20 kv.m. fərdi yaşayış evinin 1/2 hissəsinin “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq digər paylardan ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, 328,96 manat mütəxəssis xərci iddiaçıdan alınaraq- Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməli, həmçinin 300 manat aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,3376 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı aid 1/2 hissəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 24.12.2018 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/6 hissəsi “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılsın. İddiaçı 328,96 (üç yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilsin, 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. 300 (üç yüz) manat ekspertiza xərci isə alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-19/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-19/2021
05.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver