Məhkəmə qərarları › İş №2(033)-20/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-20/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-20/2023 13.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Zaqatala rayonu X2, Zaqatala rayon 2 saylı Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu 2 saylı notariat ofisində Üçüncü Tala bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli AN-İN-0891683 nömrəli müqavilənin, Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli AN-İN-9891646 nömrəli müqavilənin, Cavabdeh4 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli AN-İN-0891647 nömrəli müqavilənin, Cavabdeh5 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli AN-İN-0891684 nömrəli müqavilənin ləğv edilməsi, satılan torpaq sahələri üzərində alıcılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahələrinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin rəisi, Baş ədliyyə müşaviri Abdulla Yusifov məhkəməyə ərizə göndərərək verdikləri iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdehlər hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Zaqatala rayonu X2, Zaqatala rayon 2 saylı Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar