Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-256/2021 27.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, maraqlı şəxslər X2 və X10 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə, X3 və X14 qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" etibarsız sayılması, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək, mülki iş üzrə iddia ərizəsinin tələb hissəsinin dəyişdirilərək "İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisi bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsi dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanənda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin rəisi məktub göndərərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası 185-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçının mərhum əri X24 02 yanvar 1999-cu il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra Zaqatala rayonu, Muxax kəndində 0,1758 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi və fərdi yaşayış evindən X16 vəfatından sonra, sonuncunun oğlu - iş üzrə üçüncü şəxs X6 istifadə etmişdir. Hal-hazırda da qeyd olunan əmlaklar iş üzrə üçüncü şəxs X6 və onun ailə üzvlərinin istifadəsindədir. 2012-ci ildə Zaqatala rayonunda təbii fəlakət (zəlzələ) baş vermiş və nəticədə X15 miras qalmış fərdi yaşayış evi yararsız hala düşmüşdür. Nəticədə iddiaçının razılığı əsasında qeyd olunan fərdi yaşayış evinin yerində dövlət vəsaiti hesabına Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1758 ha həyətyanı torpaq sahəsini də iddiaçının bağışlamaq istədiyi iş üzrə üçüncü şəxs X2 arvadı X10 adına sənədləşdirilmişdir. İddiaçı 13 noyabr 2013-cü il tarixdə iş üzrə Cavabdeh1 (üçüncü şəxsin qardaşı) etibarnamə verərək, mərhum əri X15 miras qalmış "fərdi yaşayış evinin" sənədləşdirilməsi və özgəninkiləşdirilməsi ilə bağlı səlahiyyətləri ona həvalə etmişdir ki, həmin evi iddiaçının adından iş üzrə üçüncü şəxs X3 bağışlasın. 2020-ci ilin təqribən oktyabr-noyabr aylarında iş üzrə üçüncü şəxs X6 İddiaçı bildirmişdir ki, qardaşı ilə münasibətləri yaxşı deyildir və mümkündürsə həmin evi özü ona bağışlasın. Çünki, etibarnamənin verilməsinin üzərindən 7 (yeddi) ilə yaxın vaxt keçməsinə baxmayaraq iş üzrə Cavabdeh1 hələ də qeyd olunan fərdi yaşayış evini sənədləşdirməmiş və iş üzrə üçüncü şəxs X3 bağışlamamışdır. İddiaçı qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək məqsədi ilə 2020-ci ilin təqribən oktyabr-noyabr aylarında iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə şifahi olaraq müraciət etmiş və məlum olmuşdur ki, torpaq sahəsinə dair sərəncam vermək hüququ olmadığı halda iş üzrə Cavabdeh1 ona verilmiş etibarnamədən sui-istifadə edərək iddiaçının mərhum əri X15 miras qalmış Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açmış və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra, torpaq sahəsini 16 iyul 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən, qızı - iş üzrə Cavabdeh2 bağışlamışdır. İş üzrə Cavabdeh1 bütün bu hərəkətləri düşünülmüş şəkildə etmişdir ki, nə İddiaçı, nə iş üzrə üçüncü şəxs X2, nə də iş üzrə üçüncü şəxs X10 bundan məlumatı olmasın. Belə ki, İddiaçı 13 noyabr 2013-cü il tarixdə iş üzrə Cavabdeh1 verdiyi etibarnaməyə əsasən, yalnız iddiaçının mərhum əri X15 miras qalmış Zaqatala rayonu, Muxax kəndində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun rəsmiləşdirilməsi və özgəninkiləşdirilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, iş üzrə Cavabdeh1 düşünmüşdür ki, fərdi yaşayış evi üzərində vərəslik hüququnu rəsmiləşdirəcəyi və özgəninkiləşdirəcəyi təqdirdə, iş üzrə üçüncü şəxslər X6 və X10 bundan məlumatı olacaqdır. Çünki, ilk olaraq fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınan zaman həmin əmlakda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən texniki inventarlaşma işləri aparılmalı və texniki pasport tərtib olunmalıdır. Həmin vaxtı da evdə iş üzrə üçüncü şəxslər X6 və X18 yaşadığı üçün buna təbii olaraq şahidlik edəcək və dolayısıyla da evin onlara bağışlanmasını tələb edəcəkdilər. İkincisi isə, iş üzrə Cavabdeh1 fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına aldıracağı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasmda notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 49-cu bəndinə əsasən, həmin evdə qeydiyyatda olan iş üzrə üçüncü şəxslər X6 və X10 da razılığını almalı olacaqdı. Göründüyü kimi, iş üzrə Cavabdeh1 iş materiallarında olan 13 noyabr 2013-cü il tarixli etibarnamədə iddiaçının mərhum əri X15 miras qalmış və daha sonradan İddiaçı mülkiyyəti olmuş torpaq sahəsi ilə bağlı ona hər hansı bir hüquq verilmədiyi halda, qanunsuz olaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisi vasitəsi ilə həmin torpaq sahəsini qızı - iş üzrə Cavabdeh2 bağışlamışdır. Hətta etibarnamədə iş üzrə Cavabdeh1 torpaq sahəsinə dair sərəncam vermək hüququ verilmiş olsa idi belə, o, bu hüquqdan suiistifadə edərək, həmin əmlakı yaxın qohumu olan qızı - iş üzrə Cavabdeh2 bağışlaya bilməzdi. Odur ki qeyd edilənləri nəzərə alaraq 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi və dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən ddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı mərhum həyat yoldaşı X24 mülki iş üzrə Cavabdeh1 və üçüncü şəxs X2 dayısıdır. X5 rayonu Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 olduğunu bildirmişdir. X24 vəfat etdikdən sonra İddiaçı həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh1 təhvil verərək yaşamaq üçün Balakən rayonuna köçmüşdür. Bu zaman o daşınmaz əmlak üzərində hüquqların rəsmləşdirilməsi üçün Rəşidə 1999-cu ildə etibarnamə də vermişdir. Sonuncu sonradan qeyd edilən torpaq sahəsini üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə istifadə etməsi üçün Nurməhəmməd Laçınova vermişdir. Lakin o həmin əmlakı qızı mülki iş üzrə cavabdeh X1 və həmin evdə əmisinin yaşadığını ona bildirmişdir. Hazırda da cavabdeh əmisinin həmin evdə yaşamasına hər hansı etirazını bildirmir. Cavabdeh1 vəfat etmişdir. Əgər iddiaçı həmin evi Nurməhəmmədə bağışlamaq istəyirdisə onda nəyə görə Cavabdeh1 iki dəfə, yəni 1999-cu il tarixdə və 2013-cü il tarixdə etibarnamə vermişdir. Elə birbaşa etibarnaməni bağışlamaq istədiyi şəxsə verərdi. Odur ki, iddia tələbi ilə razı deyil və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X6 izahat verərək göstərdi ki, o, 22 ildir Zaqatala rayonu Muxax kəndində 0,1758 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh isə həmin evdə yaşamamışdır. O, orada tikinti işləri aparmış və öz istifadəsi üçün hər bir şərait yaratmışdır. Qeyd edilən torpaq sahəsi onun mərhum dayısı, iddiaçının mərhum əri X16 mülkiyyətində olmuşdur. Sonradan həmin əmlak onun vərəsəsi olan İddiaçı mülkiyyətinə verilmişdir. O, 1996-1998-ci illərdə dayısı mərhum X19 baxmış onun qulluğunda durmuşdur. Dayısı 1997-ci ildə İddiaçı ilə ailə həyatı qurmuşdur. 1998-ci ildə o vəfat etdikdən sonra onun həyat yoldaşı-Zaqatala rayonu Muxax kəndində 0,1758 ha torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin ona bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir. O, Cavabdeh1 həmin evin özünə bağışlamaq istədiyini də demişdir. O, Cavabdeh1 etibarnamə verilməsindən məlumatlı olmuşdur. Lakin o müddət ərzində özü xəstə olduğundan əmlakın bağışlanması müqaviləsinin bağlanması ilə bağlı olan işlərlə məşğul ola bilməmişdir. Lakin, sonradan Cavabdeh1 qeyd edilən evi və torpaq sahəsini qızı Cavabdeh2 satdığını öyrənmişdir. İddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X18 X2 izahatına uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş edir. İşdə olan Zaqatala Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X24 ilə İddiaçı nikahı haqqında 25 sentyabr 1998-ci il tarixdə 25 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Zaqatala Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X24 02.01.1999-cu ildə ölmüşdür və bu barədə 21 yanvar 1999-cu il tarixdə 02 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan 2-B-1-343 nömrə ilə reyestrdə qeydiyyata alınmış 03 iyun 1998-ci il tarixli vəsiyyətnamədən görünür ki, X5 rayonu Muxax kəndində yerləşən 2 mərtəbəli, hər mərtəbədə iki otağı olan, üst mərtəbədə balkonu olan evini həyətyanı torpaq sahəsi ilə və evdə olan əşyalarla birlikdə İddiaçı vəsiyət etmişdir. İşdə olan 10.02.1999-cu il tarixli reyestrdə 4E—15-183 nömrəi ilə qeyd edilmiş etibarnamədən görünür ki, İddiaçı 10.02.1999-cu il tarixdən 10.02.2002-ci il tarixədək Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satmağı və bağışlamağı əvəzinə imza etməyi etibar etmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş 76 nömrəli məktubdan görünür ki, Muxax kənd sakini mərhum X15 Balakən rayonu, Qazma kənd sakini İddiaçı miras qalmış həyətyanı torpaq sahəsində və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində 2000-ci ildən hal-hazıradək mərhumun bacısı oğlu Muxax kənd sakini X6 ailəsi ilə birlikdə yaşayır. X15 miras qalmış həmin yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Həmin qəzalı vəziyyətə düşmüş evin yerində 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən X2 arvadı X10 adına iki otaqlı fərdi yaşayış evi tikilmişdir. Hal-hazırdək həmin evdə X2 ailə üzvləri yaşayırlar. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 11.12.2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X16 adına qeydiyyata alınmışdır. İşdə olan reyestrdə 2V-33 nömrəsi ilə qeyd edilmiş 26.01.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 02 yanvar 1999-cu il traixdə vəfat etmiş X16 vərəsəsi İddiaçıdır və şəhadətnamə DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin 11.12.2013-cü il tarixli ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha torpaq sahəsinə münasibətdə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 21.05.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, İddiaçı 20 il müddətində Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satarkən və bağışlayarkən əvəzinə imza etməyi, özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etməyə etibar etmişdir. İşdə olan reyetrdə 4Ə-1016 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha torpaq sahəsi İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 (İddiaçı əvəzinə) tərəfindən 5400 manat qiymətinə qızı-Cavabdeh2 satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 03.09.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayon 2 saylı Notariat ofisinin 18 aprel 2021-ci il tarixli 423 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı nümayəndəsi Laçınov X11 rayonu Muxax kənd ünvanında yerləşən 0.1758 ha torpaq sahəsini ünvan 3lan Cavabdeh2 5400 (beş min dörd yüz) manata satmışdır. Həmin göstərilən pul vəsaiti satıcı və alıcı arasında olan razılaşmaya əsasən yazılmışdır. Həmin müqavilədə göstərilən pul vəsaiti nəqd şəkildə verilmişdir. Əmlakın dəyəri 5500 (beş min beş yüz) manatdan yuxarı olduqda alıcı pulu notariusun Bankda açılmış depozit hesabına qoyur, satıcı isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin məbləği notarius tərəfindən yazılmış qəbz əsasında götürür. Əmlakın dəyəri aşağı olduğu üçün pul vəsaiti depozitə qoyulmamışdır. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 15 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 140811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, X24 02.01.1999-cu ildə ölmüşdür. İddiaçı tərəfindən Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən mərhum ərindən miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satarkən və bağışlayarkən əvəzinə imza etməyi, özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etmək hüququ verən 13 noyabr 2013-cü il tarixli etibarnamə vermişdir. Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı mərhum həyat yoldaşı X16 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində 11.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha torpaq sahəsinə münasibətdə X16 vərəsəsi kimi Qanun üzrə vərəsəlik hüququ haqqında 26.01.2014-cü il tarixdə şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi 21.05.2018-ci il tarixdə Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmləşdirilmişdir. İddiaçı tərəfindən 13 noyabr 2013-cü il tarixdə verilmiş etibarnamə üzrə onun nümayəndəsi qismində Cavabdeh1 mülki iş üzrə cavabdeh olan qızı-Cavabdeh2 ilə 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalayaraq İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq səhəsini Cavabdeh2 5400 manata satmışdır. Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq səhəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 03.09.2018-ci il tarixdə Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və çıxarışla rəsmləşdirilmişdir. İddiaçı iddia ərizəsində 13 noyabr 2013-cü il tarixdə Cavabdeh1 verdiyi etibarnaməni mərhum əri X16 mülkiyyətində olmuş fərdi yaşayış evinə və Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq səhəsinə dair vərəsəliklə bağlı sənədləşmələrinin həyata keçirilməsi üçün verdiyini və evin sonradan X3 bağışlanması üçün verdiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi və Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsi dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddənin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Bu, həmçinin həmin Məcəllənin 325.3-cü maddəsində də öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2013-cü il tarixli qərarında göstərilmişdir ki, “MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Məhkəmə iddia tələbinin 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki iddia üzrə ləğv edilməsi tələb olunan müqavilə bağlanan zaman Cavabdeh1 İddiaçı etibarnamə əsasında təmsilçisi olması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda müəyyən olunur ki, İddiaçı etibarnamə əsasında təmsilçisi Cavabdeh1 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş etibarnamədən istifadə edərək, İddiaçı mülkiyyətində olmuş Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini qızı Cavabdeh2 satmışdır. İşin qeyd edilən halı da mübahisəsiz olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 13 noyabr 2013-cü il tarixli reyestrdə 4-Ə-1016 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlanarkən alıcı qismində Cavabdeh1 qızı-iş üzrə Cavabdeh2 çıxış etməklə, cavabdeh 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş etibarnamədən istifadə etməklə iddiaçıya məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini satmaqla Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərini pozmuşdur. Belə ki, 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamədə İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin konkret subyekt olan Cavabdeh2 münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamış, o zaman təmsil olunan İddiaçı iradə və maraqları müəyyən şəkildə ifadə olunmamış və ona görə də, Laçınov X12 Hürüney Boro qızının formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edə bilməz. O, da qeyd olunmalıdır ki, hələ etibarnamə verilən zaman (13 noyabr 2013-cü il tarixdə) alqı-satqının predmeti olan daşınmaz əmlak İddiaçı mülkiyyətində olmamışdır. Mülkiyyətdə olmayan əmlak barəsində isə iddiaçının sərəncam vermək hüququnun olmadığı da iş materialları ilə öz təsdiqini tapır. Qanunverciliyə görə əqdin (müqavilənin) etibarsızlığı ilə bağlı iddianı maraqlı şəxs, yəni əqdin iştirakçısı olmayan şəxs verə bilsə də, əqdin ləğvini yalnız onda iştirak edən şəxs tələb edə bilər. (Mülki Məcəllənin 354.2 və 421-ci maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-424-cü maddələrinin mənasından isə görünür ki, müqavilənin ləğvini yalnız həmin müqavilə üzrə tərəf olan şəxs tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı həmin əqdin bağlanmasında dolayısı ilə iştirak edən şəxs, yəni müqavilənin tərəfi olduğundan həmin əqdin ləğv edilməsini də tələb edə bilər. Məhkəmə hesab edir ki, mübahisəli evə və torpaq sahəsinə dair etibarnamə verilərkən İddiaçı Cavabdeh1 bu etibarnaməni onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etməklə cavabdehin öz maraqları daxilində deyil, İddiaçı maraqları çərçivəsində hərəkət etmək səlahiyyəti vermişdir. Alqı-satqı müqaviləsi nəticəsində təmsil edilən İddiaçı müqavilədə qeyd edilən alqı-satqı müqaviləsinin predmeti olan və onun mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin satışından hər-hansı gəlir əldə etdiyinə dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, üçüncü şəxs X6 ailəsi ilə birlikdə 22 ildir ki, Zaqatala rayonu Muxax kəndində 0,1758 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh2 isə həmin evdə heç yaşamamışdır. O, orada tikinti işləri aparmış və öz istifadəsi üçün hər bir şərait yaratmışdır. Qeyd edilən torpaq sahəsi onun mərhum dayısı, iddiaçının mərhum əri X16 mülkiyyətində olmuşdur. Sonradan həmin əmlak onun vərəsəsi olan İddiaçı mülkiyyətinə verilmişdir. O, 1996-1998-ci illərdə dayısı mərhum X19 baxmış onun qulluğunda durmuşdur. Dayısı 1997-ci ildə İddiaçı ilə ailə həyatı qurmuşdur. 1998-ci ildə o vəfat etdikdən sonra onun həyat yoldaşı və Zaqatala rayonu Muxax kəndində 0,1758 ha torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin ona bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir. Göründüyü kimi, mübahisələndirilən alqı-satqı müqaviləsi ata və qızı arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlansa da, həmin müqavilənin tərəfləri olan iddiaçı (müqavilədə təmsil olunan) və cavabdehin həmin daşınmaz əmlakın alqı-satqısına dair həqiqi niyyətləri olmamışdır. Həmin müqavilənin bağlanması İddiaçı iradəsinə uyğun olmamış və onun həqiqi iradəsini əks etdirməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək və işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqısatqı müqaviləsinin" ləğv edilməsi hissəsi təmin edilməlidir. Bundan başqa, məhkəmə həmçinin iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsi dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində də təmin olunmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırmaları nəticəsində aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-1016 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmişdir. Etibarlı olmayan AN-İ ******* nömrəli, 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş 03 sentyabr 2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanuni sənəd hesab edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı təmsilçisi Cavabdeh1 ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə 4Ə-1016 reyestr nömrə ilə qeyd edilməklə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ləğv edilməli, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı təmsilçisi Cavabdeh1 ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə 4Ə-1016 reyestr nömrə ilə qeyd edilməklə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ləğv edilsin. Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-256/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-256/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver