Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-57/2022 04.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X10 katibliyi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 sentyabr 2019-cu il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 əsassız olaraq ödənmiş 1330,5 AZN məbləğin və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30,40 AZN vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21.09.2021-ci il tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış "Mercedes Benz C180" markalı, 90 ZX576 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 idarə etdiyi 'Vaz 2109" markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisə ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla hər iki avtomobilin sahibi təqsirli bilinmişdir. Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tədbir görülməsi üçün Zaqatala RPŞ-nin Dövlət yol polis idarəsinə göndərilmişdir və Zaqatala RPŞ-nin inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Zaqatala RPŞ-nin Dövlət yol polis bölməsinə göndərilmişdir. Zaqatala RPŞ-nin inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə olunmuşdur. Hadisənin baş verməsində Cavabdeh1 da qismən təqsirli bilinmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi kimi tanınmış və “VAZ 2109" markal, 62 BN185 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 2661 (iki min altı yüz altımş bir manat) AZN müəyyən olunmuşdur. Yəni hadisənin baş verməsində Cavabdeh1 qismən təqsrili bilinmişdir. Hadisə zamanı dəymiş zərər mütənasib qaydada 1330,5 (bir min üç yüz otuz manat əlli qəpik) AZN köçürülməli olduğu halda, zərərin tam həcmi 2661 (iki min altı yüz altımş bir manat) AZN köçürülmüşdür. Tərəflərindən Cavabdeh1 və avtomobilin sahibi Cavabdeh2 həm şifahi, həm də yazılı qaydada müraciət olunmasına baxmyaraq tələb olunan məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, “VAZ 2109” markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi göstərilmiş 2661 manat ziyanla razı deyil. Həmin ziyanın hansı şəraitdə, hansı mütəxəssislərlə müəyyən olunması məlum olmamışdır. Ona görə də, ekspertiza təyin edilmişdir. Ziyanla bağlı ekspert rəyi ilə razıdır. Lakin, o, inzibati xəta törətməkdə təqsirli olsa da, bu pulun qaytarılması üçün əsas deyil. Həmçinin o, inzibati tənbeh vermə haqqında qərarla da razı deyil. Hadisə zamanı onun günahı olmamışdır. İddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil ekspert rəyi ilə tanış olduğunu bildirdi, lakin cavabdehlər iddia tələbini qəbul etmirlər və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları 13 yanvar 2020-cı il tarixli 079565 nömrəli Sığorta Aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında 30.01.2019-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “MERCEDES BENZ C180” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq 30.01.2019 – 30.01.2020-cı il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “MERCEDES BENZ C180” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə 21 sentyabr 2019-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq dəymiş zərər 2661 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq Cavabdeh2 hesablanan sığorta ödənişi 2661 manat miqdarında olmuşdur. 26 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmiş hallardan görünür ki, 21 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində idarə etdiyi VAZ2109 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu Əliabad qəsəbəsində “Əliabad pavilyonu” adlanan ərazidən Əliabad qəsəbəsinin mərkəzinə doğru hərəkətdə olarkən Yol hərəkədi haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək öz hərəkət istiqamətində sol tərəfə manevr edərkən təhlükəsizliyə riayət etməmiş və hərəkətin digər iştirakçıları üçün maneə yaratmışdır. Bununla da Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin qərardan görünür ki, 21 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində idarə etdiyi Mersedes Benz C180 markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu Əliabad qəsəbəsində “Əliabad pavilyonu” adlanan ərazidən Əliabad qəsəbəsinin mərkəzinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 59-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək öz hərəkət istiqamətində sol tərəfə manevr edərkən təhlükəsizliyə riayət etməyərək idarə etdiyi avtomobillə onunla eyni istiqamətdə hərəkətdə olan Cavabdeh1 idarə etdiyi VAZ2109 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almışdır. Bununla da X4 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. AD seriyalı 416138 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 2109 Minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. TP seriyalı ******* nömrəli 02.12.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 21.09.2019-cu il tarixdə saat 14:50-də Zaqatala rayonu Əliabad qəsəbə ərazisində VAZ 2109 markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP seriyalı ******* nömrəli 09.12.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 21.09.2019-cu il tarixdə saat 14:33-də Zaqatala rayonu Əliabad qəsəbə ərazisində Mercedes Benz C180 Minik markalı 90ZX576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 19 may 2021-ci il tarixli hesabatdan görünür ki, VAZ 2109 nömrəli ** BN *** dövlət qeydiyyat nişanlı dəymiş zərərin 2661 manat həcmində olması müəyyən edilmişdir. 14 yanvar 2020-cı il tarixli 347 nömrəli ödəniş tapşırığından görünür ki, 2661 manat vəsait Atəşgah Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh2 ödənmişdir. 22 aprel 2021-ci il tarixli Atəşgah Sığorta ASC tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziyadan görünür ki, 21.09.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı VAZ 2109 Minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2661 manat zərərin hesaba artıq köçürülmüş 1330,5 manat hissəsinin 10 gün müddətində geri qaytarılması tələb edilmiş və tələb icra edilmədiyi halda məhkəmə orqanlarına müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. 22 aprel 2021-ci il tarixli Atəşgah Sığorta ASC tərəfindən Cavabdeh1na ünvanlanmış pretenziyadan görünür ki, 21.09.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı VAZ 2109 Minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2661 manat zərərin hesaba artıq köçürülmüş 1330,5 manat hissəsinin 10 gün müddətində geri qaytarılması tələb edilmiş və tələb icra edilmədiyi halda məhkəmə orqanlarına müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2021-ci il tarixli 9/304 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomobillərə texniki xidmət sexi”nin 22.09.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1989-cu il buraxılışlı “VAZ 2109” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3861,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertiza Mərkəzininekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında 30.01.2019-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “MERCEDES BENZ C180” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq 30.01.2019 – 30.01.2020-cı il sığorta müddətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. X6 21 sentyabr 2019-cı il tarixdə saat 14 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin 59-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla idarə etdiyi “MERCEDES BENZ C180” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Cavabdeh1 idarə etdiyi VAZ 2109 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almış, “VAZ2109” markalı AZ ** BN *** minik avtomobilinə ziyan vurmuşdur. “VAZ2109” markalı AZ ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər Atəşgah Sığorta Şirkəti ASC tərəfindən 2661 manat həcmində qiymətləndirilmiş və həmin məbləğ 14 yanvar 2020-cı il tarixli ödəniş tapşırığına əsasən nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 ödənilmişdir. Bundan başqa, 21 sentyabr 2019-cı il tarixdə saat 14 radələrində baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozduğu müəyən edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı hazırda 21 sentyabr 2019-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh2 ödənmiş sığorta ödənişinin yarısı olan və Cavabdeh2 sığorta ödənişi kimi hesablanaraq artıq ödənilmiş 1330,5 manatın cavabdehlərdən alınaraq onlara geri qaytarılmasını xahiş edir. Cavabdehlər iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2022-ci il tarixli 9/304 nömrəli ekspert rəyi ilə də “VAZ2109” markalı AZ ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3861 manat həddində qiymətləndirilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını sadalanan qanunvericilik normaları baxımından təhlil edərək, belə nəticəyə gəlir ki, 21 sentyabr 2019-cı il tarixdə baş vermiş sığorta hadisəsi zamanı sığorta olunan X6 ilə yanaşı Cavabdeh1 da sığorta hadisəsinin baş verməsində təqsiri müəyyən edildiyindən onun idarə etdiyi və digər Cavabdeh2 mülkiyyətində olan “VAZ 2109” markalı AZ ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılmalıdır. Məhkəmə hesab edir ki, “VAZ 2109” markalı AZ ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2022-ci il tarixli 9/304 nömrəli ekspert rəyinə uyğun 3861 manat və 21 sentyabr 2019-cı il tarixdə baş vermiş sığorta hadisə zamanı Cavabdeh1 təqsiri nəzərə alınmaqla sığorta ödənişinin məbləği “VAZ 2109” markalı AZ ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yarısı qədər, yəni 1930,5 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 ödənilmiş sığorta ödənişinin artıq hesablanmış hissəsi (2661 (ödənilmiş məbləğ) - 1930,5 (dəymiş ziyanın yarısı) = 730,5 manat) öhdəlikdən kənar ödənilmiş pul hesab edilməlidir. Ona görə də, iddiaçı, onun tərəfindən Cavabdeh2 sığorta ödənişi kimi artıq ödənilmiş 730,50 manatı pulu, həmin pul vəsaitini ödəniş tapşırığına əsasən sonuncuya ödədiyindən yalnız ondan tələb etməkdə haqlıdır və qeyd edilən məbləğ iddiaçının tələbinə əsasən ona geri qaytarmalıdır. Məhkəmə sonda cavabdehin dəlilləri ilə bağlı onu da qeyd edir ki, 26 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və TP seriyalı ******* nömrəli 02.12.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar cavabdehlər tərəfindən mübahisələndirilməmiş, hazırda qüvvədədir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 730,50 manat artıq hesablanmış sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh2 30 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, 0,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Cavabdeh2 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh2 730,5 (yeddi yüz otuz manat əlli qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 760,5 (yeddi yüz altmış manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 0,40 (qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh2 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X13 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-57/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-57/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver