Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-152/2022 28.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq 28.05.2018-ci il təvəllüdlü X7 və 07.03.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu Cavabdeh ilə 27.09.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan iki uşaqları 28.05.2018-ci ildə X9 və 07.03.2020-ci ildə X8 doğulmuşdur. Şabran Rayon Məhkəməsinin 21.09.2019-cu il tarixli qətnaməsi ilə oğlundan cavabdehin xeyrinə 160 manat alimentin tutulması qət edilmişdir. Bundan sonra cavabdehlə barışıb və birlikdə Bakı şəhəri Qaradağ rayonu, ”Qobu Park 3” yaşayış kompleksi, bina 28, mənzil 38-də yaşamışlar.24.07.2020-ci il tarixdə cavabdeh bu barədə Şabran rayon İcra şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş və alimentin ödənilməsi dayandırılmışdır. Sonradan yenidən məhkəməyə müraciət etmiş, Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qətnaməsi ilə oğlundan cavabdehin xeyrinə hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda aralarında bağlanan nikah Qaradağ Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli 2(002)-400/22021 saylı qətnaməsi ilə pozulmuşdur. Uşaqları saxlamaq oğlunun borcudur. Lakin oğlu hal-hazırda heç bir yerdə işləmir. Oğlu müddətsiz 3-cü qrup əlildir, gözləri zəif olmaqla demək olar ki, görmə qabiliyyəti aşağıdır, yalnız yüngül işlərdə işləməyi nəzərdə tutulmuşdur. Oğlunun hazırda pensiyası 120 manat təşkil edir, 60 manat çörək pulu alır və başqa qazanc yeri yoxdur. Razılaşarsa həmin pensiya kartını cavabdehə verə bilər. Oğlunun özünün müalicə xərcləri var, aldığı pensiya ilə müalicə xərclərini güclə ödəyir. Hazırda cavabdehin tələb etdiyi məbləğdə alimentin tutulması oğlunun yaşayış səviyyəsinin pisləşməsinə gətirib çıxa bilər. İndiyə kimi onun özünün köməkliyi nəticəsində güc-bəla ilə aliment borcunu ödəyirdi. Hazırda hər uşağa 150 manat aliment ödəyə bilmir, hər uşağa 50 manat ödəyə biləcəyini və o özü də 50 manat köməklik edə biləcəyini bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq verilən sual-cavablarda bildirmişdir ki, işləyə bilmir, gözü zəif görür. Əvvəl işləmiş, sonradan səhəttinə görə çıxmışdır. Uşaqlarının birinin 2, digərinin isə 4 yaşı var. Uşaqlarının yanına analarına görə getmir. Nəsə edər deyə getməyə qorxur. Uşaqların ad günündə hədiyyə alıb getmiş, ad günündə uşaqlara aldığı hədiyəni atmışlar. Kənddə kamera yoxdur deyə uşaqlarını görməyə getmir. İmkan olanda uşaqlara gücü çatanı alır. Övladlarına baxmaq borcudur, amma səhəttinə görə işləyə bilmir. Xanımla problemi yoxdur, qaynanası ona iş gücünü at gəl kənddə yaşa deyir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək ifadəsində bildirmişdir ki, necə olur 1-ci qrup əlil işləyib aliment ödəyə bilir, niyə 3-cü qrup işləyib uşağa sahib çıxa bilmir. Mart ayında uşağın ad günü olmuş, iddiaçı əziz bayramda bir dəfə də olsun gəlib uşaqları sevindirməmişdir. Özü uşaqlara baxmaqda çətinlik çəkir, uşaqlar körpə olduğu üçün işləyə bilmir. Anasının aldığı 196 manat pensiya ilə dolanırlar. Atası isə rəhmətə getmişdir. Qaynanası köhnə sumkada kiminsə geyinilmiş paltarını gətirmiş, əgər alırdısa ataları 240 manat maaş alır və atalarının pulu ilə təzə nəsə alardılar. Cavabdeh müəyyən olunmuş aliment məbləğini tam ödəmək imkanındadır, bəhanələr gətirərək aliment ödəməkdən yayınır. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24.11.2021-ci il tarixli 2021-007444 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli 2(031)-843/2020 saylı 07 dekabr 2020-ci il tarixli icra vərəqəsinin surətindən aydın olur ki, cavabdeh İddiaçı 23 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aiiment alınaraq 28.05.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh verilməsi, cavabdeh İddiaçı Şabran Rayon Məhkəməsinin 2(031)-534/2020 saylı 22 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən 07 mart 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh ödənilməli olan 130 manat alimentin miqdarı artırılması, cavabdeh İddiaçı hər ayda 150 (yüz əlli) manat sabit pul məbləğində aiiment tutularaq 07 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh ödənilməsi, 07 mart 2020-ci il təvəllüdlü X8 üçün alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Elşad Nəsibovun 29.07.2020-ci il tarixli icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın surətindən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-727/2019 saylı 03.09.2019-cu il tarixli icra sənədi Cavabdeh ərizəsi əsasında onu vermiş orqana geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı DOST Mərkəzinin 24.11.2021-ci il tarixli **********9 nömrəli arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» alt sisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərərfindən verilmiş SER-TSE-01 090487 nömrəli arayışdan görünür ki, İddiaçı müddətsiz İİİ qrup əlildir. İş materiallarına əlavə edilmiş döğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, tərəflər 28.05.2018-ci il təvəllüdlü X7 və 07.03.2020-ci il təvəllüdlü X5 valideynləridirlər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Qaradağ rayon 2 saylı Lökbatan Mənzil Kommunal istismar Sahəsi tərəfindən verilmiş 1498 nömrəli, 26.11.2021-ci il tarixli arayışdan görünür ki, Quliyeva X3 rayonundan məcburi köçkündür. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 12.11.2019-cu il tarixli 2(105)-4131/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şabran Rayon Məhkəməsinin 03.09.2019-cu il tarixli 2(031)-727/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 400/2021 saylı 03.06.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan 27.09.2017-ci il tarixli nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından olan 28.05.2018-ci il təvəllüdlü X7 və 07.03.2020-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında və himayəsində saxlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 07.09.2021-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Şabran RMX-sı X14 tərəfindən verilmiş arayışdan görünür ki, 28.05.2018-ci il təvəllüdlü X2 MRX-nın ASM-də hər hansı bir xəstəliklə dispanser qeydiyyatında yoxdur, 11.04.2022-ci il tarixdə həkim nevropatoloqun qəbulunda olmuş və sağlamdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 05.11.2021-ci il tarixli 069-18997-1221 nömrəli məktubundan görünür ki, Qaradağ rayon İcra şöbəsinin məktubuna əsasən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı barəsində 20.10.2021-ci il tarixli 31349/21 qeydiyyat nömrəli “mülki axtarış işi” açılmışdır. İş materiallarına əlavə edilmiş və Zəngilan Rayon Məhkəməsinin sorğusuna əsasən Qaradağ rayon İcra şöbəsi tərəfindən verilmiş 13.04.2022-ci il tarixli 17/65-16939/21-2 nömrəli məktubundan aydın olur ki, Şabran Rayon Məhkəməsinin 2(031)-843/2020 saylı 07 dekabr 2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı hər ay 2 övladının yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmış, sözügedən icra sənədənin icrası ilə bağlı borclu İddiaçı bu günə qədər aliment borcundan 3800 manat ödəniş etmiş, 1150 manat ödənilməmiş aliment borcu qalmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafiəzəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırma zamanı müəyyən olmuşdur ki, tərəflər 27.09.2017-ci il tarixdə rəsmi nimkaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların 28.05.2018-ci il təvəllüdlü X9 və 07.03.2020-ci il təvəllüdlü X8 adlı iki uşaqları olmuş, sonradan tərəflərin ailə münasibətləri alınmadığı üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 400/2021 saylı 03.06.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan 27.09.2017-ci il tarixli nikah ləğv edilmiş, 28.05.2018-ci il təvəllüdlü X7 və 07.03.2020-ci il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində saxlanılması qərara alınmış, həmçinin Şabran Rayon Məhəməsinin 07 dekabr 2020-ci il tarixli 2(031)-843/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqların saxlaması üçün iddiaçıdan hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulması qərara alınmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək ondan uşaqların saxlanması üçün tutulan alimentin miqidarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat məbəlğində müəyyən edilməsini xahiş edir və tələbinin əsası kimi də İİİ qrup əlil olmasını, gözlərinin zəif görməsi nəticəsində görmə qabiliyyətinin aşağı olmasını, işləyə bilməməsini, 110 manat əmək pensiyası almasını, aldığı pensiya ilə özünün müalicə xərclərinin ödəməsini, başqa gəlir yerinin və maddi imkanının olmamasını, təyin edilmiş alimenti anasının köməkliyi ilə çətinliklə ödəməsini bildirsə də, məhkəmə qeyd edir ki, bu hallar iddiaçını iki uşağın saxlanması üçün onun tərəfindən aliment ödənilməsində bir ata kimi uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Qanunvericiliyin tələblərinə görə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, uşaqların saxlanması ilə bağlı gündəlik qayğılar hazırda cavabdehin üzərinə düşür və uşaqlar azyaşlı olduqlarından onlara qulluq etdiyinə görə cavabdehin işləmək imkanı məhduddur. Bundan əlavə hazırkı vəziyyətdə iddiaçının iddia etdiyi məbləğdə uşaqların maddi tələbtlarının ödənilməsi mümkün deyildir.Bundan əlavə uşaqların saxlanması üçün artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var. Məhkəmə qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi qənaitinə gəlir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-152/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-152/2022
28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver