Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-175/2023 15.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən – Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Borclu 23 avqust 2021-ci il tarixli, SRK6116495 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1595 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2195 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nın hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab eidirəm ki, Kreditor MMC-nin məhkəmə əmri verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən əlavə sübutlar cəlb edilib tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditorun tələbinin tam əsaslılığı ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün tam aşkar olması başa düşülməlidir. Lakin Kreditor MMC-nin ərizəsindən və ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında 23 avqust 2021-ci il tarixli, SRK6116495 nömrəli borc müqaviləsi bağlanmış, borc ödənilmədiyindən borcludan borcun tutulması üçün kreditor məhkəmə əmrinin verilməsi tələbi ilə 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Qalıq borcun müəyyən edilməsi ilə bağlı kreditor tərəfindən maliyyə arayışında borc 15 fevral 2022-ci il tarixə hesablanmış borc olmaqla yanaşı, maliyyə arayışında əsas borcun tutulması öz əksini tapsa da, kreditorun iddia etdiyi kimi 500 manat məbləğində faiz borcunun tutulması öz əksini tapmamışdır. Bundan əlavə tərəflər arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, SRK6116495 saylı borc müqaviləsinin qeyd hissəsində faiz borcu deyil, cərimə borcunun tutulması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, kreditorun bu tələbi hazırkı dövürdə borclunun mübahisələndirilməyən vəzifəsinə aid olmadığından Kreditor MMC-nin ərizəsinə əmr icraatı qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 279.2.3.-ci maddəsinə əsasən məhkəmə, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3, və 279.4-cü maddələrinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz», «Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-175/2023
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-175/2023
15.02.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver