Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-207/2022 19.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi tələbinə dair» iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı «alimentin, qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulması tələbinə dair» qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 05.07.2012-ci il təvəllüdlü X1, 05.09.2014-cü il təvəllüdlü X2 və 17.03.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı «alimentin, qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulması tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə rəsmi nikahından doğulmuş 05 iyul 2012-ci il təvəllüdlü X1, 05 sentyabr 2014-cü il təvəllüdlü X3 və 17 mart 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, onlar 27 mart 2012-ci il tarixdə aralarında rəsmi nikah bağlamış və bu barədə Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ742032 saylı şəhadətnamə verilmişdir. Birgə nikahdan tərəflərin 05 iyul 2012-ci il təvəllüdlü X4, 05 sentyabr 2014-cü il təvəllüdlü X8 və 17 mart 2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdeh onlarla yaşamır, uşaqlara heç bir maddi köməklik göstərmir. Uşaqların saxlanması onun üçün maddi cəhətdən çətinlik yaradır. Buna görə də hazırkı iddia ilə məkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında daha sonra ona verilən sual-cavablarda işləmədiyini, valdeyinləri ilə yaşadığını, noyabr ayından bəri birgə yaşamadıqlarını, cavabdeh birgə yaşayanda köməklik etmədiyini, cavabdehin uşaqlara ayda nə qədər pul xərclədiyini bilmədiyini, lakin uşaqların geyimi, məktəb ləvazimatlarının atalarının aldığını, valdeyinlərinin kömək etməsini, birgə yaşayanda qızının anası ilə, oğlanların isə onlarla qaldığını, corona virus düşdükdən sonra cavabdehin uşaqlarının məktəb ləvazimatlarını almadığını, uşağa telefonu zorla aldırdığını, alimentin sabit pul məbləğində nə qədərdirsə onu tələb etdiyini, hər bir uşağa 180 manatı yəqinki cavabdehin ödəyə biləcəyini, cavabdehin rəsmi qaydada harda işləməsini bilmədiyini, 11 ildir ki, dözdüyünü, artıq dözə bilmədiyini, ailənin xərclərini kifayət gədər təmin edə bilmirdi, ata evinə getməsinin səbəbi isə maddi çətinliyin olması olmuşdur, Ağamirzənin valdeyinlərinin onlara kömək etmədiyini, yaşamağa evinin olmadığını, cavabdehin noyabr ayından bu vaxta kimi uşaqlara yalnız meyvə, şirniyyat almasını, ər-arvad kimi yaşadıqları müddətdə cavabdehin nə qədər qazanması barədə məlumatının olmadığını, cavabdeh ilə barışmaq istəmədiyini və aliment kəsillərsə uşaqlarını saxlaya biləcəyini bildirərək məhkəmədən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsinə, uşaqlarına bağlı şəxsdir, uşaqlarından ayrı yaşamaq fikri yoxdur və heç vaxt belə bir fikri olmamışdır. Hazırki vaxta qədər daim uşaqlarının normal yaşaması və maddi təminatı üçün əlindən gələni etmiş və var gücü ilə çalışmışdır. Son bir neçə ayda Sevinc Fərzəliyevə heç bir əsaslı səbəb olmadan uşaqları da götürüb özbaşına ailəni tərk edərək anasının ünvanına köçmüşdür. Bu dövrdə də, o, uşaqlarını diqqətdən kənarda qoymamış, özü və valideynləri uşaqların maddi təminatı üçün əllərindən gələni etmiş, uşaqlara lazımınca maddi köməklik göstərmişlər, iddiaçının iddia ərizəsində göstərdikləri, yəni iddiaçının uşaqlara guya heç bir maddi köməklik göstərməməsi barədə qeyd etdikləri tam əsassızdır. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən 17 mart 2022-ci il tarixdə verilmiş arayışa əsasən o, 15.03.2022-ci il tarixdən "xxxx" MMC-də satıcı vəzifəsində çalışmaqla aylıq vəzifə maaşı 300 manat təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.Həmin qərarın 8.5-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1 -ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi).Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1 və 76.1.3.-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aiıment tutulur.Digər tərəfdən, valideyndən sabit pul məbləğində aliment ödənilməsi qaydasını nizama salan Ailə Məcəlləsinin 78.1 -ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.iddia ərizəsində və iddia ərizəsinə əlavə edilmiş sənədlərdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçının xeyrinə alimentin sabit pul məbləğində tutulması üçün əsas ola biləcək və Ailə Məcəlləsinin 78.1 -ci maddəsində nəzərdə tutulan halların heç biri mövcud deyildir.Göstərilənlərə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 ona qarşı alimentin sabit pul məbləğində tutulması ilə bağlı ilk iddia tələbi təmin edilməməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alimentin hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulması ilə bağlı qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək ifadəsində, əslində iddiaçının evdən getməsinin səbəbi evlə bağlı olduğunu, yəni qardaşı tikən evi satıb həyat yoldaşının valideynləri yaşadığı yerdən ev tikilməsini tələb edəndə onun fikri ilə razı olmadığına görə evdən anası evinə getdiyini, yaşadıqları evin isə qardaşının evi olduğunu, həyat yoldaşı ilə boşanmaq istəmədiyini, bacaranı kimi əvvəllər ailəsini saxlamaq üçün fəhlə işlədiyini,satıcı kimi işə təzəlikcə düzəldiyini, əmək haqqının 300 manat olduğunu, pal-paltar satdığını, başqa gəlirinin olmadığını, buna baxmayaraq uşaqlarını daima köməklik göstərdiyini, özünün imkanı olmadıqda valideynləri köməklik göstərdiyini, gücü çatan hər şeyi uşaqlarına aldığını, uşaqların yeməyini, geyimini və xəstələnəndə dərmanları özü aldığını və valdeyinlərinin köməklik göstərdiyini, maaşını aldıqda uşaqları parka apardığını, iş saatının səhər saat 8dən axşam saat 8-ə kimi olduğunu, 3 uşağa 150 manat aliment verə biləcəyini, başqa yerdə iş yoxdur ki, gedib işləsin, ailədə birlik olsa həyat yoldaşı ilə birlikdə aldığı maaşla ailəsini saxlaya biləcəklərini, qaynanasının müdaxiləsi nəticəsində ailəsinin dağıldığını, ona evi satıb gəlib onlar ilə qalmasını demələrini, ailəsinin bərpa olmasını istədiyini, 60 manat çörək pulu aldığını və 540 manat alimentödəyə bilməyəcəyini, ondada tutulduğu alimentdən başqa da uşaqlarına imkan daxilində köməklik göstərəcəyini bildirərək uşaqlar üçün alimenti maaşının yarısı miqdarında tutulmasını və ilk iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddianı müdafiə etdiyini və ilk iddianı qəbul etmədiyini bildirərək qarşılıqlı iddia ərizəsinə uyğun ifadə verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, tərəflər arasında 27.03.2012-ci il tarixdə nikah bağlanaraq, bu barədə Zəngilan rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 57 saylı qeyd aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər 05.07.2012-ci il təvəllüdlü X1, 05.09.2014-cü il təvəllüdlü X2 və 17.03.2017-ci il təvəllüdlü X7 valideynləridirlər. İş materiallarında ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16.02.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı və Cavabdeh Zəngilan rayonundan məcburi köçkündürlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon sektoru tərəfindən verilmiş 866 nömrəli 14.04.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Zəngillan rayonundan məcburi köçkündür və Maştağa qəsəbəsi Daş karxanasının yataqxanasında məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 mart 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 15.03.2022-ci il tarixdən cəmiyyətdə satıcı vəzifəsində işləyir aylıq vəzifə maaşı 300 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmşdir ki, tərəflər 27 mart 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahdan onların 05 iyul 2012-ci il təvəllüdlü X4, 05 sentyabr 2014-cü il təvəllüdlü X8 və 17 mart 2017-ci il təvəllüdlü X9 adlı üç uşaqları anadan olmuşdur. Tərəflər arasında olan rəsmi nikah pozulmasada, onlar hazırda bir yerdə yaşamırlar və iddiaçı uşaqlarla birlikdə anası ilə yaşayır. İddiaçı iddia tələbində cavabdehin ailənin saxlanması üçün heç bir maddi yardım göstərməməsini, uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkməsini qeyd etsdə, sonradan verdiyi izahatında cavabdehin nə qədər gəliri olması barədə məlumatsız olmasına baxmayaraq cavabdehin bir ata kimi uşaqlarını maddi cəhətdən təmin etməsini, cavabdeh isə verdiyi izahatında bu günə kimi gücü çatan hər şeyi uşaqlarına almasını, uşaqların yeməklərinə, geyimlərinə həm özü, həm də valdeyinlərinin kömək etməsini, bundan başqa 300 manat əmək haqqı almasını, başqa gəlir yerinin olmamasını və uşaqların saxlanması üçün hər uşağa ayda 150 manat aliment ödəmək imkanında olmasını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddiaçının hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat alimentin tutulması ilə bağlı qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni valideynlərin uşaqlarını saxlamaq vəzifəsi onlar üçün bərabərdir, uşaqların saxlanması üçün müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər, yəni iddiaçı da işləmək qabiliyyətinə malik olduğundan uşaqların saxlanmasında cavabdehlə eyni hüquqlara malik olduqlarını,həmçinin iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyini nəzərə alaraq, hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə təmin edilərək, Cavabdeh 05.07.2012-ci il təvəllüdlü X1, 05.09.2014-cü il təvəllüdlü X2 və 17.03.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 20 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində və Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment X6 xeyrinə tutulması qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarında göründüyü kimi, iddiaçı Məhkəməyə 28.02.2022-ci ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması 28.02.2022-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, Cavabdeh məcburi köçkün olmasını bildirsə də,məcburi köçkün vəsiqəsinin əslini və,ya notariat qaydasında təsdik olunmuş sürətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İlk iddia qismən, qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh 05.07.2012-ci il təvəllüdlü X1, 05.09.2014-cü il təvəllüdlü X2 və 17.03.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 28.02.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 20 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində və Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-207/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-207/2022
19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver