Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-267/2024 29.03.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Səvətlər İdarəsinin Cavabdehnə qarşı «təbiətə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Səvətlər İdarəsi Cavabdehnə qarşı «təbiətə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ətraf mühitə vurulmuş 61.784,10 manat məbləğində ziyanın Cavabdehndən tutularaq 12 saylı Regional Ekologiya və Təbii Səvətlər İdarəsinin bank hesabına (X1 VÖEN **********, Kod 210005, Müxbir Hesab AZ41NABZ ******************** BİK CTREAZ 22, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab AZ94CTRE********************, VÖEN **********, büdcə səviyyə kodu -1, büdcə təsnifat kodu 142330) “X2 üzrə Dövlət Fondu”na məcburi ödənilməsi barədə qərar çıxarılmaısın məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən verildiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, Cavabdeh hüquqi şəxsdir və hüquqi ünvanı ünvan 1spublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Səvətlər İdarəsi Cavabdehnə qarşı «təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi ilə hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35,152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Səvətlər İdarəsinin Cavabdehnə qarşı «təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-267/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-267/2024
29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver