Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-287/2022 19.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizə baxılmamış saxlanılır. Ona görə də iddiaçı X1 Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət verlilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-287/2022
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-287/2022
19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver