Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-300/2025 07.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə münasibətlərindən dünyaya gələn 19.05. 2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-cı il təvəllüdlü X3 18 yaşına qədər saxlanılmaları üçün hazırda hər uşağa görə müəyyən olunmuş yaşayış minimumu həddindən məbləğin indeksasiya edilərək sonrakı illər üzrə artımlar da nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (400 x 0.615 = 246 manat) sabit pul məbləğində alimentin, X3 müalicəsi üçün əlavə 100 manat, tərəfindən mediasiya üçün ödənilən 50 manat rüsumun cavabdehdən onun xeyrinə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə rəsmi nikahları olmasa da onlar xx.xx.2019-cu il tarixindən etibarən vətəndaş nikahı əsasında birgə yaşamağa başlamışlar. Birgə münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022ci il təvəllüdlü X6 dünyaya gəlmişlər. Hal-hazırda cavabddehlə aralarında münasibətlərin soyuq olması səbəbindən 2 aya yaxındır ki, o, cavabdehdən ayrı, övladları ilə birgə kirayədə yaşayır. Hazırda ata uşaqlara heç bir maddi yardım etmir, o, isə tək ana olaraq uşaqların maddi ehtiyyaclarını ödəməkdə çox çətinlik çəkir və bu səbəbdən dolayı uşaqların 18 yaşı tamam olan günədək saxlanması üçün cavabdehdən alimentin alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmək üçün rəsmi olaraq dəvət edilsə də, iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən 50 manat ödəniş edilmiş və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə uyğun olaraq, məhkəməyə iddia ərizəsi üçün dövlət rüsumu ödəyərkən mediasiyaya çəkdiyi xərcləri nəzərə almışdır . Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə rəsmi nikahda deyillər, cavabdehdən iki uşağı var. Övladının birinə autizim diaqnozu qoyulmuş və hal-hazırda müalicə alır. Cavabdeh uşaqlarına atalıq vermişdir. Cavabdehdən uşaqlarına 246 manat aliment və oğlu Davudun müalicəsi üçün əlavə 100 manat ödənilməsini istəyir. Balaca övladı autizm xəstəsidir. Əvvəllər onu həkim müayinələrinə aparsa da, indi maddi imkanı olmadığından apara bilmir. Müayinələr “City Akademiya” adlanan özəl klinikada olmuş və hər müayinəyə 45 manat pul verməli olurdu. Uşağı həftədə 2-3 müayinədən keçirməli olurdu. O, 371 manat maaş alır, bu da uşaqları saxlamağa çatmır, Uşaqların saxlanılmasında çətinlik çəkir. Birgə yaşadıqları zamanlarda cavabdehin qazancı aylıq 1000 manat olmuşdur. Cavabdeh 100 manat bir dəfə uşaqlara köməklik etmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbimin təmin olunmasını, hər uşağa hər ay 246 manat aliment və oğlu Davudun müalicəsi üçün əlavə 100 manat ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/16/2025-00229 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-cı il təvəllüdlü X3 valideynləridirlər. -İş materiallarında olan X7 tərəfindən verilmiş məlumatdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X5 autizm spektr pozuntusu diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixdən başlayaraq qeyri-rəsmi nikah münasibətlərində yaşamış və onların bu münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı iki uşaqları dünyaya gəlmişlər. Tərəflər arasında rəsmi nikah olmasa da, cavabdeh birgə nikahdan olan uşaqlara öz atalığını vermişdir. Tərəflərin hazırda ailə münasibətləri pozulduğundan iddiaçı uşaqları ilə birlikdə yaşadıqları evdən çıxaraq kirayədə yaşamalı olmuşdur. Bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış, onların maddi təlabatlarını ödəmək üçün iddiaçıya heç bir maddi köməklik belə göstərməmişdir. İddiaçı tək qadın olaraq uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Onların birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X6 autizm spektr pozuntusu xəstəliyindən əziyyət çəkir, uşaq həftədə 2-3 dəfə müayinədən keçməli və hər müayinə zamanı 45 manat pul ödənilir, cavabdehin ona heç bir maddi yarıdm etməməsi səbəbindən uşağı artıq müayinəyə apara bilmir, aldığı 371 manat əmək haqqı isə ümumiyyətlə uşaqların heç bir təlabatını qarşılamır. Ona görə də cavabdehdən alimentlə yanaşı, əlavə xərcin tutulmasını da tələb edir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bundan başqa, məhkəmə iddia tələbinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşaqların mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən olan xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment, həmçinin xx.xx.2022-ci il təvəllüdlü X3 müalicəsi üçün hər ay 50 manat əlavə xərcin tutulması qənaətinə gəlir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X3 müalicəsi üçün hər ay 50 manat əlavə xərc tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-300/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-300/2025
07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver