Məhkəmə qərarları › İş №2(034)-340/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-340/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-340/2021 17.06.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Salahova Şahnaz Səməd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncu şəxs Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı “İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan və 07 noyabr 2020-ci il tarixdə şəhid olan X7 vərəsəsi olmaq hüquqlarından mərhum olmasına dair” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, 2 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən 07 noyabr 2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh Seyidəli qızına miras əmlakdan tam hissədə pay alması barədə 04 fevral 2021-ci il tarixli, reyestrdə 2V-22 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğa edilməsi, Cavabdeh 5500 (beş min beş yüz) manat almış olduğu sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan və 07 noyabr 2020-ci il tarixdə şəhid olan X7 vərəsəsi olmaq hüquqlarından mərhum olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, nümayəndəsi olduğu İddiaçı onun doğma oğludur. İddiaçı ilə X5 ilə rəsmi olaraq ailə qurmuşlar və birgə nikahlarından onların 23 yanvar 2002-ci ildə X9 adlı uşaqları doğulmuşdur.Bu barədə 01.02.2002-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən 22 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir. Oğlu ilə keçmiş gəlini boşanmışlar və boşandıqları vaxtdan da bir yerdə yaşamamışlar. Boşananda uşaq balaca olmuşdur. Belə ki, dörd yaşına kimi cavabdeh gəlib-getmişdir. Lakin sonra onlar uşağı görmək istədikdə cavabdeh buna maneçilik törətmişdir. İddiaçı 6 il həbsdə olmuşdur. İmkansızlıqdan uşağa heç vaxt aliment ödəməmişdir. Nəvəsi Naxçıvanda hərbi məktəbdə oxumuş, sonuncu dəfə isə nəvəsi ilə paradda görüşmüşlər. X3 07 noyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunda gedən döyüş əməliyyatlarında şəhid olmuş və bu barədə Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin dekabr 29-da 50 nömrə ilə qeyd edilmişdir.Uşağın dəfin mərasimlərində iştirak etmiş, lakin oğlu Türkiyədə olduğuna görə dəfin mərasimində iştirak etməmişdir. Oğlu İddiaçı da oğlunun 07.11.2020-ci il tarixdə Füzulu rayonunda gedən döyüşlərdə şəhid olduğunu artıq 2020-ci ilin noyabr ayında xəbər tutmuşdur.Vərəsəliyin qəbul olunması ilə bağlı notariat kontoruna nə o, nə də onun oğlu müraciət etməmişlər. Mart ayının sonlarında, aprel ayının əvvəlində bilmişlər ki, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 07 noyabr 2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh Seyidəli qızına miras əmlakdan tam hissədə pay alması barədə 04 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə əsasında Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Abşeron filialından 11.000 manat sığorta ödənişi almışdır. X4 ailəli olmamış, vəsiyyətnamə qoymamışdır. Cavabdeh isə 11.000 manat sığorta ödənişini tək vərəsə kimi almışdır. Oğlu uzun müddətdir ki, Türkiyədə yaşadığı üçün vərsəliklə bağlı notariusa vaxtında müraciət edə bilməmişdir. Halbuki 11.000 manat sığorta ödənişi Cavabdeh ilə birinci növbədə vərəsə kimi oğlu İddiaçı arasında bərabər surətdə bölünməli idi. Ona görə də məhkəmədən ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdehlə 10 noyabr 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur və birgə yaşayışlarından X10 adlı bir uşaqları doğulmuşdur. Aralarında baş verən narazılıqlar nəticəsində Zəngilan rayon Məhkəmsinin 08 dekabr 2004-cü il tarixli qətnaməsi ilə onların nikah qeydiyyatı pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Zəngilan rayon Məhkəmsinin 2(034)-88/2013 saylı 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ay 87 (səksən yeddi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh uşaq doğulandan hazırkı vaxta kimi uşağın saxlanmasında nə mənəvi, nə də maddi cəhətdən ona köməklik göstərməmişdir. O, bu barədə dəfələrlə ona bildirsə ki, uşağın saxlanmasında ona köməklik göstərsin o isə qəti olaraq bundan imtina etmişdir. Uşaq bu vaxta kimi necə böyüyüb necə yaşayıb, bunların heç birindən maraqlanmadığı üçün xəbəri olmamışdır. Hətta bir ata kimi uşağı görsə heç tanımazdı. Onun uşağın saxlanması üçün aliment ödəməməyi barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsində də barəsində tədbirlər görülmüş və artıq axtarışa verilmişdir. İddiaçı bu günə kimi ona uşağın saxlanması üçün aliment ödəmədiyi üçün hazırki vaxta 8265 manat ödənilməmiş aliment borcu yığılmışdır. Cavabdeh hazırda Azərbaycanda yaşamır, o, hal-hazırda Türkiyyə Respublikasında yaşayır. Saatlı rayon İcra və Probasiya Şöbəsində artıq bu barədə məlumat vardır. Onlar məlumat alıblar ki, cavabdeh Azərbaycanın ərazisində yoxdur və Türkiyədə yaşayır. Övladı 23 yanvar 2002-ci il tarixdə doğulan X10 2-ci Qarabağ döyüşlərində ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərəkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli fərmanına əsasən şəhidin vərəsəsi kimi 11000 manat birdəfəlik ödəməni şəhidin tək vərəsəsi kimi o almışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən “şəhid adının əbədiləşdirilməsi şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublkasının qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə 500 manat məbləğində “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetinin təqaüdü” verilməsi nəzərdə tutulmuşdur. O isə həmin məbləği də şəhidin tək vərəsəsi kimi almaq istəsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə ona imtina edərək bildirir ki, ya şəhidin atasının vərəsəliyi ləğv olunmalı, ya atalıq hüququndan mərhum olunmalıdır. Çünki o, uşağı üç yaşından özü valideynlərinin köməyi ilə böyütmüşdür, uşağın atası ona həmin vaxt ərzində heç bir maddi yardım göstərməmiş, hətda məhkəmə tərəfindən kəsilmiş alimenti də ödəməkdən qətiyən imtina etmişdir ki, hal-hazıra kimi onun 8000 manatdan artıq aliment borcu vardır, oğlunun şəhid olduğunu bilsə də onun dəfin mərasimində iştirak etməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən də məlum olur ki, o şəhidin tək vərəsəsi hesab olunmuşdur. Hazırda ona qarşı yönələn iddiaya tam etirazını bildirir. Ona vərəsəlik şəhadətnaməsi 04.02.2021-ci il tarixdə verilmişdir. Oğlu isə 07.11.2020-ci il tarixdə şəhid olmuşdur.Burdan da məlum olur ki, şəhadətnamə ona altı aydan da öncə verilmişdir və bu o deməkdir ki, o şəhidin tək vərəsəsidir. David İsmayılın atası olsa da, lakin uşağı saxlamaqdan qəti imtina etmişdir və bu baxımdan onun qanun üzrə vrəsəsi ola bilməz, yəni bu huquqdan məhrum olunmalıdır. Belə ki, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Davidin isə uşağa, doğulandan bir valideyn kimi nə maddi, nə də mənəvi olaraq qayğı göstərməməsi, övladı 18 yaşı tamam olana kimi heç vaxt aliment ödəməməsi ilə göstərmişdir ki, bu insan 23 yanvar 2002-ci il tarixdə doğulan X7 vərəsəsi ola bilməz. Bu onun hazırki vaxtda 8265 manat aliment borcu olması ilə sübuta yetir. Ona görə də o ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Cavabdeh onun dayısı nəvəsidir. Natəvan David adlı şəxslə ailə qurmuş, onların birgə nikahlarından 23.01.2002-ci il təvəllüdlü İsmayıl adlı bir uşaqları olmuşdur. Bildiyinə görə onların ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş və uşaq anasnın himayəsində saxlanılmışdır.Tərəflər boşanan zaman İsmayıl 3 aylıq olmuşdur. Onlar boşandıqdan sonra Natəvan azyaşlı uşağı ilə birlikdə atasının evinə sığınmışdır. İsmayıla ana babası baxmış, onun bütün təlabatları həm anası, həm də ana babası tərəfindən ödənilmişdir. İsmayıl 3 aylığından şəhid olan günə kimi nə onun atası, nədəki ata qohumları bir dəfə də olsun onunla maraqlanmamışdılar. Hətta İsmayılın atası onun saxlanması üçün kəsilən alimenti belə ödəməkdən boyun qaçırmışdır. Onlar qohum olaraq İsmayılın ata qohumlarını görməmiş, ümumiyyətlə onları tanımamışlar. Cavabdeh İsmayılı tək böyütmüş, şəhid olana kimi onun bütün qayğılarını o, özü təkbaşına çəkmişdir.İsmayıl hərbi məktəbdə təhsil almışdır. Müharibə başlayan kimi o, könüllü olaraq müharibəyə getmiş və qəhrəmancasına döyüşmüşdür. Mübaribə qutardıqdan sonra onlar düz iki ay İsmayılı itkin kimi anası Cavabdeh ilə birlikdə axtarmışlar. İsmayılı Şuşa, Hadrut, Qubadlı, Xocavənd istiqamətində axtarsalarda tapa bilməmişlər. İsmayılın nəşini son olaraq anası Natəvan morqdan tapmışdır. İsmayılın axtarışında nə onun atası olan David adlı şəxs, nədə ki, ata qohumları bir dəfə də olsun iştirak etməmişlər. İsmayılın cənazəsi təhvil verildiyində, nə də yas mərasimində atası gəlib iştirak etməmişdir. David İsmayıl doğulduğu gündən şəhid olduğu günə kimi bir dəfə də olsun ona atalıq belə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Cavabdeh tanıyır, qarşı tərəfi isə tanımır. Bildiyinə görə Natəvan David adlı şəxslə ailəli olmuş, sonradan onların ailə münasibətləri alınmadığı üçün rəsmi olaraq ayrılmışlar. Tərəflərin birgə nikahlarından İsmayıl adlı bir uşaqları olmuşdur. İsmayılı yaxından tanısa da, onun atasını tanımır. Natəvan İsmayılı çox böyük əziyyətlə böyütmüş, İsmayılın bütün qayğılarını həm anası, həm də ana babası çəkmişdir.O, İsmayıllı uşaqlıqdan tanıyır. İsmayıl hərbiçi olduğu üçün müharibə başlayan kimi könüllü olaraq müharibəyə getmişdir. Müharibə qutardıqdan sonra onlar İsmayılın anası ilə birlikdə iki ay onu axtarmışlar. Bu müddət ərzində İsmayılın nə atası, nədə ki, ata qohumları onun axtarışında belə iştirak etməmişlər. Hətta İsmayılın cənazəsi anasına təhvil verilən zaman da, atası orada olmaımşdır. Bildiyinə görə atası ümumiyyətlə doğulduğu gündən şəhid olduğu günə kimi bir dəfə də olsun İsmayılla maraqlanmamışdır. Belə ki, onların heç bir əlaqələri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, Natəvan xanımı tanyır, qarşı tərəfi isə tanımır. Belə ki, İsmayılın babası ilə qonşu olmuşlar. İsmayılı uşaqlıqdan tanıyr. İsmayıla 3 aylığından babası baxmışdır. İsmayılın bütün qayğılarını anası ilə birlikdə babası da çəkmişdir. Atasının isə gəlib-getməsini görməmişdir. Bildiyinə görə İsmayıl itkin düşdüyü və şəhid olduğu müddət ərzində nə atası, nədə ki, ata qohumları bir dəfə olusun onunla maraqlanmamışlar. Üçüncu şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinn səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə üçüncu şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarına əlavə olan Zəngilan Rayon Məhkəməsinin 08.12.2004-cü il tarixli qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında olan rəsmi nikah pozulmuş və 23.01.2002-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş, X10 anasının yanında saxlanmışdır. İş materiallarına əlavə olan Zəngilan Rayon Məhkəməsinin 26.04.2013-cü il tarixli 2(034)- 88/2013-cü il tarixli qətnaməsindən məlum olur ki, 23.01.2002-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş, X1 üçün İddiaçı hər ay 87 manat aliment Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olan Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin arxiv arayışından məlum olur ki, X10 23.01.2002-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuşdur və tərəflər onun valideynləridir. İş materiallarında olan AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Saatlı rayonu, Telmankənd kəndində anadan olub və yaşayış yeri Saatlı rayonu, Əhmədbəyli kəndidir. İş materiallarına əlavə olan AZ-İİ 076748 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 07.11.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində Fizuli rayonunda ölmüşdür. İş materiallarına əlavə olunan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron 2 saylı Notariat ofisi tərəfindən verilmiş 14.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, 07.11.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Zəngilan rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev-2-də qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam şəkildə pay almalı və bu miras 11000 manat sığorta ödənişindən ibarətdir. İş materiallarına əlavə olan Saatlı Rayon İcra və Probasiya şöbəsinin 01.03.2021-ci il tarixli 8010/2011-69-5 saylı məktubundan məlum olur ki, hazırda ölkə ərazisindən kənarda yaşayan borclu İddiaçı X1 üçün bu günə kimi aliment ödənişi etməmiş və hazırda da 8265 manat ödənilməmiş aliment borcu qalmışdır. Hazırda borclu İddiaçı axtarışa veriliməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. İş materiallarına əlavə olan 29.12.2020-ci il tarixli 579 saylı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Şöbəsinin arayışından məlum olur ki, mərhum əsgər X7 anası Cavabdeh «Şəhid ailəsi» statusuna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölmüş şəxsin uşaqları,miras qoyanın ölmündən sonra doğulmuş uşaq,arvad(ər),valideynlər (övladlığa götürənlər) birinci nöbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Məhkəmə araşdırması zamanı tərəflərin ifadələri və tədqiq olunmuş sübutlarla müəyyən olmuşdur ki, tərəflər Cavabdeh ilə İddiaçı 10.11.1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.Birgə nikahlarından 23 yanvar 2002-ci il təvəllüdlü X10 adlı bir uşaqları doğulmuşdur. Tərəflərin nikahları Zəngilan rayon məhkəmsinin 08 dekabr 2004-cü il tarixli qətnaməsi ilə pozulmuş və uşaq anası Cavabdeh himayəsində saxlanılmışdır. Uşağı Cavabdeh atasının köməkliyi ilə saxlamışdır. Sonradan alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Zəngilan rayon məhkəməsinin 2(034)-88/2013 saylı 26 aprel 2013-cü il tarixli qətnaməsinə sasəsən cavabdeh İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ay 87 (səksən yeddi) manat məbləğində sabit aliment tutularaq ona ödənilməsi qərara alınmışdır.Lakin İddiaçı nikah pozulduğu andan bir dəfə də olsa uşaqla maraqlanmamış, məhkəmə tərəfindən təyin olunmuş alımenti ödəməmişdir. X7 8265 manat aliment borcu yığılmışdır. 23 yanvar 2002-ci il təvəllüdlü X10 2-ci Qarabağ döyüşlərində ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərəkən 7 noyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur.”Hərbi Qulluqçuların Dövlət İcbarı Şəxsi Sığorta haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən şəhid ailəsinə 11000 manat pul ödənilmişdir. X2 ölmü ilə əlaqədar 11000 manat sığorta ödənişini tək vərəsə kimi Abşeron rayonu 2-saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında şəhid anası Cavabdeh almışdır. İddiaçı şəhid atası olduğunu bildirərək Abşeron rayonu 2-saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsini və X7 vərəsəsi kimi sığorta ödənişinin yarısını, yəni 5500 manatını İddiaçı verilməsini tələb etmişdir. İddiaçı X7 şəhid olmasından 2020-ci ilin noyabr ayında xəbər tutmuşdur və qanunla müəyyən olunmuş vaxt ərzində notariat ofisinə vərəsəliyi qəbul etməsi ilə bağlı rəsmi qaydada müraciət etməmişdir. Məhkəmə iclasında İddiaçı təmsil edən onun nümayəndəsi (anası)Nümayəndə da oğlunun Türkiyədə olduğuna görə notariusa müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.(MM-nin 1243,1;1243,2; 1243,2 maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 atası kimi onun oğlu qanun üzrə vərəsəsi olduğunu və dövlət tərəfindən şəhid ailəsinə ödənilmiş sığorta ödənişinin yarısı ona ödənilməli olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi nə oğlunun, nə də onun özü oğlunun nümayəndəsi kimi notariat ofisinə vərəsəliyin qəbulu ilə bağlı müraciət etmədiklərini bildirmişdir. Abşeron rayonu 2-saylı notariat ofisinin notariusu G.İ.Məsimova tərəfindən təqdim olunmuş vərəsəlik işindən və iş materiallarında olan sənədlərdən də göründüyü kimi İddiaçı qanun üzrə vərəsəliyi qəbul etməsi üçün notariat ofisinə müraciət etməmişdir və ötürülmüş müddətin bərpasına dair ərizə məhkəməyə verməmişdir. İddiaçı oğlunun şəhid olması barədə tam məlumata sahib olmasına baxmayaraq vərəsəliyin qəbulu ilə bağlı notariusa rəsmi qaydada ərizə təqdim etməklə müraciət etmədiyindən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi üçün heç bir əsas müəyyən olmamışdır. Eyni zamanda məhkəmə Cavabdeh İddiaçı qarşı “İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan və 07 noyabr 2020-ci il tarixdə şəhid olan X7 vərəsəsi olmaq hüquqlarından mərhum olması” barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi İddiaçı miras qoyan İsmayıl Mehdiyevi bir valideyn kimi saxlanması üçün öhdəsinə qoyulmuş vəzifələri yerinə yetirməkdən hazırki vaxta kimi boyun qaçırdığı tam sübuta yetirildiyindən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaysan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarı ilə müəyyən edilir ki, Azərbaysan Respublikası Mülki Məsəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası bu Məsəllənin 1137 (ləyaqətsiz vərəsə) və 1138-ci (vərəsə ola bilməyən valideynlər) maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, İddiaçı oğlu X8 qarşı ata kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, uşaq üç yaşından şəhid olana kimi ona qarşı laqeydlik nümayiş etdirmiş, onunla maraqlanmamış, heç bir maddi, mənəvi köməklik göstərməmiş və bunun nəticəsində də İddiaçı hazırki vaxta ödəniləcək olan, ödənməmiş 8265 manat aliment borcu yaranmışdır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Cavabdeh İddiaçı qarşı “İddiaçı 23 yanvar 2002ci il tarixdə doğulan və 07 noyabr 2020-ci il tarixdə şəhid olan X7 vərəsəsi olmaq hüquqlarından mərhum olmasına dair” qarşılıqlı iddia ərizəsi isə təmin olunaraq İddiaçı 23.01.2002-ci il tarixdə anadan olmuş və 07.11.2020-ci il tarixdə şəhid olmuş X7 vərəsəsi olmaq hüquqlarından mərhum olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan və 07noyabr 2020-ci il tarixdə şəhid olan X7 vərəsəsi olmaq hüquqlarından mərhum olmasına dair”qarşılıqlı iddia ərizəsi təmin olunsun. İddiaçı 23.01.2002-ci il tarixdə anadan olmuş və 07.11.2020-ci il tarixdə şəhid olmuş X7 vərəsəsi olmaq hüquqlarından mərhum olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar