Məhkəmə qərarları › İş №2(034)-346/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-346/2025

11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-346/2025 11.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin 8(034)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılması, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat alimentin məndən tutularaq cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin onların ailə münasibətləri alınmağından aralarında olan nikah məhkəmə qətnaməsi ilə xx.xx.2013-c il tarixdə ləğv edilmişdir. Onların bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 adlı bir övladları var və uşaq hal-hazırda anasının himayəsindədir. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə birgə nikahlarından olan uşağın saxlanması üçün hər ay 70 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Lakin, cavabdehin iddiası ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)-550/2015 saylı qiyabi qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün ondan tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 108 manat məbləğində müəyyən edilmişdir. Lakin, cavabdeh ödənilən məbləğin uşağın saxlanması üçün kifayət etməməsini əsas gətirərək, ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)-550/2015 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilməsi xahiş etmiş, Zəngilan Rayon Məhkəməsinin 8(034)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-550/2015 nömrəli qiyabi qətnaməsinin icra üsulu dəyişdirilərək, borclu İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.03 misli həddində (400 manat) sabit pul məbləğində alimentin tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyildir. Belə ki, hər ay onun 400 manat aliment ödəməyə heç bir maddi imkanı yoxdur, özü heç bir yerdə işləmir, başqa yerdən gəliri yoxdur. Lakin, bütün bünlara baxmayaraq, o, uşağımı saxlamaqdan imtina etmir və hər ay 400 manat deyil, 246 manat aliment ödəməyə razıdır. Hesab edir ki, hər ay alimentin sabit pul məbləğində 246 manat məbləğində tutulması məqsədə uyğun olar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda Göyçay şəhərində yaşamasını, məsafənin uzaq olmaqla yanaşı, məhkəməyə gəlib getmək maddi cəhətdən ona cox çətin olmasını nəzərə alaraq, məhkəmədən işə onun iştirakı olmadan baxılmsını və iddia tələbimin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesasb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o iddiaçı ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2010-cu ildə X7 anadan olmuşdur. Onların aralarında olan nikah xx.xx.2013-cü ildə ləğv edilmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-550/2015 saylı qiyabi qətnamə əsasında X1 üçün 108 manat aliment kəsilmişdir.Alimentin indeksasiya ilə məhkəmə müraciət etdiyində alimentin miqdarı minimum əmək haqqının 1.03 misli həddində olmuşdur. İddiaçı minimum əmək haqqının 1.03 misli ilə aliment ödəməyə çətinlik çəkdiyi üçün 246 manat alimentlə razı olduğunu bildirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyi, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. -Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X4 valideynləridir. -İş materiallarında olan notarial qaydada təsdiq edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2013-cü ildə ləğv edilmişdir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)- 550/2015 nömrəli qiyabi qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2015-ci il tarixdən etibarən hər ay uşağa 108 manat aliment iddiaçı Cavabdeh ödənilmiş, iş üzrə xx.xx.2013cü il tarixli, 2(034)-472/2013 saylı icra vərəqəsi xx.xx.2015-ci il tarixdən ləğv edilmişdir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(034)- 6/2025 nömrəli qərardadından görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-550/2015 nömrəli qiyabi qətnaməsinin icra üsulu dəyişdirilərək, borclu İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.03 misli həddində sabit pul aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır -İş materiallarında olan Qəbələ 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞQ/MT-035/2025-244 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin sonradan ailə münasibətlri alınmadığı üçün aralarınlda olan nkah məhkəm qətnaəmsi ilə ləğv edilmişdir. Tərəflərin bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 adlı bir övladları var. Uşağın saxdanması üçün alimentin məbləği Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə 70 manat, daha sonra cavabdehin iddia tələbinə əsasən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)- 550/2015 saylı qiyabi qətnaməsi ilə alimenrtin məbləği 108 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ödənilən alimentin uşağın təlabatlaırnı ödəmədiyi üçün alimentin indeksasiya ilə məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 8(034)- 6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-550/2015 nömrəli qiyabi qətnaməsinin icra üsulu dəyişdirilmiş, borclu İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.03 misli həddində (412 manat) sabit pul məbləğində alimentin tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin, iddiaçı maddi vəziyyətinn çətin olmasını, 400 manat məbləğində alimenti ödəməyə maddi imkanın olmamasını, hər ay uşağın saxlanması üçün 246 manat aliment verməyə razı olmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qəbul etmiş, iddiaçı tərəfindən hər ay ödəniləcək 246 manat aliment ödənilməsinə etiraz etməmişdir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, Zəngilan Rayon Məhkəməsinin 8(034)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılaraq, tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, İddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 8(034)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin azaldılması hazırki qətnamə qanuni qüvvəsini aldığı andan hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar