Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-357/2023 07.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 manat, X1 baxımı üçün 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində təminatın və mediasiyaya görə ödənilmiş 60 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 noyabr 2021-ci il tarixdə Asan Xidmət Mərkəzində Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 22 sentyabr 2022-ci il tarixdə X2 anadan olmuşdur. Cavabdeh onlarla yaşamır, uşağa heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. 3 ay gözləməsinə baxmayaraq, yenə də yoldaşı uşağa hər-hansı bir yardım etmir. Uşağı valideynlərinin köməkliyi ilə saxlayır. Maddi vəziyyətləri olduqca ağırdır. Buna görə də hazırki iddia ilə Zəngilan rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, uşağın saxlanması üçün hər ay 180 manat, əlavə xərc olaraq 20 manat, cəmi 200 manat aliment ödəmyə razı olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, uşağa baxmaqda çətinlik çəkir, aliment istiyir. xx.xx.2021-ci ildə cavabdehlə ailə qurmuşlar. Övladına boşanma olmadan aliment tələb edir. Fevral ayından anasıgildə qalır. Heç bir maddi mənəvi köməklik etmir. xx.xx.2022-ci ildə övladı anadan olmuşdur. Uşağa heç bir köməklik etmir, gəlib uşağıda görmür. Hal-hazırda analıq məzuniyyətindədir. Cavabdehdən hər ay 220 manat aliment, uşağın 3 yaşına kimi 50 manat əlavə xərc istəyir. Cavabdeh Ədliyyə Nazirliyində cəza çəkmə müəssəsində işləyir. O,hal-hazırda işləmir. 350 manat maaş alır. 200 manat alimentə razı deyildir. Bu nikahdan 11 aylıq qız övladı var, nikahları pozulmamışdır. Cavabdehlə ayrı yaşayırlar. O, valdeyinlərinin yanında qalır. Cavabdeh işləyir. Cavabdeh gəlib uşağını görmür, heç bir maddi və mənəvi köməklik etmir. Hal hazırda işləmir, övladı dünyaya gəlməmişdən öncə əczaçılıq firmasında işləmiş, 350 manat maaş alırdı. Ailəni bir araya toplamaq kişinin borcudur. Cavabdeh normal şəkildə onu gətirib valdeyinlərinin yanına qoymuş, sonra arxasınca gəlməmişdir. Fevral ayından gəlib uşağını görmür. Ailələrinə müdaxilələr var idi. O, pis yoldaşdırsa, bəs övladının günahı yoxdur. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ondan 220 manat aliment və 50 manat uşağın 3 yaşına qədər saxlanması üçün əlavə xərc istəyir. Övladına baxmalıdır, amma işdən çıxmış, başqa şirkətdə təzə işə düzəlmişdir. 550 manat maaş alır. Ailəsi yaxşı olsaydı övladı yanında olardı. Hər şey qarşılıqlı olmalıdır. Üç yerdə işləyib övladına baxmışdır. Yoldaşının təhsil haqqını da ödəmişdir. Uşağının bir yaşı olsun məhkəməyə boşanmaq üçün ərizə verəcəkdir. İddiaçı ilə barışmaq istəmir. Cavabdeh sonda isə 200 manat sabit pul məbləğində aliment ödəməyə razı olmasını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanaraq, bu barədə 1 saylı Bakı “Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində akt qeydləri kitabında 2113 saylı qeyd aparılmışdır. İş materiallaırnda olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edimlmiş surətindən görünür ki, tərəflər xx.xx.2022-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/2-02857 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 18 №-li Bakı Peşə Məktəbi tərəfinlən verilmiş 14 qömrəi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətəndə xx.xx.2021-ci il tarixdən 18 nömrəli Bakı Peşə Məktəbində istehsalat təlimi ustası vəzifəsində çalışır və aylıq əmək haqqısı 843.07 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan tərəflərin xx.xx.2022-ci il təvəllüdlü X2 adlı bir uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan bəzi ailə məsələlərinə görə münasibətləri pozulmuş və iddiaçı hal-hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Cavabdeh bu günə kimi ailəsi ilə maraqlanmamış, birgə nikahdan olani uşağın saxlanması üçün iddiaçıya heç bir maddi yardım etməmişdir. İddiaçı hazırda analıq məzuniyyətində olduğundan heç bir yerdə işləmir, uşağın bütün xərcləri iddiaçının valideyləri tərəfindən ödənilir. Bu da səbəbdən iddiaçı cavabdehdən uşağın saxlanması ilə bağlı hər ay 220 manat məbləğində alimentin, həmçinin uşaq 3 yaşına çatanəd əlavə xərc kimi 50 və mediasiyaya görə ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh 550 manat əmək haqqı almasını və birgə nikahdan olan uşağın saxlaması üçün 200 manat ödəməyə razı olmasını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2023-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2023-cü ildən hesablanmalıdır. Azərbaycani Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur Həmin məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddiaçının əmək qabliyyətli olmasını,əvvəllər işləməsini, hazırda analıq məzuniyyətində olmasını, həmçinin uşağın saxlanmasının hər iki valideynin borcu olmasını nəzərə alıb hesab edir ki, iddia tələbi uşaq 3 yaşına çatanadək onun saxlaması üçün cavabdehin əlavə xərcə cəlb olunması hissəsində təmin edilməmlidir. Bundan başqa, iddiaçı cavabdehdən mediasiyaya ödənilmiş xərci tələb etsə də, məhkəmə hesab edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci bəndinə əsasən, şəxsin saxlınılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-357/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-357/2023
07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver