Məhkəmə qərarları › İş №2(034)-365/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-365/2025

16.07.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-365/2025 16.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «kirayə münaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «kirayə münaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 29 saylı evin, 60 saylı mnzilinə dair 08 dekabr 2024-cü il tarixdə bağlanmış və həmin tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi noturiusu tərəfindən 3M-411 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş kirayə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 29 saylı evin, 60 saylı mənzili onun mülkiyyətindədir. Belə ki, həmin mənzil 22 oktyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydə alınaraq, həmin tarixdə göstərilən mənzilə dair onun adına seriya MA №0005132 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşımnaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon 20 Yanvar küçəsi, 29 saylı evin, 60 saylı mənzil onun mülkiyyətində olduğundan, göstərilən mənzil üzərində faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş, imkanına, mənzilin faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanına, habelə mənzilin hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanına malikdir. Buna görə də göstərilən mənzili kirayə erərək ondan fayda götürmək qərarına gəlmişdir. Bu məqsədlə, Cavabdeh ilə 08 dekabr 2024-cü il tarixdə hər ay kirayə haqqı 500 manat olmaqla, bir il müddətinə - yəni 08 dekabr 2025-ci il tarixədək müddətə mənzil kirayə müqaviləsi bağlamış, onunla Cavabdeh arasında mənzil kirayə müqaviləsi 08 dekabr 2024-cü il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 3M-411 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Onunla Cavabdeh arasında 08 dekabr 2024-cü il tarixdə mənzil kirayə müqaviləsi bağlansa da, həmin müqavilə dövlət qeydiyyatına alınmamış və buna görə də göstərilən müqavilə əsasında Cavabdeh istifadə hüququ əmələ gəlməmişdir. Kirayə müqaviləsi əsasında, kirayə obyekti olan mənzili Cavabdeh faktiki istifadəsinə verdikdən qısa bir müddət sonra qonşular tərəfindən ona məlumat verilmişdir ki. Cavabdeh mənzilə aid olmayan və həm də müsbət qarşılanmayan şəxsləri dəvət etmiş, bundan xəbər tutduqdan dərhal sonra Cavabdeh etirazımı bildirmiş və Cavabdeh qarşılıqlı razılıq əsasında mənzili tərk etmişdir. Lakin, mənzil kirayə müqaviləsinin ləğv edilməsini rəsmiləşdirə bilməmişlər. Hazırda da həmin müqavilənin ləğv edilməsini rəsmiləşdirə bilmir. Ona görə ki, cavabdeh telefonla əlaqə saxlamır və onun faktiki yaşayış yeri ona məlum deyildir. Buna görə də onunla Cavabdeh arasında 08 dekabr 2024-cü il tarixdə bağlınmış mənzil kirayə müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsi zərurəti yaranmışdır. Onunla Cavabdeh arasında 08 dekabr 2024-cü il tarixdə bağlanmış mənzil kirayə müqaviləsində kirayəçi Cavabdeh digər şəxsləri, o cümlədən onun ailə üzvləri olmayan şəxsləri mənzilə dəvət etdiyindən (gecələr mənzildə qalmaqla) müqavilə öhdəliyini pozmuşdur. Digər tərəfdən, onun özünun və ailə üzvlərinin hazırda mənzilə ehtiyacı yarandığından Cavabdeh ilə 08 dekabr 2024-cü il tarixdə bağlanmış mənzil kirayə müqaviləsinin ləğv edilməsi ilə kirayədarkirayəçi münasibətlərinə xitam verilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən Cavabdeh qarşılıqlı razılıq əsasında mənzili tərk etdiyindən, bunula da Cavabdeh arasında kirayə münasibətlərinə faktiki xitam verldiyindən, habelə Cavabdeh faktiki yaşayış yeri ona məlum olmadığından, onunla Cavabdeh arasında bağlanmış, lakin hazırda formal olaraq rəsmi cəhətdən davam edən kirayə münasibələtrinə Cavabdeh müraciət etmədən də müqavilə məhkəmə cavdasında ləğv edilməlidir. Mahmudov, Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından insan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Kravçenko Rusiya Federasiyasına» qarşı 02 aprel 2009-cu il tarixli qərarında hüquqi mövqeyini belə bildirmişdir ki, əgər tələb təbiətinə görə maddi məna kəsb edirsə və mübahisənin yaranmasından asılı olmayaraq həm də maddi məna daşıyan və ehtimal olunan hüquq pozuntularına əsaslanırsa, konvensiyanın 6-cı maddəsinin 1-ci mədinin pozuntusu kimi qəbul edilməlidir. İddiaçı X2 teleqramla məhkəməyə müraciət edərək, bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmir, ona görə işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə olunmuş müraciət və pretenziyadan görünür ki, iddiaçı X3 onunla Cavabdeh Vüqfr oğlu arasında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 29 saylı evin, 60 saylı mənzilinə 08 dekabr 2024-cü il tarixdə bağlanmış və həmin tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi noturiusu tərəfində 3M-411 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş kirayə müqaviləsinin ləğv ediləməsinə dair öz iradə ifadəsini bildirmiş, həmin müqaviləni ləğv edilmiş hesab edilməsini, öhdəliklərini 10 iş günü müddətində icra edilməsi xahiş olunmuş, əks təqdirdə mübahisənin həlli ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirilmişdir. -İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlamış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinin surətindən görünüur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 29 saylı evin, 60 saylı mənzilini xx.xx.2025-ci il tarixədək aylıq 500 manat kirayə haqqı ödənilməklə kirayəyə vermişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinlən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 29, 60 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2009-cu il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1036 nömrəli reyestr kitabının 93282 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 692.1. Kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. Maddə 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: Maddə 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; Maddə 692.2.2. kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, ev 29, 60 saylı mənzilini Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024cü il tarixli kirayə müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixədək aylıq 500 manat kirayə haqqı ödənilməklə cavabdehə kirayəyə vermiş, müqavilə dövlət tərəfindən qeydiyyata alınmadığına görə cavabdehin həmin mənzillə bağlı istifadə hüququ əmələ gəlməmişdir. Mənzil cavabdehin fktiki istifadəsinə verildikdən bir müddət sonra məlum olmuşdur ki, cavabdeh mənzilə müsbət qarşılanmayan insanları dəvət etmiş, mənzildə olan səs-küy orada yaşayan qonşuların narazılığa səbəb olmuşdur. İddiaçı bununla cavabdehə öz narazılığını bildirdikdən sonra cavabdeh qarşılıqlı razılıq əsasında mənzili tərk etmişdir. Lakin cavabdeh mənzili tərk etdiyindən və onun faktiki yaşayış yeri məlum olmadığından iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi üçün cavabdeh pretenziya məktubu göndərmiş, məktubda cavabdehin üzərinə götürdüyü öhdəliyini yerinə getimədiyi təqdirdə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən pretenziya məktubuna cavab verilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plunumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 29 saylı evin, 60 saylı mnzilinə dair 08 dekabr 2024-cü il tarixdə bağlanmış və həmin tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi noturiusu tərəfindən 3M-411 reyestrlə qeydə alınaraq təsdiq edilmiş kirayə müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 29 saylı evin, 60 saylı mnzilinə dair 08 dekabr 2024-cü il tarixdə bağlanmış və həmin tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi noturiusu tərəfindən 3M-411 reyestrlə qeydə alınaraq təsdiq edilmiş kirayə müqaviləsi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar