Məhkəmə qərarları › İş №2(034)-367/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-367/2025

02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-367/2025 02.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 246 manat məbləğində alimentin və mediasiyaya dair xərcin ödənilməsinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olmadan bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmış, cavabdehlə birgə münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. xx.xx.2020-ci il təvəllüdlü X1 atalığının müəyyən olunması üçün ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(034)-140/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə atalıq müəyyən olunmuşdur. Cavabdeh ona maddi cəhətdən heç bir köməklik etmir və hazırkı vəziyyətdə uşağın heç bir maddi təminatını ödəmir. Özü heç bir yerdə işləmir və uşaqla birlikdə anasının yanında yaşayır. Uşağın bütün xərclərini anası çəkir, onun heç bir yerdən gəliri yoxdur.Uşaq böyüdükcə xərcləri də artdığı üçün uşağı tək saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Uşaq bağçaya gedir, uşağın paltarları, hazırlığı və hər ay ödənişləri var. Cavabdeh bir dəfə belə uşaqla maraqlanmamışdır. Cavabdeh kafel metlax ustası işləyərək aylıq ***-**** manat məbləğində gəlir əldə edir. Buna görə də uşağın saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin ödənilməsini xahiş edir. Uşağı təkbaşına saxlamaq ona maddi cəhətdən çətinlik yaradacağı üçün cavabdeh tərəfindən alimentin ödənilməsi mühüm əhəmniyyət kəsb edir. O, həmçinin cavabdehlə aralarında razılığın əldə edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqısının az olmasını nəzərə alaraq, alimentin 152 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə nikaha daxil olmadan bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmış, cavabdehlə birgə münasibətlərindən xx.xx.2020-ci ildə X5 anadan olmuşdur. Zəngilan Rayon Məhkəməsinə müraciət etdikdən sonra məhkəmənin 2(034)-140/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşağının atalığı müəyyən edilmişdir. Cavabdeh ona maddi cəhətdən heç bir köməkili etmir. Oğlu məktəbə gedəcəyi üçün ən azından uşağın təhsil xərclərini qarşılamasını cavabdehdən tələb edir. 150 manat alimentə razıdır. Sonda iddiaçı məhkəmədən oğlu X3 hər ay 150 manat aliment tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə nikaha daxil olmadan bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmış, onların birgə münasibətlərindən xx.xx.2020-ci ildə X5 anadan olmuşdur. O, 246 manat aliment ödəməkdə çətinlik çəkəcək, lakin buna baxmayraq, hər ay uşağa 150 manat aliment ödəyə bilər. O, 500 manat maaş alır. Sonda cavabdeh məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/16/2025-00349 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2020-ci il təvəllüdlü X2 valideynləridir. -İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Tətbiq edilən hüquq: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuş və onların bu münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında rəsmi nikah olmasa da, cavabdeh birgə nikahdan olan uşağa öz atalığını vermişdir. Tərəflərin hazırda ailə münasibətləri pozulduğundan iddiaçı uşağı ilə birlikdə anasının himayəsində yaşamalı olmuşdur. Bu müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamış, onun maddi təlabatlarını ödəmək üçün iddiaçıya heç bir maddi köməklik belə göstərməmişdir. İddiaçı tək qadın olaraq uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir və ona görə uşağın saxlanması üçün cavabdehdən aliment tələb edir. Lakin, araşdırma zamanı iddiaçı uşağın saxlanması üçün cavabdehdən 246 manat aliment tələb etsə də, sonradan ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin maddi vəziyyətini nəzərə alaraq, alimentin məbləğinin 152 manat müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin araşdırma zamanı da, cavabdeh 246 manat deyil, hər ay uşağın saxlanması üçün 150 manat məbləğində aliment ödəməyə razı olmasını bildirmişdir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bundan başqa, məhkəmə iddia tələbinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən olan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar