Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-372/2021 06.07.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin əlavə xərcə cəlb edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «cavabdehin əlavə xərcə cəlb edilməsi tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19.05.2016-cı il təvəllüdlü X3 müalicəsi üçün hər ay 300 manat sabit pul məbləğində əlavə xərclərə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 28.08.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahdan19.05.2016-cı il təvəllüdlü X9 və 09.10.2017-ci il təvəllüdlü X10 adlı iki uşaqları var. Cavabdehlə ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(034)-65/2021 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan 19.05.2016-cı il təvəllüdlü X3 və 09.10.2017-ci il təvəllüdlü X6 onun himayəmdə qalmaları və uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması qət edilmişdir. Cavabdeh uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində alimentdən başqa ona heç bir maddi yardım etmir. Uşaqlardan 19.05.2016-cı il təvəllüdlü X3 nəfəs almasında problemlər yarandığı üçün əməliyyata ehtiyac yaranmışdır. Uşaq 29.04.2021-ci il tarixdə Unikal Klinikada əməliyyat olunmuşdur. Həm əməliyyatın xərcini, həm də dərmanların alınması üçün bütün xərcləri o tək başına ödəmişdir.Belə ki, əməliyyata 400 manat pul ödəmişdir. Dəfələrlə cavabdehə uşağın əməliyyatı və dərmanlarının alınması üçün ona əlavə maddi yardım etməsini xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh qəti olaraq imtina edərək alimentdən başqa heç bir maddi yardım etməyəcəyini bildirmişdir. X2 niqt qusuru olduğuna görə Liman Kilinikasında ambulator müayinə olunmuş, uzunmüddətli müalicə almış və halhazırda da müalicəsi davam edir. Uşaqlara baxmaq bir valideyn kimi onların hər ikisinin borcudur. O, bir ana kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Cavabdeh isə bir ata kimi vəzifəsinin yalnız məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş aliment ödənilməsindən ibarət olmasını hesab edir. Uşaq hər ikisinin uşağıdır.Ödənilən aliment uşaqların maddi təlabatlarını qismən ödəyir. Hətta alimentidə vaxtında belə ödəmir. Uşaq ambulator müalicədə olduğundan və hazırda da müalicəsi davam etdiyindən maddi cəhətdən əziyyət çəkir. Uşaqlar həm balaca olduğundan, həm də xəstə olduqları üçün hazırda heç bir yerdə işləyə bilmir. Sonda iddiaçı göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı ilə 28.08.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların 19.05.2016-cı il təvəllüdlü X9 və 09.10.2017-ci il təvəllüdlü X10 adlı iki uşaqları var. İddiaçı ilə ailə münasibətləri alınmadığı üçün Zəngilan Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqlar isə iddiaçının himayəsində saxlanılmışdır. Məhkəmənin qətnaməsi ilə ondan iddiaçının xeyrinə hər ay cəmi olaraq 340 manat aliment tutulur. Ödənilən alimenti hər ay vaxtlı vaxtından ödəyir. Alimentdən başqa imkanı olan kimi uşaqlara əlavə maddi yardım da edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, 19.05.2016-cı il təvəllüdlü X9 nəfəs problemi yaşadığı üçün əməliyyat olunmuş və onun əmliyyatı üçün 400 manat xərc çəkmiş, dərmalar almış, uşaq hazırda ambulator müayinə olunmuş, uzun müddət müalicələr almış və müalicəsi də davam edir. İddiaçı ondan uşağın müalicəsi üçün hər ay 300 manat əlavə xərc tələb edir. İddiaçının iddia tələbi ilə razı deyildir. Belə ki, o, başqa bir nikahdan olan 15.02.2013-cü il təvəllüdlü X1 üçün də aliment ödəyir. Zəngilan Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ondan 02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay qazancının 1/6 hissəsi miqdarında aliment uşağın anası X5 xeyrinə tutulması qət edilmişdi. O, hazırda «xxxx» MMCdə 04.06.2021-ci il tarixdən baş mühasib vəzifəsində işləyir və aylıq əmək haqqısı 350 manat təşkil edir.İddiaçının iddia etdiyi məbləğdə onun aliment ödəməyə heç bir maddi imkanı yoxdur. Uşaqların hər üçü onun uşağıdır və bir ata kimi onları saxlamaq onların qayğısına qalmaq onun vəzifəsidir. O, uşaqlarından imtina etmir, rəsmi olaraq məhkəmə qətnamələri ilə ödədiyi alimentlərdən başqa da, imkanı olan kimi əlavə olaraq yardım edir. İddiaçı yalan məlumatlarla öz xeyrinə qərarlar çıxartmağa çalışır. O, 07.01.2020-ci ildən övladlarından ayrı yaşayır. Həmin tarixə kimi onun övladlarının hər ikisi sağlam olmuş və səhətlərində heç bir problem olmamışdır. Ayrıldıqdan sonra iddiaçı uşaqları ilə görüşməyə ona imkan verməmiş, hər dəfə bir bəhanə ilə onu övladlarına həsrət qoymuşdur. Bu şəraitdə isə onun övladlarının hər hansı xəstəliyinin olmasını bilməsi, onlara qayğı göstərə bilməsi qeyri-mümkün olmuşdur. Alimenti ödəməkdən isə heç vaxt isə boyun qaçırmamışdır. 1 il 6 ay müddətinə azadlğın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün yaşadığı yer tərk edə bilmir. Özü onurğa diski yırtığından əziyyət çəkdiyi üçün ağır işlərdə işləyə bilmir. Əməliyyat olunmasına isə maddi vəziyyəti imkan vermir.Sonda cavabdeh qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Zəngilan rayon Məhkəməsinin 2(034)-65/2021 saylı 25.02.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqlar isə iddiaçının himayəsində saxlanılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, tərəflər 19.05.2016-cı il təvəllüdlü X3 validenyləridirlər. İş materiallarında olan Unikal Klinikası tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, 19.05.2016-cı il təvəllüdlü X3 əməliyyatı üçün 400 manat ödəniş edilmişdir. İş materiallarında olan Liman Klinikası tərəfindən verilmiş arayışdan görünür ki, 19.05.2016-cı il təvəllüdlü X9 07.05.2021-ci il tarixdə klinikada nitq qüsuru diaqnozu ilə ambulator müayinədə olmuş, hal-hazırda müalicəsi davam edir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15.02.2013-cü il təvəllüdlü Cavabdeh Nuray qızının valideynləri Cavabdeh və X7r. İş materiallarında olan Zəngilan rayon Məhkəməsinin 2(034)-692/2018 saylı 02.11.2018-ci il tarixli qətnaməsinin surətində görünür ki, Cavabdeh 15.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaına çatanadək hər ay qazancxının 1/6 hissəsində alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 04.06.2021-ci iml tarixli 01 nömrəli arayışdan görünür ki, Cavabdeh cəmiyyətdə baş mühasib vəzifəsində işləyir və aylıq vəzifə maaşı 350 manat təşkil edir. İş materiallarında olan Ege Hospital tərəfindən Cavabdeh verilmiş arayışdan görünür ki, o, onurğa sütunun bel hissəsində açıqlığı sola baxan minimal skolioz, bel lordozunda düzləşmə, L3-4 diskdə dural kisəni sıxan düffuz anulyar qabarma, L4-5 diskdə dural kisəni sıxaraq hər iki neural foramenə uzanan geniş əsaslı arxa mərkəzi yırtıq (5 mm), L5-S1 diskdə dural kisəni sıxaraq sağ S1 sinir kökcüyünə toxunan sağ paramedian protruziya (3mm) xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən eilmişdir ki, tərəflər 28.08.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan onların 19.05.2016-cı il təvəllüdlü X9 və 09.10.2017-ci il təvəllüdlü X10 adlı iki uşaqları olmuşdur.Tərəflərin ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(034)-65/2021 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan 19.05.2016-cı il təvəllüdlü X3 və 09.10.2017-ci il təvəllüdlü X6 iddiaçının himayəsində qalmaları qət edilmiş, və cavabdeh məhkəmə qətnaməsi ilə hər ay uşaqların saxlanması üçün iddiaçıya cəmi olaraq 350 manat sabit pul məbləğində aliment ödəyir. Bundan əlavə cavabdehdən məhkəmə qətnaməsi ilə başqa bir nikahdan olan 15.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının 1/6 hissəsi miqdarında alimentin tutularaq uşağın anası X8 ödənilməsi qət edilmişdir. Cavabdehin hal-hazırda aldığı əmək haqqısı 350 manat təşkil edir. İddiaçı Cavabdeh Əli oğlun uşaqların saxlanması üçün alimentdən başqa ona heç bir maddi yardım etmədiyini,uşaqlarla ümumiyyətlə maraqlanmadığını,oğlu 19.05.2016-cı il təvəllüdlü Müzəffərli Cəsur xəstə olduğundan mütammadı olaraq müayinə və müalicəyə ehtiyacı olduğunu,uşağın niqt qusurunun olduğundan həftədə üç-dörd dəfə həkim loqopedin qəbulunda ambulator müalicə aldığını, müalicəyə çoxlu xərc tələb olunduğunu,hər liqopedin seansı 25 manat olduğunu,müalicənin hələ də davam etdiyini,uşağın nəfəs almasında problem olduğundan aprel ayında əməliyyat olunduğunu,əməliyyata 400 manat pul xərclədiyini,cavabdeh uşağın xəstə olduğunu bilsə də köməklik göstərməkdən imtina etdiyini bildirmişdir.İş materiallarında olan həkim arayışlarından və ödəniş qəbzlərdən göründüyü kimi, həqiqətdən də tərəflərin birgə nikahdan doğulmuş 19.05.2016-cı il təvəllüdlü uşaqları X3 nəfəs almasında problemlər yarandığı üçün əməliyyat olunmasına 400 manat ödəniş olunmuş, niqt qusurunun olduğu,xəstə uzunmüddətli müalicə olunduğu,müalicənin davam olunduğu bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki,cavabdeh uşağın müalicəsi üçün əlavə xərclərə cəlb olunmalıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur Həmin məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olulanları,həmçinin Cavabdeh Əli oğlunun maddi vəziyyətini nəzərə alaraq, məhkəmə iddianın qismən təmin olunması və Cavabdeh Əli oğlundan 19.05.2016-cı il təvəllüdlü X3 davam edən müalicəsi üçün uşaq sağalana kimi hər ay 50 manat pulnun tutularaq İddiaçı xeyrinə ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əli oğlundan 19.05.2016-cı il təvəllüdlü X3 müalicəsi üçün uşaq sağalana kimi hər ay 50 (əlli) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-372/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-372/2021
06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver