Məhkəmə qərarları › İş №2(034)-412/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-412/2022

06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-412/2022 06.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcların bir hissəsindən azad etmə tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcların bir hissəsindən azad etmə tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentdən 2016-2019-cu ilədək olan müddətə hesablanmış aliment borcundan azad edilməsi barədə qətnamə çıxırlımasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Nayib oğlundan 23 yanvar 2002-ci il tarixdə doğulan X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ay 87 manat məbləğində sabit aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. X4 2016-2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. Həmin müddətdə İsmayıl Mehdiyev dövlət təminatında olmuşdur. Həmin müddətlər üçün də iddiaçıya hər ay 87 manat aliment hesablanmışdır. İddiaçı aliment məbləğinə xitam verilməsini xahiş edir. İdiaçı onun oğludur, oğlu hal-hazırda Türkiyədədir və iki ildir ki, Türkiyədə yaşayır. İddiaçı 1998-ci ildə cavabdehlə ailə qurmuş, 2002-ci ildə övladları dünyaya gəlmiş və uşağın 4 yaşı olanda isə boşanmışlar.2013-cü ildən isə oğlundan aliment tululur. Onların cavabdehlə əlaqələri olduğu üçün pulu əlbə-əl vermişlər. Hətta uşağın kartlarınada pul yükləmişlər. Nəvəsi şəhid olan günə kimi əlaqələri olmuşdur. Bu söz-söhbət isə nəvəsi şəhid olduqdan sonra başlamışdır. İddiaçı özü xəstədir və o, oğlunun hərbidə olmasını nəzərə alaraq ödənilən alimentin 3 ilinin çıxarılmasını xahiş edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən idianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Lakin Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etməməsini və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Saatlı rayon İcra Başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 01/85 və 01/86 nömrəli arayışlarından görünür ki, X3 və İddiaçı Saatlı rayonun Əhməbdəyli kəndində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi Lisey tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 294 nömrəli arayışdan görünür ki, mərhum X4 2016-2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli 2(034)-88/2013 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ya 87 manat məbləğində sabit aliment tutularaq iddiaçı (uşağın anası) Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 8010/2011-69-5 nömrəli 01 mart 2021-ci il tarixli arayışdan görünür ki, borclu İddiaçı bu günə kimi 8265 manat məbləğində aliment borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 8010/2011-69-5 nömrəli 18 iyul 2022-ci il tarixli arayışdan görünür ki, borclu İddiaçı bu günə kimi hazırda 7134 manat məbləğində aliment borcu vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci madəsinin tələbinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcələlnin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçı ilə cavabbeh arasında olan rəsmi nikah ləğv edilmişdir. Tərəflərin birgə nikahlarından 23 yanvar 2002-ci il təvəllüdlü X4 doğulmuşdur. Zəngilan Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli 2(034)-88/2013 nömrəli qiyabi qətnaməsi ilə cavabdeh İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ay 87 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. 23 yanvar 2002-ci il tarixdə doğulan Mehdiyev İsmayıl oğlu 2016-2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. X4 İİ Qarabağ Müharibəsində iştirak etmiş və şəhid olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentdən 2016-2019-cu ilədək olan müddətə hesablanmış aliment borcundan azad edilməsini tələb edir. Buna əsas isə oğlunun 2016-2019-cu illər ərzində Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığı müddət ərzində dövlətin təminatında olmasını, həmçinin xəstə olmasını, maddi vəziyyətinin alimenti ödəməyə imkanın olmamasını əsas gətirərək yaranmış aliment borcunun ödənilməsindən azad edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının oğlunun Heydər Əliyev adına Hərbi Liseydə təhsil alması aliment borcundan azad edilməsi üçün əsas deyildir.İddiaçı elə aliment təyin olunandan uşağın yetkinlik yaşına çatana kimi, yəni 2020-cu ilə kimi aliment ödəməmişdir. İddiaçının həmin müddət ərzində, Saatlı rayon İcra və probasiya Şöbəsi tərəfindən verilmiş məktubundan da göründüyü kimi 8265 manat aliment borcu yaranmışdır. Eyni zamanda, iddiaçı alimenti xəstə olması və maddi vəziyyətinin ağır olması ilə bağlı alimenti ödəməyə imkanın olmamasını bildirsə də, xəstəliyi və maddi imkanının olmaması ilə bağı möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, qeyd olunanları və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcların bir hissəsindən azad etmə tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar