Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-433/2025 16.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Aslanova (İsmayılova) Günel İlham qızının, Cavabdehin nümayəndəsi (vəkili) X6, Maraqlı şəxs nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Aslanova (İsmayılova) Günel İlham qızının Cavabdeh qarşı «atalığın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Aslanova (İsmayılova) Günel İlham qızı Cavabdeh qarşı «atalığın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 atası hesab edilməsinin ləğv edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Sumqayıt qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin ləğv edilməsi, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində tərtib edilmiş 5744 saylı doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə ata haqqında məlumatların, o cümlədən uşaq haqqında məlumat qrafasında uşağın ata adının ananın göstərişinə əsasən yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların övladı yoxdur. Cavabdehlə bir müddət mehriban yaşadıqdan sonra qarşılıqlı olaraq aralarında olan nikah münasibətlərini sonlandırmaq qərarına gəlmiş, bununla bağlı hətta mediasiyada razılıqda əldə etmişlər. Qarşılıqlı razılıq əsasında cavabdehlə aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 26 may 2025ci il tarixli qətnaməsi ilə artıq pozulmuşdur. Hazırda o, cavabdehin qızına verdiyi atalığının ləğv olunmasını istəyir. Çünki əvvəldən də cavabdehin qızına öz atalığını verməsini istəməmişdir. Lakin, cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra cavabdeh onların bir ailə olduqlarını və qızını da öz qızı kimi qəbul etməsini əsas gətirərək qızının onun soyadını və ata adını daşımasını istəməsini demişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü qızı X7 atası hesab olunmuşdur. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş yeni doğum haqqında şəhadətnamədə isə xx.xx.2012-ci il təvəllüdlü qızı Pərvinin soyadı və ata adı dəyişdirilərək «X8», ata qrafasında isə ata adı «Cavabdeh» qeyd edilmişdir. Qızına atalığın veriləmsi cavabdehin özünün təklifi olmuş, yəni onu heç kim məcbur etməmişdir. xx.xx.2012-ci il təvəllüdlü qızı X8 onun daha əvvəl faktiki nikah münasibətlərində olduğu X2 doğulmuşdur. Yəni, qızı Seymurla rəsmi nikaha daxil olmamışdan 9 il əvvəl dünyaya gəlmişdir. Qızı dünyaya gələndə o, heç cavabdehi tanımırdı. Yəni qızının cavabdehə heç bir adiyyəti yoxdur. Qızının biloloji atası olan X17 vəfat etmişdir. Yuxarıda qeyd etdiyi kimi qızının bioloji atası X4r. Bu isə o anlama gəlir ki, xx.xx.2012-ci il təvəllüdlü X8 onların cavabdehlə birgə nikahlarından doğulmuş uşaq hesab edilməməli, başqa sözlə cavabdeh qızının bioloji atası hesab olunmamalıdır. O, heç vaxt cavabdehin qızına öz atalığını verməsini istəməmiş və hazırda da istəmir. Yalnız tək ana kimi qeydiyyata düşmək, uşağa onun soyadının verilməsini istəyir. Bu səbəbdən də cavabdehin atalığının ləğv olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Aslanova (İsmayılova) Günel İlham qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və izahatına əlavə olaraq bildirmişdir ki, qızı əvvəllər Seymurun atası olmamasını bilməmiş, bildikdən sonra isə onu atam kimi qəbul etməmişdir. Qızı ilə Seymurun arasında tez-tez mübahisə olur. Qızı atalığı ilə yola getmədiyi üçün evdən də getmək istəmişdir. Sonda isə iddiaçı məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi (vəkili) X11 izahatında bildirmişdir ki, iddia tələbi əsaslıdır, iddianı qəbul edir. Hüquqlarını müdafiə etdiyi şəxs iddianın təmin olunmasını xahiş edir. Uşaq əvvəllər məlumatsız olmuş, sonradan müəyyən yaşa çatdıqdan sonra aralarında tez-tez mübaqişələr yaranmışdır. Cavabdeh uşağa ata nəvazişi göstərmir və neçə vaxtdır ki, onu görmür. Cavabdeh ata kimi öz funksiyalarını icra etmir. Pərvin Seymurun himayəsində olduğu üçün o lazımınca öz vəzifəsini icra etməlidir. Birgə yaşadıqları zaman Pərvin anasına rəğmən müəyyən şeylərə dözmüş, amma müəyyən zamandan sonra aralarında münaqişələrin olmasını görmüşlər. Bu dəqiqə də Seymur ilə Pərvinin münasibətləri yoxdur. Atanın vəzifəsi uşağa maddi və mənəvi yardım etməkdir. Həm maddi, həm də mənəvi məsuliyyəti iddiaçı Günel xanım öz üzərinə götürmüşdür. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddiamın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin müəlliməsi-pedaqoq X10 və Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin müəllimi-pedaqoq X12 iştirakı ilə dindirilmiş xx.xx.2012-ci il təvəllüdlü X8 bildirmişdir ki, o, 45 №-li məktəbin altıncı sinifdə oxuyur, 12 yaşı var və dərsləri yaxşı oxuyur. Anası ilə atalığının nikahlarının pozulmasından məlumatı var. Balaca olan zaman atası olmadığını bilmirdi. O, Seymurdan heç bir ata nəvazişi, sevgisi görmür, evdə hər gün dava-dalaşın olması ona psixoloji və fiziki cəhətdən mənfi təsir edir. Sıxıntı yaşayır, əsəb problemləri olur. Seymurda onu gəzməyə aparmasını istəyəndə hər dəfə işi var, vaxtı yoxdur kimi sözlərlə onu yola verir. 2-3 ildir ki, Seymur ilə onun arasında tez-tez mübahisələr olur. Onların aralarında ata qız münasibəti yoxdur. Seymurun onun atası qismində yazılmasını istəmir. O, öz atasını tanımır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin müəlliməsi-pedaqoq X15 bildirmişdir ki, atalığı məktəbə gəlib Pərvin ilə maraqlanmamış, həmişə anası gəlib maraqlanmışdır. Bəzən Pərvin özünə qapanıb gərgin olurdu, ondan səbəbin soruşanda axşam gec yatdığı üçün olmasını bildirirdi. Günel xanım Seymurun Pərvinin atası olmamasını, onlar arasında mübahisələrin olduğunu ona bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci ildə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə X13r. -İş materiallarında olan xx.xx.2024-cü il tarixlii MŞŞ/MT030/2024-02237 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər mediasiya prosesində Cavabdeh İddiaçı doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 bioloji atası olmamasını təsdiq etmişlər. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin e-2(034)-313/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 713 nömrəli nikah qeydi ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 47.1.Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların övladı olmamışdır. Tərəflər bir müddət mehriban yaşadıqdan sonra qarşılıqlı olaraq aralarında olan nikah münasibətdərinə son qoymaq qərarına gəlmiş və Zəngilan Rayon Məhkəməsinin e-2(034)- 313/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, iddiaçı cavabdehin xx.xx.2012-ci il təvəllüdlü qızı X1 üzərində olan atalığının ləğv edilməsini istəyir. Belə ki, iddiaçı cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra cavabdeh iddiaçının başqa bir şəxsdən olan qızına öz atalığını vermək istəmiş, iddiaçı əvvəlcə buna razı olmasa da, sonradan cavabdehin onun qızına öz atalığını verməsinə razı olmuş, Sumqayıt şəhər qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2012-ci ildə İddiaçı doğulmuş X7 atası hesab edilmiş və uşağa doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə ata haqqında, o, cümlədən uşaq haqqında məlumatlar qrafasında dəyişiklik edilmiş, uşağın soy adı İsmayılzadə, adı Pərvin, ata adı Seymur, ata qrafasında atası Cavabdeh, anası isə X5 qeyd edilmişdir. Araşdırma zamanı məlum olmudur ki, uşaq əvvəllər Seymurun onun atası olmamasını bilməmiş, bildikdən sonra cavabdehi bir ata kimi qəbul etməmiş, bu da onların arasında mübahisələrin yaranmasına gətirib çıxardığından cavabdeh də atalığının ləğv edilməsinə razı olmasını bildirmişdir. Hətta məhkəmə araşdırması zamanı pedaqoqların iştirakı ilə dindirilmiş xx.xx.2012-ci il təvəllüdlü X8 dindirilən zaman anası ilə atalığının nikahlarının pozulmasından məlumatılıdır. Balaca olduğu zamanlarda Seymurun onun atası olmadığını bilməmiş, atalığından heç bir ata nəvazişi, sevgisi görməmiş,onların arasında ata-qız münasibəti yoxdur, 2-3 il olar ki, Seymurla aralarında baş verən mübahisələr, hər gün evdə olan davadalaşlar ona psixoloji və fiziki cəhətdən mənfi təsir etdiyindən o, Seymurun onun atası qismində yazılmasını istəməmişdir. Araşdırma zamanı cavabdehin nümayənəsi-vəkili iddia tələbini qəbul edərək bildirmişdir ki, rəsmi sənədlərdə cavabdeh uşağın atası kimi yazılsa da, artıq xeyli müddətdir ki, uşağı görmür, ona ata nəvazişi göstərmir, bir ata kimi üzərinə düşən funksiyaları yerinə yetirmir, uşağa maddi və mənəvi yardım etmir, uşağın bütün maddi və mənəvi məsuliyyəti iddiaçının üzərindədir. Hazırda da uşaqla cavabdehin heç bir münasibəti yoxdur və cavabdehdə uşağa verdiyi atalığının ləğv edilməsini istəyir. Məhkəmə işin faktiki hallarını, o cümlədən iddianın cavabdeh tərəfindən etiraf olunduğunu, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarını nəzərə alıb, toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 atası hesab edilməsi ləğv edilməli, xx.xx.2012-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Sumqayıt qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ləğv edilməli, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində tərtib edilmiş 5744 saylı doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə ata haqqında məlumatlar, o cümlədən uşaq haqqında məlumat qrafasında uşağın ata adının ananın göstərişinə əsasən yazılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216 -220, 227, 233, 357- 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 atası hesab edilməsi barədə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 61 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ləğv edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV 725626 nömrəli doğum haqqında şəhadətnamə ləğv edilsin. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində tərtib edilmiş 5744 saylı doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə ata haqqında məlumatlar, o cümlədən uşaq haqqında məlumat qrafasında uşağın ata adı ananın göstərişinə əsasən yazılsın. Atalığın qanunla müəyyən olunmuş qaydada ləğv edilməsi və uşağın adına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Zəngilan rayon qeydiyyat şöbəsinə həvalə olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-433/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-433/2025
16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver