Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-489/2022 01.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və əmlakın əvəzləşdirilməsi» tələbinə dair ilk iddia, Cavabdeh İddiaçınə qarış “mənzilin və dayanacaq yerinin ona verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və əmlakın əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 08 fevral 2020-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh ünvan 1 ünvanında İddiaçı tərəfindən inşa edilən yaşayış kompleksində 77 km2 təmirli mənzillə təmin edilməsi, hüquqi xidmətə görə vəkilə çəkilən xərc üçün 200 manat və həmçinin 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin dəyişdirilməsi, Cavabdeh ünvan 1 ünvanına İddiaçı tərəfindən inşa edilən yaşayış kompleksində 77 km2 təmirli mənzillə və ya 160.000 manat pulun mülkiyyətçiyə verilməsinin təmin edilməsi, hüquqi xidmətə görə vəkilə çəkilən xərc üçün 200 manat və həmçinin 100 manat dövlət rüsumunun cavabehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı ünvan 1 ünvanında inşa etdirdiyi yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı 3 otaqlı 149.6 kv.m sahəsi olan mənzilin və həmin binada 1 maşınlıq dayanacaq yerinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahimş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MTK-nın iddiasının rədd olunması, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı MTK-nin ünvan 2 ünvanında inşa etdiyi yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı, 149.6 kv.m sahəsi olan mənzili 2 hissəyə (2 ayrı-ayrı mənzilə) bölən İddiaçı MTK tərəfindən sonradan naməlum tarixdə tikilmiş divarın İddiaçı MTK-nin öz hesabına sökülərək həmin mənzilin xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və müqavilə bağlanan tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.m ölçüdə ona təhvil verilməsi, xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq həmin binada 1 maşınlıq dayanacaq yerinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 29 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən, Kooperativ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. O, cümlədən MTK çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının İcrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütün sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən Cavabdeh ilə MTK arasında bağlanmış 08 fevral 2020-ci il tarixində əvəzləşdirilmə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 52 m2 42 saylı mənzilin əvəzinə 6 (altı) ay müddətində 160.000 (bir yüz altmış min) manat pulu “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüş, əks halda müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı 6 (altı) ay müddətində 160.000 (bir yüz altmış min) manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində, 1 saylı 3 otaqlı 149.6 kv.metr-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 (altı) ay müddətində 160.000 (bir yüz altmış min) manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Hazırda tərəflər arasında olan 08 fevral 2020-ci il tarixli müqavilənin icrası qeyri-mümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. 08 fevral 2020-ci il tarixli müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri forsmajor kimi müəyyənləşdirilir. Belə ki, iddiaçı MTK tərəfindən inşa olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə çəsi, 42/9 ünvanında yerləşən çoxmərtəbəli binanın layihəsində dəyişikliklər aparıldığından tərəflər arasında müqavilənin müddəaları nəzərə alınaraq fors-major hal kimi qiymətləndirilən dünyada və ölkədə baş vermiş pandemiya şəraiti iddiaçının iqtisadi durumuna ziyan vurduğundan, iqtisadi ardıcıllığı pozduğundan, həmçinin 16 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, 9,10.11 mərtəbəli bina tikilməsi üçün razılıq əldə olunmuşdur. Bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, Cavabdeh müqavilədə göstərilən şərtləri icra etmək mümkün deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK Zəngilan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh ünvan 4 ünvanında İddiaçı MTK tərəfindən inşa edilən yaşayış kompleksində 77 kv.m təmirli mənzillə təmin edilməsi və s. tələblər bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddiadan xx.xx.2022-ei il tarixdə mobil telefonuna gələn sms vasitəsilə xəbər tutmuş və İddiaçı MTK-nə gedərək iddia tələbi, məhkəmədən adına hər-hansı bir sənəd (bildiriş və s.) gəlib-gəlmədiyini soruşmuşdur. İddiaçı MTK-dan ona bildirmişlər ki, məhkəmədən adına heç bir sənəd daxil olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, məhkəmə bildirişini şəxsən almışdır. Hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi tamamilə qanunsuz və əsassız olduğundan təmin edilməməli, İddiaçı MTK-dan müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ünvan 4 ünvanında inşa etdiyi binanın C blokunda 4-cü mərtəbəsində yerləşən 1 saylı 3 otaqlı 149.6 kv.m-dən ibarət olan mənzilin və həmin binada 1 maşınlıq dayanacaq yerinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmalıdır. ünvan 4 ünvanında yerləşmiş 42 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuş və həmin mənzilə dair DƏDRX-dən ********** qeydiyyat nömrəli, 16,08.2017-ci il tarixli Çıxarış verilmişdir. İddiaçı MTK ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Əvəzləşdirmə müqaviləsinin şərtlərinə görə 1.1. Həmin müqavilənin müvafiq bəndinə əsasən İddiaçı MTK ünvan 4 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçiyə” məxsus olan faktiki sahəsi 52 kv.m olan 42 saylı mənzilin əvəzinə 6 (altı) ay müddətində 160 000 (yüz altmış min manat) pulu “Mülkiyyətçiyə” verməyi öhdəsinə götürür. 1.2.İddiaçı MTK 6 (altı) ay müddətində 160 000 (yüz altmış min manat) pulu “Mülkiyyətçiyə” ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində 1 saylı 3 otaqlı 149.6 kv.m-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini “Mülkiyyətçiyə” verməyi öhdəsinə götürür. Qeyd olunan müqavilə üzrə tərəflərin hüquq və öhdəlikləri müəyyən olunaraq təsdiqlənmişdir. Həmin müqavilə üzrə İddiaçı MTK bir sıra öhdəlikləri o cümlədən: 2.1.2.ünvan 4 ünvanında yerləşən faktiki sahəsi 52 kv.m olan 42 saylı mənzilin əvəzinə 6 (altı) ay müddətində 160 000 (yüz altmış min manat) pulu “Mülkiyyətçiyə” verməyi öhdəsinə götürür. 2.1.1. İddiaçı MTK 6 (altı) ay müddətində 160 000 (yüz altmış min manat) pulu “Mülkiyyətçiyə” ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində 1 saylı 3 otaqlı 149.6 kv.m-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini “Mülkiyyətçiyə” verməyi öhdəsinə götürür. Həmin müqavilə ilə onunda İddiaçı MTK qarşısında bir sıra öhdəlikləri, o cümələdən: 2.3.7.ünvan 5 ünvanında yerləşən faktiki sahəsəi 52 kv.m olan 42 saylı mənzilin əvəzinə 6 (altı) ay müddətində 160 000 (yüz altmış min manat) pulu qəbul etməyi öhdəsinə götürür. 2.3.8. İddiaçı MTK 6 (altı) ay müddətində 160 000 (yüz altmış min manat) pulu “Mülkiyyətçiyə” ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində 1 saylı 3 otaqlı 149.6 kv.m-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini qəbul etməyi öhdəsinə götürür.” müəyyən olunmuşdur. İddiaçı MTK 13 iyul 2020-ci il tarixdə məktubla müraciət edərək, guya fors-major halların baş verməsi, pandemiya səbəbindən müqavilənin 1.2.3.-cü bəndinə uyğun olaraq ona 6 (altı) ay müddətində ödəməli olduqları 160 000 (yüz altmış min manat) məbləğinin ödənişinin xx.xx.2021-ci il tarixədək uzadılmasını bildirmişlər. O, həmin məktuba xx.xx.2020-ci ildə rəsmi cavab verərək etirazını bildirmiş və aralarında bağlanmış müqavilənin şərtlərinə qeyd-şərtsiz əməl olunmasını tələb etmişdir. Həmin cavab məktubu ilə onun müqavilə şərtlərinin qeyd-şərtsiz yerinə yetirilməli olması tələbinə İddiaçı MTK keçən 2 il ərzində heç bir etiraz etməməklə o da, onun müqavilə ilə üzərinə götürdüyü Öhdəliklərin yerinə yetirəcəyinə inam yaratmışdır. Belə ki, keçən 2 il ərzində İddiaçı MTK tərəfindən hər-hansı bir təklif, etiraz və s. verilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə müqavilə bağlanandan 2 il 7 ay keçdikdən sonra "Baku City” MTK ona məktubla müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün xx.xx.2022-ci il tarixədək bank hesabı açıb onlara təqdim etməli olduğunu bildirmişlər. O, həmin müraciətə cavab olaraq 2 ildən artıq müddətin keçməsini, bu illər ərzində müqavilə ilə şərtləşdirilmiş ödənişin həyata keçirilməməsini və bununla da İddiaçı MTK-i üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini nəzərə alıb, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq İddiaçı MTK-dan C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı, 149.6 kv.m mənzilin ona verilməsini tələb etmişdir. Sözügedən bina artıq tikilib təhvil verilmişdir. Hələ 2021-ci ildən sakinlər ora köçüb yaşamağa başlamışlar. Binanın C bloku 10 mərtəbədən ibarət olmaqla 1-2-ci mərtəbələri qeyri-yaşayış, qalan mərtəbələr isə yaşayış olan mənzillərdir. İddiaçı MTK-nin ona qarşı qaldırdığı iddiadan, məhkəməyə təqdim etdiyi sübutlardan da aydın görünür ki, həqiqətən İddiaçı MTK ilə aralarında belə bir müqavilə bağlanmış, həmin müqavilə üzrə hər iki tərəf üzərinə mühüm vəzifələr və öhdəliklər götürmüşdür. Onun tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də İddiaçı MTK tərəfindən üzərinə götürdüyü öhdəliklər bu günədək yerinə yetirilməmiş, əksinə ona qarşı heç bir qanuni əsası olmayan iddia irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarında qeyd olunur: “Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir”.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin T.Qasımovanın şikayəti uzrə 01,12.2020-ci il tarixli qərarında qeyd olunur: “Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfındən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. İddiaçı MTK-m iddia tələblərinin heç bir qanuni əsasının olmadığını bildirərək, hesab edir ki, “çoxmərtəbəli binanın layihəsinə dəyişiklik aparılması, pandemiya şəraiti, binanın 16 mərtəbəli deyil, 9, 10, 11 mərtəbəli inşa edilməsi, mənzillərin məhdud sayda olması “ və s. Onu mülkiyyətindən məhrum edə bilməz. İddiaçı MTK-nin ona ünvanladığı məktublarda cavabdeh özü onu ünvan 4 ünvanında yerləşən yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı mənzilin sahibi olaraq qəbul edərək əslində həmin mənzilin ona məxsusluğunu etiraf etmişdir. İddiaçı MTK-ın müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu nəzərə alaraq, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq ünvan 4 ünvanında yerləşən yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı, 149.6 kv.m mənzili və həmin binada 1 maşınlıq dayanacaq yeri ona təhvil verməlidir. Daha sonra, Cavabdeh tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında inşa olunmuş yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı mənzili 2 hissəyə bölən İddiaçı MTK tərəfindən sonradan tikilmiş divarın İddiaçı MTK-nin öz hesabına sökülərək həmin mənzil xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və həmin tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.m ölçüdə və müqavilə şərtinə uyğun olaraq həmin binada 1 maşınlıq qaraj yeri ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə etdib, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 29 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Kooperativ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. O, cümlədən MTK çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərararının İcrası ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti ilə “Baku City“ Mənzil Tikinti Kooperativi arasında ünvan 6 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 6 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütün sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən Cavabdeh ilə MTK arasında bağlanmış 08 fevral 2020-ci il tarixində əvəzləşdirmə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 52 kv m 42 saylı mənzilin əvəzinə 6 ay müddətində 160000 manat pulu “Mülkiyyətçiyə” verməyi öhdəsinə götürmüş, əks halda müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı 6 ay müddətində 160.000 manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda ona onun güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində, 1 saylı 3 otaqlı 149.6 kv.metr-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 ay müddətində 160.000 manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Hazırda tərəflər arasında olan 08 fevral 2020-ci il tarixli müqavilənin icrası qeyri mümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. İddialarının əsası ondan ibarətdir ki, həmin mənzilləri cavabdehə verə bilmirlər. Çünki tikinti layihəsində dəyişikliklər olduğuna görə evin mərtəbə və mənzillərin sayı azalmışdır. Yəni mənzillərin sayı 260 ədəddən azalaraq 184 ədəd olmuşdur. MTK tərəfindən inşa olunmuş binada 149 kv.metrlik mənzillər ümumiyyətlə mövcud deyl. Tərəflərdə fors-major halları yarandığına görə məhkəmədən bu məsələnin qətnamə qəbul edərkən nəzərə alınmasını xahiş edirlər.Evin tikilməsi pilot layihə olmuşdur. ünvan 4 ünvanında yerləşən faktiki sahəsi 52 kv.m olan 42 saylı mənzilin əvəzinə həmin mənzilin mülkiyyətçisinin təkidi ilə tərəflər arasında 52 kv metr olan mənzilin əvəzinə 149.6 m2 olan mənzilin verilməsi ya da 160 manat pulun verilməsi barədə əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqavilənin bu cür bağlanması 2017-ci il tarixli layihə əsasında, Nazirlər Kabineti tərəfindən 2016-cı il qərarın icrasından irəli gəlir. Burda da Bakı Şəhəri İcra Hakimiyyəti ilə MTK arasında yaşayış və qeyri-yaşayış yerində çox mərtəbəli binanın inşa etməsi və onlar da həmin MTK olaraq İcra Hakimiyyəti qarşısında öhdəliklərini yerinə yetirən öhdəliklər var. Onlarda bunu vaxtında çatdırmalıdırlar. Nazirlər Kabinetinin qarşısında götürülən öhdəlikləri layiqincə yerinə yetirsinlər. Amma hal-hazırda göründüyü kimi layihələrindədə dəyişikliklər olmuş, bu da meydana çıxan zərurətdən məhkəməyə müraciət etmişlər. Fors-major hallarında onların iradəsindən aslı olmamışdır. Belə ki, 2020-ci ildən indiyə qədər davam edən pandemiya vəziyyəti, sonradan isə müharibə vəziyyəti MTK nın iqtsadı durumuna mənfi təsir göstərmişdir. Onlar tərəfindən müqavilənin ləğvi ilə bağlı cavabdehin yaşadığı ünvana bildiriş göndərilmişdir. Sonda İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X6 məsələyə münasibət bildirərkən qeyd etmişdir ki, İddiaçı MTK-da sədr müavini işləyir, qarşılıqlı iddia ərizəsini, iddia ərizəsinin dəqiqləşdirilməsini də qəbul etmir, MTK-nın iddiası əsaslı və qanunidir. Birinci növbədə məhkəmədə divarın sökülməsi ilə bağlı bir məsələ qalxmışdır. Elə bir mənzil yoxdursa hansı divardan söhbət gedir. Cavabdeh ilə müqavilə 2017-ci ilin layihəsi əsasında bağlanmışdır. Qarşı tərəfin təqdim etdiyi eskiz layihə həmin vaxtın eskiz layihəsi olmuşdur. Lakin sonradan tikinti layihəsi dəyişdiyindən, yəni 16 mərtəbəli ev tikilməli olduğu halda evin “C” yəni 3-cü blokunda 8 mərtəbəli ev tikilmişdir. Mərtəbələr azaldığına görə evlərin kvadraturası da azalmışdır. Həmin blokda, ümumiyyətlə tikilmiş evdə 149.6 kv.m. sahəli mənzil yoxdur. Sakinlərin köçürülmə prosesi 2016-cı ildə başlanılmış, 2017-ci ildə 12 nəfər adamla müqavilə bağlamışlar. Onlarda pilot layihə olduğu üçün 72 ailəni birdən-birə çıxara bilməzdilər, yəni bir hissə sökülürdü, sonradan isə o birinə keçərək evlər sökülürdü. Mübahisəli evin mülkiyyətçisi Cavabdeh olsa da, bütün danışıqlar Qəhraman müəllim ilə aparılırdı. Qəhraman müəllim (cavabdeh Quliyeva X4 bacısı qızıdır) evdən çıxmaq istəmirdi, 45m2 ev üçün 90000 ABŞ dolları pul istəmişdir. Nazirlər Kabinetinin sərəncamına əsasən,evin tikintisi ilə bağlı müqavilədə də evləri sökülən sakinlərə tikilməsi nəzərdə tutulan evdən sökülən evin m2-tından 20% artıq m2 ev verilməsi nəzərdə tutulmasına baxmayaraq, çox uzun prosesdən sonra onlar bunların faizini artırıb 40% vermişlər. Bütün 45kv.m.sahəsi olan mənzil mülkiyyətçilərinə 45m2 sahə üçün 63m2. olan mənzil vermişlər. Sakinlərlə ortaq məxrəcə gəlmişlər ki, tam təmirli evləri onlara təhvil versinlər. Onlar tikintiyə başlamaq üşün hissə-hissə camaatı çıxarmağa başlamışlar. Yeni tikilidə zal məsələsi bir az çətinlik törətmiş, caamat çıxmadığı üçün onlara güzəşt gedilməsini istəmişlər. Tikintinin laihəsi dəyişdiyinə görə MTK 28 dəfə Şəhər Komitəsinə mərtəbəni azaltdıqları üçün binanı tikə bilməmələri ilə bağlı müraciət etmişlər. Fikirləşmişlər ki, bina 16 mərtəbəli olar camaata iki mənzilin pulunu vermək şərti ilə verərlər. Müqavilədə 20% artıq sahə verilməsi nəzərdə tutulsa da camaat daha çox kvadrat sahə istəyirdi. Camaat çıxmadığı üçün onlar məcbur olub yenidən İcra Hakimiyyətinə müraciət etmişlər. 9 aydan sonra camaatın evini verməyə başlamışlar. 72 mənzildən 45 mənzil hazır olmuşdur. Sakinləri mənzillərə köçürmüşlər, hamı razı olmuşdur. Sonra Qəhrəman müəllimində mənzili olan blokları sökməyə başlamışlar və orda çox problemlər yaşamışlar. Burda da daha çox iddiaya başlamışlar. 3-4 nəfərdən başqa hamı çıxmışdır. Onlar hamıyla söhbət etmişlər ki, mənzilləri belə verirlər, ya da kirayə pulu verməmək şərti ilə 100 kv təmirsiz mənzil verə bilərlər. Sakinlərin çoxları razılaşmışdır. Qəhrəman müəllim razılaşmamışdır. İcra hakimiyyətinin iki nəfər nümayəndəsi ilə birlikdə camaatla söhbət aparmışlar. Onlarında təklifləri ilə Qəhrəman müəllim razılaşmamışdır. Qəhrəman müəllim onlardan 90000 ABŞ dolları istəmiş, onlarda inflasiya getdiyinə görə o qədər pul verə bilməyəcəyini demişlər. Kimki öyrənmiş ki, mənzillər söküləcək 62000-nə mənzil almışlar.Qəhraman isə 90000ABŞ dolları verməlisiniz deyə durmuşdur. Bu onlara gəlib 160000 çıxmışdır. Onun heç kimə qarşı qərəzli fikri yoxdur. Şirkətin rəhbərliyi var, pul qoyanı var, tikəni var çətinliklə olsa da, 16 mərtəbəli ev tikilməli olduğu halda, birdən-birə 5-6 mərtəbə azalması MTK-ya çöx böyük maddi zərər vurmuşdur. Onlarda camaatı yerləşdirə bilməyəcəklərini bilirdilər, çünki əvvəldən 16 mərtəbəli proyekt ilə evləri paylaşmışlar. Burda adamlar varki, 15-16 mərtəbədə evlər vermişlər. Yerlərini dəyişib yerləşdirməyə başlamışlar. Qəhrəman gəlib 160.000 manat verilməsini tələb etmişdir. Bu məsələ ilə bağlı Şuraya komissyaya çıxmışlar, vəziyyəti danışmışlar, Şuradan bu gülməli söhbətdir demişlər. Buna 160000 pul yox, 77 kv ev verə bilərlər, yaxud 100 kv.m. kirayə pulu verməmək şərti ilə. Qəhrəman müəllim kirayə pulunu da verməsəniz çıxmayacam demişdir. Söküləcək yerdə bir dənə bunun mənzili qalmışdır. MTK pul verməyə məcbur olmuşdur. Belə baxanda kvadrat metrini 1300 manatdan 140000 manata satırmışlar. Düşünmüşlər ki 20000 manat artıq istəyir, yazaq o pulu da verərlər. Qəhrəman müəllim öncədən görmüşlük edib, müqavilədə yazdırdırmışdır ki, onun pulu vaxtında verilməzsə 149.6 kv mənzil veriləcəkdir. Onlarda bu müqavilə ilə razı olmağa məcbur olmuşlar ki, 160000 verib qurtararlar. Lakin pandemiya dövrü olduğu üçün biraz gecikmələr baş vermiş, hər şey, tikinti materialların gəlməsində də gecikmələr baş vermiş, bəziləri gəlməmişdir, materiallar bahalaşaraq işlərini ləngitmişdir. Tikinti demək olar ki dayanmışdır. Ondan sonra onlar pulu verə bilməmişlər, məktubla müraciət etmişlər ki, pandemiya olduğu üçün onların pulunu verə bilmirlər. O müddətdə onlar gecikmişlər. Qeyri yaşayışları özləri almışlar ki, MTK satsın və qazansın. Qəhrəman müəllimə kirayə pulu ayba-ay verilmişdir, gecikdirilməmiş, gecikdirməməyə çalışmışlar. Camaatın kirayə pulunu bu ilin may ayına saxlamışlar, düz bu il iyun ayına qədər artıq pul vermişlər. Vəziyyət biraz yaxşılaşan kimi məktub yazmışlar ki, gəlib pulunu götürsün, o isə artıq pul yox, mənzil istədiyini demişdir. 2020-2021-ci illər ərzində dəfələrlə telefonla və birbaşa danışaraq Bank hesabını istəmişlər. Bildirmişlər ki, proyekt dəyişib onlarda o mənzil yoxdur. Məcbur olmuşlar ki, böyük mənzilləri kiçiklərlə əvəz etsinlər. Sahibkarlardan soruşmuş və onlar pul verəcəklərini bildirmişlər. Onsuzda 149.6 kv.m.lik mənzil mövcüd olmamışdır. Əvvəldən bu məsələ pulla bağlanmalı idi, heç cür mənzillə bağlana bilməzdi. 149.6 kv çox böyük kvadratdır. Cavabdeh tərəf bank hesabını təqdim etməmişdir, mənzil istəmişdir. Bu günə qədərdə rəhbərlik ona pul verməyi təklif edir. İstəmədiyi üçündə müqavilə ləğv və ya dəyişdirilərək cavabdehə ya 77 m2 təmirli mənzilin verilməsi, ya da elə əvvəlki müqavilədə göstərilən 160000 manatın verilməsinin təmin edilməsi ilə bağlı yenidən müqavilə bağlanmalıdır. Rəhbərlik camaata necə 77 kv verilibsə, cavabdehə də eynisinin verilməsini, hələ tam təmir vəziyyətdə veriləcəyini bildirmişdir. Mənzilin layihəsi 2017-ci ilindir. Həmin layihə 2019-cu ildə yenidən razılaşdırılmağa göndərilmişdir. Onlar yoldaşa mənzil vermək fikrində deyildilər. Yoldaş qarajda istəyir. Tikilmiş binada ümumiyyətlə 150 kv olan mənzil olmamışdır. Yoldaş çıxmalı idi ki evlər sökülsün camaata kirayə pulu verirlər, tez evi tikib təhvil versinlər. Aya ümumilikdə 32000 manat kirayə pulu verirlər. Hər ay 32000 manat kirayə pulu vermək asan iş deyildir. Müqavilə bağlandığı zaman onlar ev vermək fikrində olmamışlar. 160000 manat düzəldib verə bilmirdilər. Onlara gərginlik vəziyyətində o müqaviləyə qol çəkdirmişlər. MTK məcbur olub camaatı köçürməkdən ötrü müqaviləni imzalamışlar. Deməli qarşı tərəf qərarlı idi ki, vaxt keçər gəlib onlardan mənzil tələb edər. Bu müqavilə bağlananda 2017-ci ilin eskizi qüvvədə olmuşdur. Dəyişiklik 2019-cu ildən sonra olmuşdur. 2019-cu ildə evin layihəsi təsdiq olmamışdır. xx.xx.2020-ci ildə müqavilə bağlanmışdır. Sərəncamda varki icazə verəndən sonra onun proyektini etmək üçün proyekt institutuna müraciət edirlər və o təzədən arxitekturaya aparılır. Həmin vaxt köhnə müqavilə ilə təzə müqavilə arasında qalmışlar. Məcbur sakinləri evindən çıxara bilməzdilər, o razılaşmasa məcbur olub 160.000 manat verərlər. Tərəf ilə dəfələrlə razılığa gəlmək istəmişlər. 149.6 kv.m.sahəli mənzil mövcud olmadığından 77 kv.m. sahəli təmirli mənzil təklif etmişlər. Bildirmişlər ki, lazım olsa pul gecikdiyinə görə kompensasiyada verərlər, razılaşmamışdır. 300000 manat istəmiş. 300.000 manat verən deyillər. 45 kv.m. mənzilin əvəzinə 77 kv.m.olan təmirli mənzil verirlər. Bəziləri pul əlavə etmiş və əlavə sahəyə şərait yaratmışlar. 101 kv kirayə pulsuz və təmirsiz ev vermişlər. 5 nəfər sahəni artırmaq üçün pul vermişdir. 2017-ci ildə verilən proyektdən sonra tikintiyə ingilislər gəlmiş, onlar proyektə dəyişiklik ediləndə, yəni evlər yuxarı-aşağı olanda şəhər daha gözəl görünəcəyini bildirmişlər. Ona görə pilot layihə olduğuna görə dəyişikliklər olmuşdur. Onlar Nazirlər Kabinetinə, Arxitektura komitəsinə yəni normativ verilən sahələr olduğunu yazsalarda çox mərtəbə tikməyə icazə verməmişlər. Onlar pilot layihə ilə evləri sökmüşlər, camaata evini qaytara bilməmişlər deyə onlara icazə vermişlər. Onlar balaca dəyişiklik edib artırmışlar. xx.xx.2017-ci il müqaviləsi var 20% artıq olmaq şərti ilə, onlarda 40%-77 kv vermişlər. 160.000 manata 350% düşür, üstəlik kirayə puluda var. Söhbət mövcud olmayan 160000 manat üstündə qurulmuşdur. Bu eskiz əvvəldən olmuşdur. 72 ailəni çıxarmışlar, Qəhrəman müəllim evdən çıxmadığına görə tikintiyə iki-üç ay gec başlamışlar. Qəhrəman müəllim o evdə yaşamamış, kirayə vermişdir. 5 bina tikmişlər. 3-cü blokda 8 mərtəbə tikmişlər. Hal-hazırda tikilən binada bütün evlər satılmışdır. Cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsində göstərdiklərinə etiraz etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, bu rəylər 2017-2019-cu ildə alınmış, onların müqaviləsi 2020-ci ildə bağlanmışdır. 2020-ci ilə qədər müqavilə bağladıqda artıq 2019-cu ilin layihəsi razılaşdırılmışdır. Vətəndaşlarada nə cür deyiblər satılacaq razılaşdırılmışdır. Sonradan orda layihələrində hər hansı dəyişiklik etmişlər, evlərin sayını azaldılmasını fikirləşmişlər ki, o da onların problemləri olmamalıdır. Tərəfin arqumentlərini qəbul etmir. Çünki 2019-cu ildə artıq bu layihə vardı, mərtəbədə var idi. Üstəlikdə deyirlər ki, 10 mərtəbədən yuxarı tikməmişlər. O, demək istiyir ki, onların evləri 11-12 mərtəbədə yerləşmir. Onlara verilməsini nəzərdə tutacaqları mənzil 4-cü mərtəbədə yerləşir və mənzilin sayı birdir. Eskiz başqadır, layihə başqadır. Binanın eskizi yerləşmə mərtəbələri, binanın rəngindən tutmuş hasarına kimi hər bir şeyə qədər balkonudu, sanitarqovşağıdı və.s tərəf bunu təqdim etməmişdir. Müvəqqəti təminat tədbirilə bağlı təqdimat vermişlər, orda eskizi də təqdim etmişlər. O, müqaviləni təqdim etmişdir. O bildiriş ləğvlə bağlı deyildir. Bildiriş olmadan onların iddiasının hüquqi əsasları yoxdur. İlkin iddia aydın məsələdir ki, aralarında müqavilə var. Hər bir tərəf müqaviləyə münasibət bildirməkdə azaddır və görünür ki azad surətdə müqavilə bağlanılmışdır. Tərəf özüdə etiraf etmişdir ki, heç bir hədə qorxu, təsir təzyiq olmamışdır. Əhəmiyyətli yanılmanın təsiri olmadan tərəflər arasında müqavilə bağlanmışdır. Üzərlərinə “mən sənin evini alıram əvəzləşdirmə müqaviləsində köhnə evini sökürəm onun yerində 6 ay ərzində sənə 160.000 manat pul verməliyəm və yaxud pulu verə bilməsəm həmin binanın c blokunda 4-cü mərtəbədə 1 saylı 149 kv.m mənzili sənə verməyə öhdəmə» götürmüşlər. Bundan başqa həmin müqavilədə onun da üzərinə öhdəlik qoymuşlar ki, o, əgər 6 ay ərzində pulu verməsə, o mənzili qəbul etməlidir. Müqavilədə bu şərt var. O, indi üzərinə düşən öhdəliyi qarşı tərəfdən tələb edir. Qarşılıqlı iddiadan keçmiş, o, iddiaya münasibətini bildirmişdir. Hər bir tərəf müqaviləni sərbəst bağlamışlar və müqavilə bağlansa artıq öhdəliklərini yerinə yetirməlidirlər. Qarşı tərəf deyir fors-majorluqdur. Fors-major kimi tərəfə əsas vermir. Fors– majorluq olardı ki, 3 mərtəbəli binanın 3-cü mərtəbəsinə qədər tikərdilər, ola bilərdi hərhansısa bir şəraitdə epidemiya, corona olardı bu bina ucalmazdı. Bu bina artıq tikilmiş, 10 mərtəbə tikilmişdir. O, demir ki, 12 ya 13-cü mərtəbədə ev ver. Ona 4-cü mərtəbədən ev verilməsi nəzərdə tututmuşlar. İşin içərsində 2 bildiriş var. Bu bildirişlərin 1-də deyilir ki, binanı tikə bilmir və yaxud pandemiya şəraiti ilə əlaqələndirir ki, bir az 6 ay ərzində vaxt verilsin. Onun tərəfdən tələbi üzərinə düşən öhdəliyi yerinə yetirsin. Demir ki, ləğv edir, deyir ki, üzərinə düşən öhdəliyi yerinə yetirir. Aradan 2 ildən çox vaxt keçmiş, iyul-avqust ayında müraciət etmişlər ki, bank hesabı aç bu pulu ona ödəyir. MM-də kreditor icraya olan marağını itirə bilər və zərərin əvəzini tələb edə bilər. Aradan 4-5 gün keçmir ki, məhkəməyə iddia qaldırmış, məhkəmədən xahiş olunur ki tərəfin üzərinə öhdəlik qoyur ki, 77 kv evi qəbul et. Nəyə görə?. Müqavilədə nəyi üzərinizə götürmüşlər MM-də qanunların tələbləri var 425, 385 maddələr. Hesab edir ki, iddia tamamilə əsassızdır. Qarşı tərəf əslində eskizi təqdim etməli idi etməmişdir. Özləri əldə etmişlər və məhkəməyə təqdim etmişlər. Müqavilə ilə üzərlərinə götürüblər kirayə haqqı veriləcək iyun ayındanda kirayə haqqını ödəmirlər. Bu ilin iyun ayından verilən 400 manat verilməsi dayanmışdır. Bunuda hansı səbəbdən dayandırması məlum deyildir. Hal-hazırda Respublikada inkişaf gedir, iqtisadiyyatları çox gözəldir, gündən-günə gözəl binalar tikilir. Bunlar öz binalarını tikib başa çatdırmış, amma niyə öhdəliyi yerinə yetirmək istəmirlər. Bu artıq qanun pozuntusudur. Qarşı tərəf müqaviləni ləğv etmək istəyirdisə onlara bu haqda bildiriş göndərməli idi və onlar ona imtina verdikdən sonra məhkəməyə müraciət edə bilərdi və yaxud müddət göstərib 30 gün gözləyib məhkəməyə müraciət edə bilərdilər. Göründüyü kimi tərəf müqavilənin tələblərini pozmuşdur. Etiraz edir, ilkin iddia təmin oluna bilməz. İlkin iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia müqavilədə açıq-aydın görsənir ki, qarşı tərəfdən onun o evi qəbul etmək həm hüququ, həm də vəzifəsi, həm də öhdəliyidir. Yəni onun üzərinə öhdəlik qoymuşlar ki, iddiaçı cavabdehə 6 ay ərzində 160.000 vermirsə, ondan öz öhdəliyini tələb etməyə artıq məcbursan. O hissədə müqavilə şərtlərinə uyğun olaraq müqavilədə qeyd olunan c blokda 1 saylı 4-cü mərtəbədə 149 kv. onlara təqdim olunmalıdır. O ki, qaldı tərəf qeyd edir ki, orda söküntü aparılmış və yaxud mənzillər başqa cür tikilmişdir. Bu onların müqavilə öhdəliyini kobudcasına pozma deməkdir. Çünki onlar eskizdə müqaviləni deyəndə ki, bu formada tikirlər, sonra özbaşına mənzili ikiyə bölməklə onlar vətəndaşın hüququnu pozurmuş, üstəlikdə nəzərə alınsa ki, pilot layihə bir başa dövlətin marağında olan layihədir. Vətəndaşın köhnə evi ən azından qəzalıdır orda ona yaşamaq xoşdur. Onlar bunun mülkiyyətini ondan alıb ümüd verirlər ki, «mən 6 ay ərzində pulu verməsəm səni filan saylı ölçülü mənzillə təmin edəcəm”. Amma üstündən 2 il keçəndən sonra vətəndaşı dövlətlə üz-üzə qoymuşlar. Baxın layihədən kənar çıxmış, layihədə ona icazə vermirlər ki, o, 16 mərtəbəli evi tiksin. Zatən onlar 2019-cu ildə 11 mərtəbəli ev tikməyə razılaşmışlar və onunla da müqaviləni 2020-ci ildə bağlamışlar. Əgər 2018-ci ildə bağlansaydı 2019-cu ildə razılaşsaydılar bəlkədə bir yol olardı. Onlar onunla o müqaviləni bağlayanda Fövqaladə Hallar artıq 11 mərtəbəli bina tikilməsini o rəyi vermişdir. Onlarda 11 mərtəbəli binanın 4-cü mərtəbəsində ona mənzil vermək üçün 149 kv mənzil verməyi öhdələrinə götürmüşlər. Mənzilin alınıb onlara təhvil verilməsini istəyirlər. Tərəfin üzərinə öhdəliyin qoyulması qanunla mümkündür və məhkəmədən bunu xahiş edir. Tərəflər arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilədə bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklərdən biri qarşı tərəfin 160.000 pulla bağlı 6 ay ərzində mülkiyyətçiyə verməyi öhdəsinə götürən tələblərdən biridir. xx.xx.2022xx.xx.2022-ci ildə onlara bank hesabını təqdim edilməsi xahiş etmişlər. O, təkliflə razı olmamışlar. Bildirmişlər ki, onlar ev istəyirlər. Əvvəla qarşı tərəf çaşqınlıq yaradır və müqaviləni belə ifadə edir. Mənzil verir, mənzil verməsə də, sanki müqavilənin şərtində bunu nəzərdə tutub sonra pul verir, elə deyildir. Müqavilənin şərtində nəzərdə tutulmuşdur ki, müqavilə bağlanan tarixdən 160.000 pul verir, əgər verə bilməsə mənzil verir. O, hissəyə diqqətlə yanaşmasını xahiş edir. Amma tərəf isə mənzil verir. Mənzil verə bilməsə, 160.000 pul verirəm. 160.000 uyğun olaraq 2022-ci ildə müraciət etmiş, hesab açmamışdır, elə deyil əksinədir. Qarşı tərəf bildirir ki,149 kv.metr yoxdur. Onun bildiyi qədər o sırada bütün mənzillər 148-149 kv.metrdir. Sadəcə olaraq o mənzilləri ortadan kəsmişlər. Ortadan kəsdiklərinə görə 77 kv.metr mənzil təklif etmişlər. O kəsilmədə qanunsuzdur. Hər bir mənzili kəsəndə eskiz layihəyə uyğun kəsmişlər. Eskiz layihədən kənara çıxıb kəsmişlər. Yerli baxışda olan zaman evidə görmüş, orda iki qapı mövcuddur. Tərəfdə demişdir ki, burda bir yox, iki mənzil var. Mənzil birinci dəfə onların məhkəməyə təqdim etdikləri eskizdə göstərilən mənzil hal-hazırda yoxdur. Səbəbi isə iddiaçı tərəf mənzili ortadan bölüb divar çəkmişdir. Yəni əks halda mənzil başqa cür bölünə bilməzdi. 2020-ci ildə belə bir eskiz var idisə, deməli naməlum şəraitdə naməlum vaxtda bu divarla hörülmüşdür. Onlar ehtimal edirlər ki, o mənzildə qarşı tərəf hər hansısa bir dəyişiklik edə bilər. Ona görə də onlar MTT ilə bağlı müraciət etmiş, həbslə bağlı qərardad qəbul edilmişdir. Qərardadın icrası ilə bağlı icra şöbəsindən nümayəndələr gedəndə səlahiyyətli nümayəndədə iştirak etmişdir. Yavuz müəllim orda qeyd etmişdir ki, belə bir mənzil mövcud deyildir. Ondan sonra onların ayın 11-də yerli baxış zamanı məhkəmənin iştirakı ilə görmüşlər ki, daha doğrusu evə baxmağa icazə verilməmiş, çöldən görmüşlər ki, dəhlizdə həmin eskizdə göstərilən kimi belə bir mənzil var, amma iki mənzil var. Onlar bunları şifahi bildirmiş, gözləri ilə görməmişlər. Burdanda belə aydın olur ki, bunlar ayrıayrı mənzillərdir. Bu mənzillərdə başqa şəxslərə satılmışdır. Burdanda aydın olur ki, mənzili bir yox, iki nəfərə satılmış, çünki iki qapı qoyulmuşdur. Onun texniki bilikləri olmasa da, amma onu deməyə əsas verir ki, əgər iki qapı, iki mənzil varsa deməli mənzili bölən divardır. Onlarında xahişi ondan ibarətdir ki, MPM Qanunverciliyində deyilir ki, bu hazırlıqda etməlidir. Hazırlıqda bilməmişlər, gedib görməmişdir ki, iki qapı var, ona görə də məhkəmə baxışında təqdim etməyə məcburdur. İddia tələbinin dəqiqləşməsində məhkəmədən xahiş edir ki, əvvəlcə deyirdilər ki, mənzili vermirlər, onda indi isə deyirlər ki, mənzili ikiyə bölən divarın sökülərək mənzili əvvəlki eskizdə müqavilə şərtlərinə uyğun eskizdə göstərilən ölçüdə təqdim olunması barədə qətnamə qəbul edilməsi, yəni onlara təklif edilməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəlcə mənzil istəmiş, demişdir ki, o mənzil verilsin, ümüd etmişdir ki, o mənzil oradır, daşınmaz əmlak harasa gedəsi deyildirki. Amma indi gedib görmüşlər ki, qarşı tərəf özü də təsdiq etmişir ki, burda o mənzil yoxdur. Müqavilədə üzərinə götürmüşdü ki, c bloku, 4-cü mərtəbə 1 saylı 149.6 kv mənzili ona verməyi öhdəsinə götürmüşdür. Bu gün deyir ki, o mənzil yoxdur. O mənzil yoxdursa onun iki yerə bölən divar var. Artıq burda neçə dəfə təkrar olunmuşdur ki 2017-nin nə icazəsi, nə eskizi, nədə layihəsi onlar üçün maraqlı deyildir. Onlar üçün maraqlı olan onların son dəyişiklikləridir. Bildirirlər ki, 2019-cu ildə dəyişiklik etmişlər, çox təssüf ki onu bu gün təqdim edə bilməmişlər. Onu təqdim etsinlər baxaq görək həqiqətənmi olmuşdur. Çünki MTK-ya inanmaq üçün onlarda sənədlər olmalıdır, 2019-cu ilin sənədi olmalıdır. Onların əllərində eskiz var. Onlar heç vaxt öz başlarına, heç nə deyə bilməzlər. Bunu onlar təqdim etmiş və onlarda arxayın olmuşlar ki, onun burda evi var. Yəni o, arxayın ola-ola iddiaçı gedib dəyişiklik edir, onuda onlar sübut etməlidirlər ki, o, bu dəyişikliyi etmişdir. Onun bəhanəsini kəsmək üçün pul vaxtında verilməli idi. Deməli onlarında şəxsə ev vermək üçün maraqları olmuşdur. Bəs bu adam neynəsin pulu vaxtında vermirlər, deyirlər ki, bu insanın marağı var. Onlar özləri məntiqlə desinlər pulunun verilməsi üçün gedib MTK-nı döysün. MTK şəxsə gözləməsi üçün 6 ay vaxt vermişdir. Qarşı tərəf sahibkar kimi danışır ki, təcili tikmək lazımdır. Təcili tikəndə də hər bir halda vətəndaşın mövqeyini nəzərə almalıdırlar. Bilirlər ki, Qəhrəman müəllim və Aynur xanım yaxınlaşıb, gərginlik yaratmışlar. 77 kv çoxdan bunların fikirləridir. İndi təzədən fikirlərini dəyişərək 160.000 verirlər. Müvəkkili qarşı tərəflə razı deyildir. Müvəkkili bildirir ki, müqavilə üzərində hansı öhdəlikləri üzərinə götürmüş onu yerinə yetirməlidir. 160.000 manatı 6 ay ərzində verməli idilər. O vaxtdan artıq 2 il 8 ay keçmişdir. 160.000 manat həmin dövrdə olan qiymətlə bu günkü qiymət eynidirmi. Onları nəzərə almaq lazımdır. Qarşı tərəfə bəlkədə 10-cu dəfə onlardan eskiz layihəninin gətirilməsi tələb olunmuş, onlara gətirmək üçün şərait yaradılmışdır, lakin qarşı tərəf eskiz laihələrini tam gətirməmişdir. Sonda qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 bildirmişdir ki, qarşı tərəfin iddiası ilə qəti razı deyildir. İddia tamamilə əsassızdır. Əvvəla qarşı tərəfin iddiasına dəqiqləşmə verməmişdən qabaq iddiada elə dəqiqləşmənin içində müqavilənin ləğv olunmasını, müqavilənin dəyişdirilməsini deyir. Heç burda qanunvericiliyin tələblərinə uyğun olaraq qarşı tərəfə ən azından sorğu və bildiriş getməmişdir ki, «mən sənlə bağladığım müqaviləni dəyişmək istəyirəm bununla razısan yoxsa yox. Mən sənə 149 kv ev verməyi təklif etmişdim daha doğrusu 160000 manat pulu 6 ay ərzində pulu verə bilməsəm 149 kv ev verməyi üzərimə götürmüşdüm». İndi onuda etmək istəmir, nə pulu nədə evi vermək istəyir, məhkəmədən xahiş edir ona 77 kv ev versin, müqavilə ləğv olunsun bu barədə qətnamə çıxarılsın. Amma ən azından mülki qanunvericiliyin tələblərinə uyğun 421-ci maddənin konkret tələbləri var ki, müqaviləni ləğv etmək istəyən tərəf bildiriş göndərməlidir və 30 günə kimi konkret vaxt qoyulması və 30 gün ərzində konkret məhkəməyə müraciət edə bilər. Ona elə bir bildiriş gəlməmişdir. Hətta buda o halda ola bilər ki məsələn o, müqavilə şərtini pozsaydı, o deyəndə müvəkkili Aynur xanımı nəzərdə tutur, müqavilə şərti pozulmamış, bir neçə dəfə kirayə pulu verilmiş, sonra dayandırılmışdır. Bununla da bağlı iddiaları olacaq təbii ki, neçə aydır kirayə pulunu ödəmirlər. Amma indi yaxınlaşıb deyirlər ki, 77 kv ev verirlər. Sonra işin gedişində sözlərini dəyişirlər. Onlar xahiş edirlər, həmin evə birdə baxış keçirilsin, baxsınlar ki, evin vəziyyəti necədir. Gedirlər evə baxmağa evin qapısı onlara açılmır, görürlər ki, mənzil 2 yerə ayrılmışdır. Aydın müəllimdə qeyd etmişdi ki, bu iki mənzildir. Ondan sonra onlar işin gedişində iddialarını dəyişməyə məcbur olmuşlar ki, üzərinə götürdüyü evi ona divarı söküb versinlər. Çünki o, bilmir ki, naməlum şəraitdə, naməlum tarixdə nə vaxt tikmişdir. Hesab edirlər ki, qarşı tərəfin iddiası tam əsassızdır və bundan başqa hər bir tərəf istinad etdiyi halları özü təqdim etməlidir. Onların əllərində məhkəməyə təqdim etdikləri, qarşı tərəfində etiraf elədiyi müqavilə bağlansada o, bu şəxsə bu eskizlə, bu ölçüdə, formada mənzil verməyi üzərinə götürür. Eskizi təqdim etməmişlər, amma səlahiyyətli nümayəndə etiraf etmişdir ki, müqavilədə bu eskizi təqdim etmişlər. Aynur xanımda o ümüdü yaratmışlar ki, onun evinin müqabilində ona bu evi təqdim edəcəkdir. 6 ay ərzində bir dəfə 2020-ci ilin iyul ayında pulu verə bilmir, pandemiya şəraitidir biraz gözləməsi ilə bağlı müracəit etmişdir. Tərəf etirazını bildirmişdir ki, müqavilə üzərində nə şərtlər var onu yerinə yetirsinlər. Təzədən 2022-ci ilin iyul ayında yazırlar ki, hesabı aç 160.000 hesaba ödəyirlər. Burdan hesab aç deyirlər, bir tərəfdəndə məhkəməyə müraciət edirlər. Onlarda hesab edirlər ki, üstündən bu qədər müddət keçmiş, onun qanuni gözləntisi yaranmış, həmin mənzilə artıq 6 ay deyilmiş, 2 il 7 ay ərzində pulu ödəməsə deməli mənzili mənə verəcəkdir. Qanuni gözləntisinin əsası Avropa Məhkəməsinin qərarında yazılan əsas olmalıdır. Onun əlində olan əsas müqavilədir. Müqavilənin 2.1.3-cü bənddə o evi götürməsi barədə vəzifə qoymuşdur. İndi imkan verin öhdəliyi yerinə yetirsinlər. Məhəkəmədən müqavilə üzrə şərtlərə uyğun mənzil həmin divar sökülərək qeyd olunan formada, ölçüdə həmin blok mərtəbədə onlara təhvil verilməsi, müqavilə ilə üzərinə götürdükləri bir maşın dayanacağ yerinidə onlara təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əvəzləşdirmə Müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1ci bəndinə əsasən "Baku City” MTK Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi”yə məxsus olan, faktiki sahəsi 52 m2 olan 42 saylı mənzilin əvəzinə. 6 (altı) ay müddətində 160.000 (yüz altmış min manat) pulu "Mülkiyyətçiyə” verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" MTK 6 (altı) ay müddətində 160.000 (yüz altmış min manat) pulu "Mülkiyyəlçi”yə ödəyə bilməyəcəyi halda ona güzəşli şərtlərlə binanın C blokunda. 4-cü mərtəbəsində, 1 saylı, 3 otaqlı 149.6 m2-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini "Mülkiyyətçi”yə verməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən “mülkiyyətçi” bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntüsü üçün "xxxx" MTK-ya təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 (altı) ay müddətində 160.000 (yüz altmış min) manatı pulu ”Mülkiyyətçi”yə ödəyə bilməyəcəyi halda veni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı MTK Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən istismar müddətini keçmiş yaşayış binası sökülmüş və bu sahədə yeni yaşayış binası tikilir. 08 fevral 2020-ci il tarixdə müqavilə bağlanmış, müqavilədə göstərilən müddəaları nəzərə alaraq 2 tərəf qarşılıqlı ümumi razılığa gəlmiş, fors-major hal kimi qiymətləndirilən pandemiya dövrü bütün dünya iqtisadiyyatına külü miqdarda ziyan vurmuş və iqtisadi ardıcıllığı pozmuş, Respublika da dəymiş ziyanlardan kənarda qalmamış, dünyada 01 mart 2020-ci il tarixdən pandemiya elan edilmiş və sərt karantin rejimi tədbiq olunur. Bu səbəbdən müqavilənin 1.2.3-cü bəndinə uyğun olaraq ödəyəcəkləri məbləğ 01 fevral 2021-ci il tarixinə qədər uzadılmışdır. İş materiallarında olan Cavabdeh İddiaçı MTK-nə ünvanladığı xx.xx.2020-ci il tarixli etiraz ərizəsindən görünür ki, 08 fevral 2020-ci il tarixdə "xxxx" MTK ilə onun arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MTK ünvan 7 ünvanda yerləşən, şəxsi mülkiyyətində olan mənzilin əvəzinə 6 (altı) ay müddətində 160000 manat məbləğində pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Fors-Major kimi qiymətləndirdikləri dünyanı cənginə almış koronovirus (COVİD 19) Pandemiyası ilə əlaqədar Bakı şəhərində tətbiq olunmuş karantin rejimi ilə bağlı bildirir ki, karantin rejimi dövründə ölkələrində, eləcə də Bakı şəhərində digər fəaliyyət növlərindən fərqli olaraq tikinti sektorunun fəaliyyətinə heç bir qadağa qoyulmadığı üçün hər hansı bir zərərdən söhbət gedə bilməz. Onların arasında bağlanmış müqavilədə hər hansı bir müddətə mənzillə təmin olunmağı göstərilsəydi bunu bəlkə də anlayışla qəbul etmək olardı. İndiki halda müqavilənin bütün şərtləri qüvvədədir və onun şərtlərinə qeyd şərtsiz əməl olunmalıdır. Lakin bütün bunlarla yanaşı "Baku City” MTK ilə onun arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndinə əsasən İddiaçı MTK hər ay ona 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüş və bu məbləğ 2 (iki) ay ödənildikdən sonra heç bir ödəniş olmamış, bu barədə İddiaçı MTK-nın səlahiyyətli şəxslərinə dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə qədər müqavilənin bu şərtlərinə əməl olunmaması davam edir. Ona ünvanlanmış məktublarında istinad etdikləri 1.2.3-cü bəndi onlar arasında bağlanmış müqavilədə mövcud deyildir və İddiaçı MTK təklifindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş "Baku City” MTK tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2022-ci il tarixli 23/21 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci i tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün xx.xx.2022-ci il tarixə kimi bank hesabı açıb "Baku City” MTK-ya təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş "Baku City” MTK tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 3 gün müddətində bank hesabı açıb "Baku City” MTK-ya təqdim edilməsi xahiş olumuşdur. Əks təqdirdə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MTK-nə ünvanladığı xx.xx.2022-ci il tarixli etiraz ərizəsindən görünür ki, ünvan 8 ünvanda yerləşən, şəxsi mülkiyyətində olan mənzilin əvəzinə 6 (altı) ay müddətində 160.000 manat məbləğində pul həmən müqavilənin müddəalarında göstərilən vaxtdan 2 (iki) il keçəndən sonra təklif etdikləri üçün həmin puldan imtina etmiş və müqavilənin şərtlərinə əsasən İddiaçı MTK-nın c blokunun 4/1 saylı (ümumi sahəsi 149.6 m2) mənzilin ona verilməsini tələb edir. İş materiallarında olan və notarial qaydada təsdiq edilmiş Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən və ümumi sahəsi 45.0 m2 olan daşınmaz əmlak xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reysetrində 370 nömrəli reyestr kitabının 34521 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi X2 Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisinə (dəyişiklik edilmiş layihəyə) dair verilmiş 24445 nömrəli xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisi üzrə işçi lahiyəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının Qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şəti ilə razılaşdırılır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi X2 Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisinə (dəyişiklik edilmiş layihə) dair verilmiş 27847 nömrəli xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisi (dəyişiklik edilmiş lahiyə) üzrə tikinti lahiyəsi razılaşdırılır. İş materiallarında olan və İddiaçı MTK-nin direktoru Osman Əhmədov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 29 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir, nizamnamə şərtlərinə əsasən Kooperativ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. O cümlədən MTK çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərararının İcrası ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütün sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. İddiaçı yuxarıda göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisini həyata keçirərkən ilkin layihə üzrə 4 bloklu, 16 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulmuş və həmin layihə Azərbaycan Respublikası Fövqəladə Nazirliyi Tikintidə X5 Agentliyinin Təsisatdankənar Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən binanın tikinti sahəsi 3216,9 m2, mənzillərin ümumi sahəsi 23280,4 m2, mənzillərin yaşayış sahəsi 8 m2, mənzillərin sayı 260 ədəd olmaqla obyektin tikintisinə icazə verilmişdir. İddiaçı tərəfindən həmin ünvanda köçürmə və tikinti başlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekturasının tövsiyyəsi ilə layihədə əsaslı dəyişikliklər edilmiş, yeni inşa edilən binada mərtəbələrin sayı və sahəsi azaldılmışdır. İnşa olunan binanın layihəsi yenidən işlənmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X2 Baş idarəsinin xx.xx.2019-cu il tarixli rəyi ilə dəyişiklərə əsasən binanın tikinti sahəsi, 2287,2 m2, mənzillərin ümumi 8078,8 m2, mənzillərin yaşayış sahəsi 10107,4 m2, mənzillərin sayı 184 ədəd obyektin tikintisi təsdiqlənmişdir. Göründüyü kimi, rəylərə diqqət yetirilərkən mənzillərin yaşayış sahəsində (ilk rəydə-12344.8 m2, sonrakı rəydə 10107,4 m2) mənzillərin sayında isə 76 mənzilin azaldılması) edilmişdir. Eyni zamanda, Cavabdeh mülkiyyətində olan İddiaçınə yuxarıda göstərilən ünvan üzrə tlkinti işlərinə başlayan zaman vaxtında təhvil vermədiyinə, həçinin əlavə mənzillər iddiasında olaraq MTK-nin iş fəaliyyətinin ahəngini pozmuş, tikinti işlərində 3 (ay) gecikmələr yaratmış, bu səbəbdən təmir-tikinti işlərini vaxtında başa çatdıra bilməmiş və MTK-ya xeyli miqdarda zərər dəymişdir. Cavabdeh ilə göstərilən səbəblərdən 08 fevral 2020-ci il tarixində bağlanmış əvəzləşdirmə müqaviləsinə əsasən C blokunda 4-cü mərtəbəsində, 1 saylı 3 otaqlı 149.6 kv ibarət olan mənzilin faktiki sahəsi mövcud olmadığından, icrası mümkün deyildir. Adı çəkilən əvəzləşmə müqaviləsində Cavabdeh ödənilməli olan pul öhdəlikləri var. Əvəzləşdirmə müqaviləsində mənzil pulu ödəmədikləri halda girov olaraq yazılmışdır. Dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq Quliyeva Ramazan qızı bankda hesab açıb onlara təqdim etməmişdir. Pul öhdəliklərində geri çəkilmədiklərinə görə mənzilin girov şəkildə olmasına ehtiyac olmamışdır. Bütün dünyada 18 aydan çox forsmajor olaraq pandemiya hökm sürmüşdür. İş materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Quliyeva X7 rayonundan məcburi köçkündür. Məhkəmə tərkibi və proses iştirakçılarının iştirakı ilə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanda inşa etdirdiyi binanın C blokunun 4-cü mərtəbəsində yerləşən 1 saylı mənzilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 149.6 m2 sahəsi olan mənzil aşkar edilməmişdir. Baxış keçirilən zaman qeyd olunan hissədə (sahədə) iki mənzilin qapısı müşahidə olunmuşdur. Mənzillərin hər ikisi vətəndaşlara satıldığından mənzillərə daxil olub baxış keçirmək mümkün olmamışdır. Həmçinin inşa edilən binada 149.6 m2 mənzilin olmadığı bildirilmişdir. C blokunun 4-cü mərtəbəsində, eyni zamanda həmin C blokunun digər mərtəbələrinə də baxış keçirildiyi zaman 149.6 m2 sahəsi olan mənzil aşkar edilməmişdir, həmin blokun bütün mərtəbələrində 4-cü mərtəbədə olduğu kimi iki mənzilin qapıları olmuşdur. ”C”-yəni 3-cü blok 8 yaşayış mərtəbələrindən,iki qeyri yaşayış mərtəbədən (1-2-ci mərtəbələri),iki yeraltı avtodayanacaq mərtəbələri və bir zirzəmidən ibarətdir.Yerli baxış zamanı tikintinin şəkilləri də çəkilmişdir. Yerli başışda iştirak etmiş İddiaçı nümayəndəsi X6 bildirmişdir ki,3-cü blokda yerləşən bütün mənzillər satıldığından,sakinlərini tapmaq mümkün olmadığına görə, həmin mənzillərin açarları mənzil sahiblərində olduğundan mənzilləri açıb göstərmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Eyni Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 29 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən, kooperativ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Həmçinin İddiaçı çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının İcrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərindən biri də MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsinin dayandırılmasıdır. Həmin vaxtda binadaya yaşayan sakinlər MTK-nin irəli sürdüyü təkliflə razılaşmış və aralarında müqavilələr bağlanılmışdır. Lakin göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən Cavabdeh mənzildən çıxmaq istəməmiş və öz təkliflərini irəli sürərək sahəsi 45 m2 olan mənzil üçün 90000 ABŞ dolları, ya da sahəsi 149 m2 olan mənzili avtomobil dayanacağı ilə birlikdə, üstəsinə ayda 400 manat kompensasiya verilməaini tələb etmişdir. MTK tez bir vaxtda ev boşaldilsın deyə Cavabdeh şərtlərini qəbul etməyə məcbur olub Cavabdeh ilə əvəzləşdirmə müqaviləsi bağlamışdır. Cavabdeh ilə MTK arasında 08 fevral 2020-ci il tarixində bağlanmış əvəzləşdirilmə müqavilənin şərtlərinə əsasən mülkiyyətçiyə məxsus olan sahəsi 45 m2 olan 42 saylı mənzilin əvəzinə 6 ay müddətində 160000 manat pulu “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüş, əks halda müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı 6 ay müddətində 160.000 manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində, 1 saylı 3 otaqlı 149.6 kv.metr-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən mülkiyyətçi bağlanmış müqavilənin şərtlərinə əsasən özünə məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 ay müddətində 160.000 manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinin icrası qeyrimümkündur. Belə ki, İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisini həyata keçirərkən ilkin layihə üzrə 4 bloklu, 16 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulsada, sonradan həmin layihə Azərbaycan Respublikası Fövqəladə Nazirliyi Tikintidə X5 Agentliyinin Təsisatdankənar Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən binanın tikinti sahəsi 3216,9 m2, mənzillərin ümumi sahəsi 23280,4 m2, mənzillərin yaşayış sahəsi 12344.8 m2, mənzillərin sayı 260 ədəd olmaqla obyektin tikintisinə icazə verilmiş, köçürmə və tikinti işləri başlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekturasının tövsiyyəsi ilə layihədə əsaslı dəyişikliklər edilmiş, yəni yeni inşa edilən binada mərtəbələrin sayı və sahəsi azaldılmışdır. İnşa olunan binanın layihəsi yenidən işlənib hazırlanmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X2 Baş idarəsinin xx.xx.2019-cu il tarixli rəyi ilə dəyişiklərə əsasən binanın tikinti sahəsi, 2287,2 m2, mənzillərin ümumi 8078,8 m2, mənzillərin yaşayış sahəsi 10107,4 m2, mənzillərin sayı 184 ədəd obyektin tikintisi təsdiqlənmişdir. Göründüyü kimi,verilmiş rəylərdə mənzillərin yaşayış sahəsində ilk rəydə- 12344.8 m2, sonrakı rəydə 10107,4 m2 olmaqla 76 mənzilin azaldılması göstərilmişdir.Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da müəyyən olmuşdur ki,16 mərtəbəli binanın əvəzinə 8 yaşayış sahələri üşün mərtəbə,iki qeyri yaşayış mərtəbə ,iki yeraltı avtodayanacaq üçün mərtəbə və 1 yeraltı zirzəmi tikilmişdir. Tərəflər arasında 08 fevral 2020-ci il tarixində bağlanmış əvəzləşdirmə müqaviləsinə əsasən Cavabdeh hal-hazırda tələb etdiyi C blokunda 4-cü mərtəbəsi, 1 saylı 3 otaqlı 149.6 kv ibarət olan mənzilin faktiki sahəsi mövcud olmadığından, icrası mümkün olmamışdır. Bundan başqa tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli əvəzləşmə müqaviləsində Cavabdeh ödənilməli olan pul öhdəlikləri nəzərdə tutulmuş və MTK tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi müraciətlərə baxmayaraq Cavabdeh bankda hesab açıb MTK-nə təqdim etməmişdir. Məhkəmə aradırması zamanı İddiaçı MTK Cavabdeh ünvan 1 ünvanında kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində 77 km2 təmirli mənzillə təmin edilməsi və ya 160.000 manat pulun mülkiyyətçiyə verilməsini razı olmasını bildirmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı MTK-nin ünvan 2 ünvanında inşa etdiyi yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı, 149.6 kv.m sahəsi olan mənzili 2 hissəyə (2 ayrı-ayrı mənzilə) bölən İddiaçı MTK tərəfindən sonradan naməlum tarixdə tikilmiş divarın İddiaçı MTK-nin öz hesabına sökülərək həmin mənzilin xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və müqavilə bağlanan tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.m ölçüdə ona təhvil verilməsi, xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq həmin binada 1 maşınlıq dayanacaq yerinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırması və mübahisəli mənzilə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, binanın layihəsində və eskizində dəyişiklik edildiyindən mübahisəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsi, 1 saylı 3 otaqlı 149.6 m2-dən ibarət olan mənzilin faktiki olaraq mövcud olmadığından məhkəmə hesab edir ki, qarşılıqılı iddia təmin edilə bilməz. Məhkəmə İddiaçı müqavilənin dəyişdirilməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinin dəyişdirilməsi tələbi qanunvericiliyin bu tələblərinə uyğun olmadığına qörə həmin hissədə təmin edilməməlidir. Eyni zamanda, İddiaçı hüquqi xidmətə görə vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması ilə bağlı məhkəmə, qeyd edir ki, İddiaçı bu tələb ilə bağlı sübutlarını (müqavilə, qəbz) məhkəməyə təqdim etmədiyindən İddiaçı bu tələbi də təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin ediməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus sahəsi 45m2 olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160000 manat pul vəsaiti İddiaçıMTKdan tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabbeh Quliyeva X7 rayonundan məcburi köçkündür. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçınını özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əvəzləşdirmə Müqaviləsi dəyişdirilməsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus sahəsi 45m2 olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160000 (yüz altmış min) manat pul vəsaiti İddiaçındən tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-489/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-489/2022
01.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver