Məhkəmə qərarları › İş №2(034)-493/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-493/2025

10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-493/2025 10.09.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün miniumum əmək haqqının 25 misili həddində sabit pul məbləğində aliment və mediasiya üçün ödədiyi 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarını Füzuli rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişlər. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişlər. Zaqatala Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(033)-660/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikahları pozulduqdan sonra bir övladları da dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan razılığa əsasən uşaqlar onun himayəsində qalmışdır. Nikahları pozulsa da, uşaqların saxlanması üçün cavabdehdən aliment almamışdır. Uşaqaların maddi problemlərini həll etməkdə çətinlik çəkir. Ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin miqdarı ilə bağlı bildirir ki, cavabdehin valideynləri yaşlı və xəstə adamlardır. Onlardan həmişə hörmət və ehtiram görmüşdür. Cavabdeh onların maddi problemlərini həll edir və ona görə də hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul formasında aliment tələb etmək qərarına gəlmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan X2 və X3in yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minium əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 50 manat dövlət rüsmunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2010-cu ildə X5 və 24.02.202-ci ildə X4 dünayaya gəlmişlər. xx.xx.2017-ci ildə cavabdehlə nikahları pozulmuşdur. Uşaqlarını saxlamaqda çətinlik çəkdiyi üçün cavabdehdən hər uşağa 100 manat aliment tələb edir. Hər ikisidə mediasiya prosesində iştirak etmişlər. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, İddiaçı Məhiyyədin qızı ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2010-cu ildə X5 və 24.02.202-ci ildə X4 dünayaya gəlmişlər. xx.xx.2017-ci ildə cavabdehlə aralarında olan nikahları pozulmuşdur. Bacardığı qədər uşaqlarına köməklik edəcəkdir. Hər uşağa 100 manat alimentlə razıdır. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-660/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2010-cu ildə bağlanmış nikah pozulmuşdur. -İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 valideynləridirlər. -İş materiallarında olan mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/6/01055 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. -İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında olan nikah Zaqatala rayon qeydiyyat şöbəsində xx.xx.2017-ci ildə ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2010cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı iki övladları doğulmuşlar. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Zaqatala Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(033)-660/2017 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar isə tərəflərin aralarında olan razılığa əsasən analarının himayəsindədirlər. İddiaçı uşaqların maddi təlabatlarını ödəməkdə çətinlik çəkdiyi üçün cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehin maddi vəziyyətini nəzərə alaraq, hər iki uşağın saxlanması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsini, cavabdeh isə hər uşağa 100 manat aliment ödəməyə razı olmasını bildirmişdir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bundan başqa, məhkəmə iddia tələbinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşaqların mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, tərəflərin birgə nikah münasibətlərindən olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tələbində cavabdehdən 50 manat mediasiya xərcinin tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından iddia tələbinin həmin hissədə təmin edilməməsi qanaitinə gəlir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar