Məhkəmə qərarları › İş №2(034)-545/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-545/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-545/2024 30.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı “yaradıcılıq emalatxanasından çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində 85/852-də yerləşən və qanunsuz zəbt olan yaradıcılıq emalatxanasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixində 5 saylı Bakı «Asan xidmət mərkəzi” qeydiyyat şöbəsində bağlanmış nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və akt qeydlər kitabında 1017 nömrəli nikah qeydinin ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya nikah pozulması haqqında AZ-İ 470514 nömrəli şəhadətnamə verilmişdir. 1976-cı il təvəllüdlü, Zəngilan rayonu, Hacallı kəndində qeydiyyatında olan keçmiş həyat yoldaşı Cavabdeh faktiki olaraq onun və anası X1 emalatxanasını qanunsuz zəbt etmiş və açarlarını da dəyişmişdir. Ona görə də hal-hazırda işsiz qalmış və heç bir şey edə bilmir. Rəssamlıq Akademiyasında müəllim işləyir və Rəssamlıq İttifaqının üzvüdür. Uzun müddətdir ki, emalatxananı ailəsi idarə etmişdir. Atası İddiaçı Məhərrəm oğlu xalq rəssamı olmuş və atası 1958-ci ildə dünyasını dəyişənə kimi emalatxanadan istifadə etmişdir. Anası, yəni 2-ci iddiaçı X2 1991-ci ildən bu günə kimi bu emalatxanadan istifadə edir. O, isə 1997-ci ildən emalatxanadan istifadə edir. Lakin emalatxana zəbt olunandan sonra işsiz qalmış və atasının işlərini o və anası davam etdirə bilməmişlər. Bu emalatxanada atası X3 “2 dəfə X6 Həzi Aslanov heykəli”, “Nəriman Nərimanov heykəli”, “X8 heykəli”, “Vaqifin heykəli”, “Leninin heykəli” adlı əsərlər yaratmışdır. Bütün Azərbaycan bu əsərləri qəbul etmiş və bu cür heykəltəraşları olduğuna görə fəxr etmişlər. Lakin keçmiş yoldaşı qanunsuz olaraq emalatxananı zəbt etmişdir. Atası dünyasını dəyişdikdən sonra emalatxana Rəssamlar İttifaqının sərəncamı ilə anasına və ona həvalə edilmişdir. O, dəfələrlə Cavabdeh emalatxananın ev deyil, iş yeri olmasını, özünün isə yeni tikilidə evinin olmasını və gedib öz evində yaşamasını demişdir. Onların aralarında heç bir narazıçılıq yoxdur. Nikahdan övladları da yoxdur. Cavabdeh ordan çıxması üçün ondan külli miqdarda pul istəmişdir. Məhkəmədən şər-böhtandan ehtiyat etdiyi üçün bu barədə polisin ölçü götürərək ona kömək etməsini xahiş etmişdir. Çünki, cavabdeh məhkəmə gedə-gedə 2 dəfə ondan böhtan xarakterli şikayət yazmış, polis tərəfindən yoxlanıldıqdan sonra əsassız olduğu üzə çıxmışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl onlar ərizə ilə Nərimanov rayon Polis İdarəsinə Cavabdeh qanunsuz zəbt etdiyi emalatxadan çıxarılması barədə müraciət etmiş, lakin, Nərimanov rayon Polis İdarəsi qanunvericiliyin tələblərinə əsasən, məhkəmə yolu ilə çıxarda biləcəklərini öz məktubu ilə onlara bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, emalatxana ona və Firəngiz xanıma aiddir. Emlatxanın mülkiyyət hüququ Rəssamlıq Akademiyasına aiddir. Keçmiş həyat yoldaşı Cavabdeh faktiki olaraq onun və anası X1 emalatxanasını qanunsuz zəbt etmiş və açarları da dəyişmişdir. Ona görə də hal-hazırda işsiz qalmış və heç bir şey edə bilmir. Rəssamlıq Akademiyasında müəllim işləyir və Rəssamlıq İttifaqının üzvüdür.Uzun müddətdir ki, emalatxananı ailəsi idarə etmişdir. Atası İddiaçı Məhərrəm oğlu xalq rəssamıdır.1958-ci ildə dünyasını dəyişənə kimi emalatxanadan istifadə etmişdir. O isə 1997-ci ildən həmin emalatxanadan istifadə edir. Emalatxana zəbt olunandan sonra işsiz qalaraq atasının işlərini o və anası davam etdirə bilməmiş və bütün ləvazimatları emalatxanatda qalmışdır. O, emalatxananın mülkiyyətçisi deyildir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə digər iddiaçı X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işin materiallarına əlavə edilən nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü il tarixində Zəngilan rayon qeydiyyat şöbəsində tərəflər arasında olan nikaha xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Rəssamlar İttifaqı vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən dən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixində, X2 isə xx.xx.1991-ci il tarixində Rəssamlar İttifaqının üvzlüyünə daxil olmuşlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, Q-20271 nömrəli məktubundan aydın olur ki, iddiaçının polis orqanına etdiyi müraciət mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Rəssamlar İttifaqının Zəngilan Rayon Məhkəməsinə ünvanladığı 096 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, N.Nərimanov rayonunda, X9 küçəsi 85/852 ünvanında yerləşən yaraddıcılıq emalatxanasında, 1958-ci ildən bu günə kimi Qaryağdı ailəsi fəaliyyət göstərmiş, Cəlal Qaryağdı Azərbaycan Xalq Rəssamı olmuş, 1958-ci ildə dünyasını dəyişənə kimi öz ailəsi ilə yaradıcılıq emalatxanasından istifadə etmiş, mərhum heykətəraş, Xalq rəssamı Cəlal Qaryağdının yaratdığı H.Aslanov, Nəriman Nərimanov, M.Ə.Sabir, M.P.Vaqif və s heykəllər Azərbayan xalqı tərəfindən yüksək səviyyədə qəbul edilərək sevilmiş, Azərbaycan xalqı onunla fəxr etmiş, 2001-ci ildə Cəlal Qaryağdı dünyasını dəyişəndən sonra, bu günə kimi heykəltəraşın yaradıcılığını həyat yoldaşı X2 və oğlu İddiaçı Cəlal oğlu davam etdirmiş və onların iş yeri sözügedən yaradıcılq emalatxanası olmuşdur. İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh emalatxananı qanunsuz olaraq zəbt etmiş, emalatxananın açarını dəyişdirərək boşaltmaq üçün Cəlil Qaryağıdan külli miqdarda pul ya da yeni tikintidəki mənzilini təmir etməyi tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların övladları olmamışdır. Ailə münasibətləri alınmadığından tərəflər arasında olan rəsmi nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia edir ki, keçmiş həyat yoldaşı onun və anasının istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 85/852-də yerləşən emalatxananı qanunsuz olaraq zəbt etmiş, cavabdehdən emalatxanadan çıxmasını tələb etsələr də, bunun heç bir nəticəsi olmaış, cavabdeh emalatxanadan çıxmaq müqabilində ondan külli miqdarda pul və ya yeni tikilidə olan evinin təmir edilməsini istəmişdir. İddiaçının bildirdiyinə görə həmin emalatxana ona mərhum atasından qalmışdır. Belə ki, atası xalq rəssamı olmuş və həmin emalatxana atasına Azərbaycan Rəssamlar İttifaqı tərəfindən verilmiş, atası rəhmətə getdikdən sonra həmin emalatxana onun və anasının istifadəsində olmuşdur. Lakin emalatxana cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyi üçün onlar emalatxanadan istifadə etmək hüququndan məhrum olmuşlar. İddiaçılar cavabdehin onlara məxsus olan emalatxanadan çıxarılmasını tələb etsələr də, araşdırma zamanı məlum olumşdur ki, emalatxana onlara Azərbaycan Rəssamlar İttifaqı tərəfindən istifadə üçün verilmişdir. Lakin iddiaçılar emalatxanın onların mülkiyyətlərində olması ilə bağlı möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin iddiaçı da məhkəmə iclasında verdiyi izahatında emlatxanın mülkiyyət hüququnun Rəssamlıq Akademiyasına aid olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı “yaradıcılıq emalatxanasından çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı “yaradıcılıq emalatxanasından çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar