Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-547/2023 27.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın çıxarılması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “əmlakın çıxarılması» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əmlakı olan-bir ədəd künc divanı və jurnalnısı, bir ədəd stol və 6 ədəd stul, iki ədəd günlük, iki ədəd fon tül pərdə, bir ədəd qonq otağı üçün lüstür, bir ədə qonaq otağı üçün xalça, bir ədəd taxt, iki ədəd tumba, bir ədəd şifoner, bir ədəd termo və oturacağı, taxt üçün bir ədəd yorğan, bir ədəd döşək və iki ədəd balış, bir ədəd pokrıval (örtük), bir dəst pastel, iki ədəd təknəfərlik döşək, bir ədəd sintifon yorğan, iki ədəd sintifon yastıq, iki ədəd döşəkçə, bir ədəd yataq otağı üçün xalça, iki ədəd kiçik ölçülü ayaqaltı üçün xalça, yataq otağı üçün bir ədəd günlük, iki fon və bir tül pərdə, bir ədəd yataq otağı üçün lüster, bir ədəd maxrovıy odeyal, fonları bağlamaq üçün maqnitin şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, X9, 4 A məhəllə, ev 680 (Yaşıldərə yaşayış massivi) ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddai ərizəsində qeyd olunan əmlakların dəyərləri qeyd olunmamışdır. İddia ərizəsinin qiymətləndirilən iddia olmasını nəzərə alaraq, həmin əşyaların dəyəri aşağıakı kimidir: l) künc divanı və jurnaalnısı- dəyəri 500 manat, 2) bir ədəd stol və 6 ədəd stul dəsti- dəyəri 600 manat, 3) iki ədəd günlük- dəyəri 10 manat, 4) iki ədəd fon tül pərdədəyəri 120 manat, 5) bir ədəd qonq otağ üçün lüstür- dəyəri 120 manat, 6) bir ədəd qonaq otağı üçün xalça- dəyəri 200 manat, 7-10) bir ədəd taxt, iki ədəd tumba, bir ədəd şifoner, bir ədəd termo və oturacağı- ümümilikdə dəyəri 2000 manat, 11-17) taxt üçün yorğan bir ədəd, bir ədəd döşək və iki ədəd balış, bir ədəd pokrıval (örtük), bir dəst pastel, iki ədəd təknəfərlik döşək, bir ədəd sintifon yorğan, iki ədəd sintifon yastıq- ümumi dəyəri 500 manat, 18) iki ədəd döşəkçə- dəyəri 10 manat, 19) bir ədəd yataq otağı üçün xalça- dəyəri 200 manat, 20) iki ədəd kiçik ölçülü ayaqaltı üçün xalça- dəyəri 20 manat, 21) yataq otağı üçün bir ədəd günlük- dəyəri 10 manat, 22) iki fon və bir tül pərdə- dəyəri 120 manat, 23) bir ədəd yataq otağı üçün lüstür- dəyəri 70 manat, 24) bir ədəd maxrovıy odeyal və fonlan bağlamaq üçün maqnit- birgə dəyəri 40 manat olmaqla əmlakın ümumu dəyəri 4520 (dörd min beş yüz iyirmi ) manat təşkil edir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, X9, 4 A məhəllə, ev 680-da (Yaşıldərə asayiş massivi) ailə üzvləri ilə birgə yaşayır. X1 Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, xx.xx.2021-ci ildə toyları olmuşdur. Cavabdeh toydan sonra evə gəlin köçmüşdür. Aralarında rəsmi nikah bağlanılmamışdır. Faktiki nikahlarından xx.xx.2022-cü il təvəllüdlü Ümid adlı övladları olmuşdur. İlk vaxtlar Cavabdeh ilə oğlu arasında olan ailə münasibətləri yaxşı olmuş, sonradan aralarında mübahisələr baş verməyə başlamışdır. xx.xx.2022-ci ildə Cavabdeh evi tərk edərək uşaqla birlikdə atasının yasadığı ünvan 2 ünvanına getmiş, indiyə kimi orada yaşamaqla bir daha evə qayıtmamışdır. Cavabdeh atasının ünvanına gedəndə özünə məxsus əmlakları aparsa da, lakin aşağıda qeyd olunan əmlakları aparmamışdır: 1.künc divanı və yurnalnısı, 2.bir ədəd stol və 6 ədəd stul, 3.iki ədəd günlük, 4.iki ədəd fon tül pərdə, 5.bir ədəd qonq otağ üçün lüstür, 6.bir ədə qonaq otağı üçün xalça, 7.bir ədəd taxt, 8.iki ədəd tumba, 9.bir ədəd şifoner, 10.bir ədəd termo və oturacağı, 11.taxt üçün yorğan bir ədəd, 12.bir ədəd döşək və iki ədəd balış, 13.bir ədəd pokrıval (örtük), 14.bir dəst pastel, 15.iki ədəd təknəfərlik döşək, 16.bir ədəd sintifon yorğan, 17.iki ədəd sintifon yastıq, 18.iki ədəd döşəkçə, 19.bir ədəd yataq otağı üçün xalça, 20.iki ədəd kiçik ölçülü ayaqaltı üçün xalça, 21.yataq otağı üçün bir ədəd günlük, 22.iki fon və bir tül pərdə, 23.bir ədəd yataq otağı üçün lüstür. 24.bir ədəd maxrovıy odeyal və fonları bağlamaq üçün maqnit. O, dəfələrlə cavabdehə və valideyinlərinə əmlaklarını evindən çıxarılmasını xahiş etsə də, bunun xeyri olmamışdır. Cavabdehin əmlaklarının onun evində qalması, onun bu evdən istədiyi kimi istifadə etməsinə mane olur, evini təmir edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin tələbinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə görə, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı X3 Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuş,xx.xx.2021-ci ildə onların toyları olmuş, Cavabdeh toydan sonra evə gəlin köçmüşdür. Tərəflər arasında rəsmi nikah bağlanılmamışdır. Tərəflərin bu nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Ümid adlı bir övladları olmuşdur. İlk vaxtlar Cavabdeh ilə iddiaçı arasında ailə münasibətləri yaxşı olmuş, sonradan aralarında mübahisələr baş verməyə başlamış, xx.xx.2022-ci ildə Cavabdeh evi tərk edərək uşaqla birlikdə atasının yaşadığı ünvan 3 ünvanına getmiş, indiyə kimi orada yaşamaqla bir daha evə qayıtmamışdır. Cavabdeh atasının ünvanına gedəndə özünə məxsus əmlakları aparsa da, lakin aşağıda qeyd olunan əmlakları aparmamışdır: 1-Künc divan və jurnalnısı, 2-bir ədəd stol və 6 ədəd stul, 3-iki ədəd günlük, 4-iki ədəd fon tül pərdə, 5-bir ədəd qonaq otağı üçün lüster, 6-bir ədəd qonaq otağı üçün xalça, 7-bir ədəd taxt, 8-iki ədəd tumba, 9-bir ədəd şifoner, 10-bir ədəd termo və oturacağı, 11-taxt üçün yorğan bir ədəd, 12-bir ədəd döşək və iki ədəd balış, 13-bir ədəd pokrıval (örtük), 14-bir dəst pastel, 15-iki ədəd təknəfərlik döşək, 16-bir ədəd sintifon yorğan, 17-iki ədəd sintifon yastıq , 18-iki ədəd döşəkçə, 19-bir ədəd yataq otağı üçün xalça, 20-iki ədəd kiçik ölçülü ayaqaltı üçün xalça, 21-yataq otağı üçün bir ədəd günlük, 22-iki fon və bir tül pərdə, 23-bir ədəd yataq otağı üçün lüster, 24-bir ədəd maxrovıy adyal və fonları bağlamaq üçün maqnitdən ibarətdir. Əşyalarının ümumi qiyməti 4520 manat təşkil edir. Cavabdeh məhkəmə iclası barədə məlumatı olsa da, məhkəmə iclaslarına qəsdən gəlməkdən imtina edir. İddiaçının evi iki otaqlıdır. İddiaçı evində öz valideynləri, yoldaşı və oğlu ilə birgə yaşayırlar. İki otaqlı evin bir otağında 5-6 nəfərin yaşaması, bir otağında isə cavabdehin əşyalarının saxlanılması, həmin iki otaqlı mənzildən iddiaçı tərəfindən sərbəst istifadə edilməsi tam məhdudlaşmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehiniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və 20 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 654 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkün olaraq, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə,ev 13, mənzil 5-də məskunlaşmışdır. İş materiallarında olan və «X9 4 A məhəllə» üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 52 nömrəli, xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünrü ki, İddiaçı həyat yoldaşı X4 və X1 ilə Sumqayıt şəhəri, X9, 4 A məhəllə, ev 680-də (Yaşıldərə asayiş massivi) yaşayırlar. İş materillarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6370/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamənin surətindən görünür ki, 29 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində Cavabdeh tərəfindən doğulmuş Ümüdün atası X3 hesab edilməsi, 29 sentyabr 2022-ci il təvəllüdlü Ümüdün doğum haqqında şəhadətnaməsində ata qrafasında “X3” və ana qrafasında “Cavabdeh qız:" yazılması, 29 sentyabr 2022-ci il təvəllüdlü Ümüdün yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 sentyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh X2 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının X1 Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, tərəflər arasında olan nikah rəsmiləşdirilməmiş, faktiki nikahdan tərəflərin bir övladı dünyaya gəlmişdir. Cavabdeh toydan sonra iddiaçıya məxsus olan evə gəlin köçmüş və özünə aid olan cehiz əmlaklarını da həmin ünvana gətirmişdir. İddiaçının oğlu ilə cavabdehin ailə münasibətləri alınmadığından cavabdeh azyaşlı uşağı və özünə aid bəzi əşyalarıda götürərək valideynlərinin evinə getmiş və bir daha geri qayıtmamışdır. Lakin cavabdehin aşağıda adları qeyd olunan l) künc divanı və jurnal masası- dəyəri 500 manat, 2) bir ədəd stol və 6 ədəd stul dəsti- dəyəri 600 manat, 3) iki ədəd günlük- dəyəri 10 manat, 4) iki ədəd fon tül pərdə- dəyəri 120 manat, 5) bir ədəd qonq otağ üçün lüstür- dəyəri 120 manat, 6) bir ədəd qonaq otağı üçün xalça- dəyəri 200 manat, 7) bir ədəd taxt, iki ədəd tumba, bir ədəd şifoner, bir ədəd termo və oturacağıümümilikdə dəyəri 2000 manat, 8) taxt üçün yorğan bir ədəd, bir ədəd döşək və iki ədəd balış, bir ədəd pokrıval (örtük), bir dəst pastel, iki ədəd təknəfərlik döşək, bir ədəd sintifon yorğan, iki ədəd sintifon yastıq- ümumi dəyəri 500 manat, 9) iki ədəd döşəkçə- dəyəri 10 manat, 10) bir ədəd yataq otağı üçün xalça- dəyəri 200 manat, 11) iki ədəd kiçik ölçülü ayaqaltı üçün xalça- dəyəri 20 manat, 12) yataq otağı üçün bir ədəd günlük- dəyəri 10 manat, 13) iki fon və bir tül pərdə- dəyəri 120 manat, 14) bir ədəd yataq otağı üçün lüstürdəyəri 70 manat, 15) bir ədəd maxrovıy odeyal və fonlan bağlamaq üçün maqnit- birgə dəyəri 40 manat olmaqla əmlakın ümumu dəyəri 4520 ( dörd min beş yüz iyirmi) manat olan cehiz əşyaları iddiaçının şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, X9, 4 A məhəllə, ev 680 (Yaşıldərə yaşayış massivi) ünvanda qalmışdır. İddiaçı dəfələrlə cavabdehə və valideynlərinə əmlaklarını evindən çıxarılmasını xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehin əmlaklarının iddiaçının evində qalması, iddiaçıya şəxsi mülkiyyətində olan evi ilə bağlı hər-hansı bir istifadə və sərəncam vermək hüququnu tamamilə məhdudlaşdırmışdır. Beləliklə, şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla, işin faktiki hallarına və toplanmış sübutların məcmusuna qiymət verməklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus olan cehiz əmlakları- l)künc divanı və jurnal masası- dəyəri 500 manat, 2) bir ədəd stol və 6 ədəd stul dəsti- dəyəri 600 manat, 3) iki ədəd günlük- dəyəri 10 manat, 4) iki ədəd fon tül pərdə- dəyəri 120 manat, 5) bir ədəd qonq otağ üçün lüstür- dəyəri 120 manat, 6) bir ədəd qonaq otağı üçün xalçadəyəri 200 manat, 7) bir ədəd taxt, iki ədəd tumba, bir ədəd şifoner, bir ədəd termo və oturacağı- ümümilikdə dəyəri 2000 manat, 8) taxt üçün yorğan bir ədəd, bir ədəd döşək və iki ədəd balış, bir ədəd pokrıval (örtük), bir dəst pastel, iki ədəd təknəfərlik döşək, bir ədəd sintifon yorğan, iki ədəd sintifon yastıq- ümumi dəyəri 500 manat, 9) iki ədəd döşəkçədəyəri 10 manat, 10) bir ədəd yataq otağı üçün xalça- dəyəri 200 manat, 11) iki ədəd kiçik ölçülü ayaqaltı üçün xalça- dəyəri 20 manat, 12) yataq otağı üçün bir ədəd günlük- dəyəri 10 manat, 13) iki fon və bir tül pərdə- dəyəri 120 manat, 14) bir ədəd yataq otağı üçün lüstür- dəyəri 70 manat, 15) bir ədəd maxrovıy odeyal və fonlan bağlamaq üçün maqnitbirgə dəyəri 40 manat olmaqla əmlakın ümumu dəyəri 4520 ( dörd min beş yüz iyirmi ) manat olan cehiz əşyaları iddiaçının şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, X9, 4 A məhəllə, ev 680 (Yaşıldərə yaşayış massivi) ünvandan çıxarlımalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları məhkəmə qarşısında sübut etmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh məxsus olan l) künc divanı və jurnal masası- dəyəri 500 manat, 2) bir ədəd stol və 6 ədəd stul dəsti- dəyəri 600 manat, 3) iki ədəd günlük- dəyəri 10 manat, 4) iki ədəd fon tül pərdə- dəyəri 120 manat, 5) bir ədəd qonq otağ üçün lüstür- dəyəri 120 manat, 6) bir ədəd qonaq otağı üçün xalça- dəyəri 200 manat, 7) bir ədəd taxt, iki ədəd tumba, bir ədəd şifoner, bir ədəd termo və oturacağı- ümümilikdə dəyəri 2000 manat, 8) taxt üçün yorğan bir ədəd, bir ədəd döşək və iki ədəd balış, bir ədəd pokrıval (örtük), bir dəst pastel, iki ədəd təknəfərlik döşək, bir ədəd sintifon yorğan, iki ədəd sintifon yastıqümumi dəyəri 500 manat, 9) iki ədəd döşəkçə- dəyəri 10 manat, 10) bir ədəd yataq otağı üçün xalça- dəyəri 200 manat, 11) iki ədəd kiçik ölçülü ayaqaltı üçün xalça- dəyəri 20 manat, 12) yataq otağı üçün bir ədəd günlük- dəyəri 10 manat, 13) iki fon və bir tül pərdədəyəri 120 manat, 14) bir ədəd yataq otağı üçün lüstür- dəyəri 70 manat, 15) bir ədəd maxrovıy odeyal və fonlan bağlamaq üçün maqnit- birgə dəyəri 40 manat olmaqla əmlakın ümumu dəyəri 4520 ( dörd min beş yüz iyirmi ) manat olan cehiz əşyaları İddiaçı şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, X9, 4 A məhəllə, ev 680 (Yaşıldərə yaşayış massivi) ünvandan çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-547/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-547/2023
27.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver