Məhkəmə qərarları › İş №2(034)-6/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-6/2022

19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-6/2022 19.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3, Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «uşağın himayəyə verilməsi tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «uşağın himayəyə verilməsi tələbinə dair» iddia ilə məhkəməyə müraciət edərək,birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərzə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı iki uşaqları olmuşdur. Cavabdeh ona qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə 2016-cı ildə Bakı şəhəri Suraxanı rayonu məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-4943/2016 saylı 19 sentyabr 2016-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, akt qeydləri kitabındakı 65 saylı nikah qeydi ləğv edilmiş, onların birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2016-cı il tarixindən başlayaraq hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda qızı Ləmanın 14 yaşı var və o, onun himayəsindədir, onunla qalmaq istəyir. Oğlu isə cavabdehin himayəsindədir. Suraxanı rayon məhkəməsində işə baxılarkən uşağların kimin himayəsində qalması məsələsi araşdırılaraq, İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi işə cəlb edilməmiş və həmin qurumdan hər hansı rəy alınmamışdır. Hazırda onun hər iki uşağı saxlamağa şəraiti var, cavabdeh uşağlara demək olar ki, baxmır, onlarla maraqlanmır və onların tərbiyəsi ilə məşğul olmur. Qızının onun yanına gəlmə səbəbi cavabdehin anaya yaraşmayan hərəkətləri olmuşdur. Qızının onun yanında qalmaq fikri qətidir və cavabdehi görmək istəmir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X5 hazırda 17 yaşı var və özü gəlib onlara birlikdə yaşayır. Məhkəmədən isə tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X5 atasının himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X4 verdikləri rəyi müdafiə edərək bildirmişdir ki, bu işlə bağlı xanım qızla 10 dəfə görüşmüş, hər dəfəsində də müəyyən hadisələrdən sonra atası ilə qalmaq istəməsini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçı ilə 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı iki uşaqları olmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan uşaqların ondan alınaraq atanın himayəsinə verilməsini xahiş edir. Tələbini qızları Ləmanın hazırda 14 yaşının olması və onun iddiaçının yanında qalmaq istəməsi ilə izah edir. Bununla bağlı bildirir ki, əvvəla onlar arasında bağlanılmış nikahın pozulması və birgə nikahlarından olan yetkinlik yaşma çatmamış uşaqların ananın himayəsinə verilməsi barədə məhkəmə qətnaməsi 19 sentyabr 2016-cı il tarixdə çıxarılmışdır. Həmin vaxt onların birgə nikahından olan Ləmanm 10 yaşı tamam olmuş və həmin iş üzrə qətnamə çıxarılarkən Ləmanın da fikri soruşulmuşdur. Məhkəmə iş üzrə digər halları və Ləmanın, eləcədə yetkinlik yaşına çatmayan Yusif adlı digər uşağın üstün mənafelərini nəzərə almaqla, hər iki uşağı ananın, yəni onun himayəsinə vermişdir. Buna görə də, Ləmanın hazırda 14 yaşına çatması iş üzrə yeni hal kimi qiymətləndirilə bilməz. İşdə olan 19 sentyabr 2016-cı il tarixli qətnamədən isə görünür ki, məhkəmə həmin qətnaməni çıxararkən iş üzrə bütün halları məcmu halında qiymətləndirmiş və Ləmanın üstün mənafelərini əsas götürməklə, onu anasının himayəsinə vermişdir. Beləliklə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar hazırkı iş üzrə yeni hal kimi qiymətləndirilə bilməz. Onların birgə nikahından olan Yusif adlı uşağın isə hazırda heç 9 yaşı da tamam olmamışdır və o, onun yanında qalmasını istəyir. İddia ərizəsində isə onun anasından alınaraq, atasının himayəsinə verilməsi ilə bağlı təkrar iddia qaldırmağa əsas verən halların nədən ibarət olması barədə heç nə qeyd olunmamışdır. Buna görə də nə Ləmanın, nə də Yusifin onun himayəsindən alınaraq, atanın himayəsinə verilməsi ilə bağlı məhkəmədə təkrar iddia qaldırıla bilməz. Məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı ilə dindirilən və tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X1 edən hakim tərəfindən ona verilən sual-cavablarda bildirmişdir ki, o, nənəsi, babası və atası ilə birgə yaşayır. 11-ci sinifdə oxuyur. 3 ildir ki, atası ilə yaşayır. Anası onlarla eyni binada qalır. Onlar 9-cu mərtəbədə, anası 8-ci mərtəbədə qalır. Qardaşı anası qalır. Anası əvvəllər onunla maraqlanmamış, tələbatlarını ödəməmişdir. Axır zamanlar maraqlanır, tələbatlarını ödəyir, geyimini alır. Anası ilə tez-tez görüşmürlər. Atası və anasını görümək onun üçün problem deyildir. Atası ilə yaşamaq istəyir. İcra Hakimiyyətinin nümayəndəsi onlara gəlmiş, danışmış, o, zamanda atası ilə qalmaq istəməsini bildirmişdir. Normal oxuyur, ali məktəbə daxil olmaq istəyir. Atası ona çox köməklik göstərir, onun üçün də atası ilə yaşamaq istəyir.Məhkəmədən işin yekunlaşmasını xahiş etdi. Məhkəmə, mülki iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Kərəmov X10 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4943/2016 saylı xx.xx.2016-ci il tarixli qətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X11 anaları Cavabdeh himayəsində saxlanılmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, tərəflər xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 valideynləridirlər. İş materiallarında olan Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanın 21 nömrəli xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, azyaşlıların mənafelərini, onların fikirlərini əsas kimi qəbul edərək məsələyə hüquqi qiymətin verilməsini məhkəmənin mülahizəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 480/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı valildeyinlik hüququndan məhrum etmə tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-206/2021 saylı qətnaməsi dəyişdirilmən saxlanlımışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 56-cı maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Həmin Məcəllənin 58-ci maddəsində isə təsbit edilmişdir ki, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulmuş, məhkəmənin qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X11 anaları Cavabdeh himayəsinə verilmiş və uşaqların saxlanması üçün iddiaçıdan hazırkı iş üzrə cavabdehin xeyrinə alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların ananın yanında qalması müəyyən edilsə də, tərəflərin birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X9 üç ilə yaxındır ki, atası ilə birlikdə yaşayır. Belə ki, o, həm sərbəst ifadəsində, həm də ona verilən sual-cavablarda nənəsi, babası və atası ilə birgə yaşamasını, 11-ci sinifdə oxumasını, anasının onlarla eyni binada qalmasını, onların 9-cu mərtəbədə, anasının isə 8-ci mərtəbədə yaşamasını, qardaşının anası ilə qalmasını, anasının əvvəllər onunla maraqlanmamasını, tələbatlarını ödəməməsini, lakin axır zamanlarda onunla maraqlanmasını, tələbatlarını ödəməsinə baxmayaraq, atası ilə yaşamaq istəməsini bildirmişdir. Məhkəmə, işin diqqətəlayiq hallarını, tərəflərin fikrini və uşağın mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2005-ci il təvəllüdlü X9 atası İddiaçı himayəsinə verilməlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etməyə borcludurlar və uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X9 atası İddiaçı himayəsinə verılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar