Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-607/2022 03.11.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehlə xx.xx.2007-ci il tarixdə el adəti ilə ailə qurmuş, nikahlarını isə xx.xx.2009-ci il tarixdə rəsmilləşdirmişlər. Bu nikahdan onların xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı iki uşaqları olmuşdur. Ailə həyatı qurduqları ilk vaxtlar münasibətləri normal olmuşdur. Lakin sonradan ailə münasibətləri alınmadığından Zəngilan Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 2(034)-356/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqların onun yanında qalması qət edilmişdir. Birgə nikahdan olan uşaqlar hazırda onun yanındadılar. Uşaqların saxlanılmasında cavabdeh ona heç bir maddi köməklik göstərmir. Bu günə kimi uşaqların bütün maddi tələbatlarını o, təkbaşına ödəyir. Bu da ona böyük çətinliklər yaradır. Cavabdeh bir valdeyn kimi üzərinə düşən öhdəliklərini icra etmir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Hazırda ölkə üzrə uşaqlar üçün minimum yaşayışı Prezidentin sərəncamına əsasən 193 manat müəyyən edilmişdir. Cavabdeh birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, övdaları 15 və 12 yaşlarındadırlar. Cavabdehlə 2019-cu ildə məhkəmənin qətnaməsi ilə ayrıldıqdan 3-4 il sonra təkrar olaraq barışdıqları üçün alimentdən imtina etmişdir. Yenidən sözləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Boşandıqları gündən kirayədə qalır. Həm kirayə pulu, həm uşaqların fərdi müəllim yanına qoyduğu üçün hazırlıq pulları, ümumiyyətlə bütün məsuliyyət onun üzərindədir. Cavabdeh ata olaraq heç bir məsuliyyət daşımır. Pandemiya dönəmində işləmədiyi üçün cavabdehdən uşaqlarla qalmaq üçün evi istəmiş, lakin cavabdeh evi onlara verməmişdir. Cavabdeh evi qardaşına bağışladığı üçün kirayədə qalmalı olmuşlar. Cavabdeh atalıq sevgisini uşaqlarına vermirsə heç olmazsa alimenti ödəməlidir. Belə ki, cavabdeh 193 manat aliment ödəyə bilər, çünki həm mebel sexində işləyir, həm də taksi fəaliyyəti ilə məşğul olur, eyni zamanda özünə yeni ailə də qurmuşdur. Cavabdehdən 193 manat aliment istəyir. 180 manat alimentlə razı deyildir. Əgər cavabdeh aliment vermirsə atalıqdan məhrum olunmalıdır. Cavabdeh uşaqlarına atalıq sevgisini göstərmir, ancaq təhqir edərək ananız əxlaqsızdır deyir. O, özü dırnaq ustasıdır, salonda işləyir, maaş almır, müştərisi olanda pulu olur. Amma hər gün pulu olmur. Qızı atasını çox isətyir. Cavabdeh yeni ailə qurduğu xanımla videolarını çəkib qızına atır, bu da qızına mənfi təsir edir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, İİ qrup əlil olması ilə bağlı sənəd təqdim etmişdir. Ailə qurmalıdır, tək yaşamalı deyildir. İndiyə qədər evdə o, qalmış, indi isə qardaşı qalır, evlərini qardaşına bağışladığına görə kirayədə galır. Uşaqları çağırmış, gücü 100 manata çatdığı üçün onu da vermişdir. Bu uşaqlarından imtina etmək deyildir. 180 manat iki uşağa aliment verə bilər. Kartını məhkəmənin yanında iddiaçıya verə bilər. O, 400 manat aliment verə bilməz. Cavabdeh izahatına əlavə olaraq bildirmişdir ki, İİ qrup əlil kimi onun 400 manat aliment verməsinə qanun icazə vermir. Uşağa baxmaq borcudur, lakin olmayandan sonra gedib oğurluq edən deyildir. İddiaçı ilə üç il ayrı qalmış, üç ildən sonra isə barışmışlar. Barışdıqları gündən isə evdən qırğın-dava, bıçaqlaşma olmuş və iddiaçı uşaqları götürüb getmişdir. Bu adam əxlaqsızın biridir, nə qardaş, nədə ki, ana sayır. O, yeni ailə qurmuş, lakin övladı yoxdur, həmçinin kirayədə qalır.Əlində pulu olan kimi uşaqlara zəng edərək gəlib aparmalarını deyir. 1200 manat uşaqlarına pul xərcləsə də, uşaqların nənəsi isə ona zəng edərək 60 manat pul xərcləmisən, nə atalıq etmisən deyir. Sonda cavabdeh məhkəmədən əlil olmasını və 180 manatdan artıq aliment verə bilməyəcəyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallaırnda olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarına əlavə edilmiş Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6-1799 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə 180 manat məbləğində sosial müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.20007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan tərəflərin xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı iki uşaqları olmuşdur. Tərəflər arasında ailə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan cavabdehin ailəsinə olan laqeyd münasibəti tərəflərin ailə münasibətlərinin pozulmasına gətirib çıxarmışdır. Cavabdeh uşaqların saxlamasında iddiaçıya heç bir maddi köməklik etmir, uşaqların bütün xərcləri iddiaçı tərəfindən tək başına ödənilir. Bu səbəbdən iddiaçı cavabdehdən uşaqların saxlanması ilə bağlı hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin tutularaq ona verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh İİ qrup əlildir və əlilliyə görə 180 manat müavinət alır, eyni zamanda fərdi əmək fəaliyyəti ilə də məşğuldur, yəni uşaqlarını saxlamaq iqtidarındadır. Lakin cavabdeh məhkəmə iclasında iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək imkanında olmadığını, yalnız hər iki uşağa cəmi 180 manat aliment verə bilcəyini bildirsə də, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cəmi 180 manat iki uşağın saxlanması və onların bütün maddi tələbatlarının ödənilməsi üçün yetərli deyildir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçı özü də əmək qabliyyətli olduğundan və uşaqların saxlanması isə hər iki valideynin borcu olduğundan iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2022-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-607/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-607/2022
03.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver