Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-638/2024 25.11.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X9 Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin və mediasiyaya dair xərcin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində Bakı şəhəri Sabunçu rayonu qeydiyyat şöbəsində nikaha daxil olmuş, bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmışlar. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişlər. Cavabdeh Quliyev X7 Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2010-cu il tarixdə qeydə alınmış nikahlarının pozulmasını, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 onun yanında qalmasını tələb etmişdir.Cavabdeh ona maddi cəhətdən heç bir köməklik etməmişdir.Cavabdeh hazirki vəziyyətdə uşaqların heç bir maddi təminatını ödəmir. Heç bir yerdə işləmir və uşaqlarla birlikdə qaynatası və qaynanasının yanında yaşayır. Uşaqların hal-hazırda bütün xərclərini qaynatası və qaynanası çəkir və onun heç bir yerdən gəliri yoxdur. Uşaqların böyüdükcə xərclərinin artması səbəbindən uşaqları tək saxlamaqda çətinlik çəkir. Uşaqlar məktəbə və hazırlığa gedir, uşaqların çantası, kitabları, məktəb paltarları, hazırlığı və hər ay gündəlik ödənişləri var. Cavabdeh heç vaxt uşaqlarla maraqlanmamışdır. Cavabdeh plastik qapı və pəncərə sexi işlədir, aylıq gəliri 1000-2000 manat arasıdır. Ona görə də uşaqların saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsini tələb edir. Uşaqlarını təkbaşına saxlamaq ona maddi cəhətdən çətinlik yaradacağı üçün cavabdeh tərəfindən alimentin ödənilməsi mühüm əhəmiyyət kəsb edir. O, həmçinin cavabdehlə aralarında razılığın əldə edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. O, ilkin mediasiya ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşlar. Heç bir yerdə işləmir və uşaqlarla birlikdə qaynatası və qaynanasının yanında yaşayır. Uşaqların hal-hazırda bütün xərclərini qaynatası və qaynanası çəkir və onun heç bir yerdən gəliri yoxdur. Uşaqları böyüdükcə xərclərinin artması səbəbindən uşaqları tək saxlamaqda çətinlik çəkir. Cavabdeh ona maddi cəhətdən heç bir köməklik etməmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-42/2024 nömrəli qətnaməsinə əsaəsn cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdeh başqa xanımla rəsmi nikaha daxil olmasına baxmayaraq, onunla bir evdə yaşayır. Cavabdeh qapı-pəncərə ustasıdır, aylıq qazancı 1000 manatdan çox olur. Uşağını gözünə görə hər 6 aydan bir həkim müayinəsinə aparır, hər dəfə aparanda da 300 manatadək xərci çıxır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını və hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin ödənilməsinə razı olmasını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-001361 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2010-cu il tarixində Bakı şəhəri Sabunçu rayonu qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və birgə nikahdan olan uşaqlar ananın yanında saxlanılmışlar. İş materiallarında nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Zəngilan rayon qeydiyyat şöbəsində X9 ilə Cavabdeh arasında olan nikah xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. İş materiallaırnda olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh X1 tərəfindən işə götürülmüş və aylıq əmək haqqısı 384.0 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Eyni Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014cü il təvəllüdlü X6 dünyaya gəlmişlər. Tərəflərin ailə münasibətləri alınmadığından Zəngilan Rayon Məhkəməsinin 2(034)-42/2024 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqlar ananın yanında saxlanılmışlar. Tərəflər arasında olan nikah pozulduqdan sonra, cavabdeh yenidən rəsmi nikaha daxil olmuşdur. İddiaçı hazırkı iddia tələbində özünün heç bir yerdə işləməməsini, tək qadın olaraq uşaqların maddi tələbatlarını qarşılamaqda çətinlik çəkməsini, cavabdehin ona heç bir maddi yardım etməməsini, uşaqlar ilə maraqlanmasını, uşaqların saxlanmasında qaynatası və qaynanasının köməkliyi ilə saxlamasını, cavabdınhin maddi gəlirlərinin yaxşı olmasını, 384 manat məbləğində əmək haqqı alması ilə yanaşı, plastik qapı və pəncərə sexi işlətməsini, aylıq gəlirinin 1000 manat arasında dəyişməsini əsas gətirərək cavabdehdən birgə nikahdan olan uşaqlarını saxlanması üçün alimentin tutularaq ona ödənilməsini tələb edir. Bundan başqa məhkəmə iddia tələbinin mediasiya xərcinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, mediasiya xərcləri məhkəmə xərclərinə aid edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin gəlirlərinin dəyişkən olmasını nəzərə alaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qənaitinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələlnin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcələlnin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-638/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-638/2024
25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver