Məhkəmə qərarları › İş №2(034)-650/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-650/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-650/2022 29.11.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 29 aprel 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin və 29 aprel 2022-ci il təvəllüdlü X4 üç yaşına çatana kimi onun xeyrinə 100 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehlə 15 aprel 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 29 aprel 2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Övladları anadan olandan bir ay sonra cavabdeh öz valdeyinlik hüquqlarını yerinə yetirməmişdir. Uşaq ilə maraqlanmır, görüşmür, hətta onun saxlanılmasında heç bir maddi köməklik göstərmir. Uşaq südəmər olduğundan o, hazırda işləmir. Uşaqlarını yalnız valdeyinlərinin köməkliyi ilə saxlayır. Halbuki uşağı saxlamaq, ona qayğı göstərmək bir valdeyn kimi cavabdehin vəzifəsidir. X1 olduğundan onun maddi ehtiyacları xeyli çoxdur. Onu tək saxlamaq onun imkanı xaricindədir. Cavabdeh isə könüllü olaraq uşağını saxlamaqdan boyun qaçırır. Cavabdeh Xəzər Dəniz Gəmiçiliyi İdarəsində mühafizəçi vəzifəsində işləyir. Eyni zamanda "xxxx" şirkətində tender şöbəsində əlavə işdə çalışır. Cavabdehdən aliment qazancının ¼ hissəsi miqdarında tutulmalıdır. Eyni zamanda cavabdeh uşaq 3 yaşına çatana kimi ona da maddi cəhətdən yardım etməlidir. Qanunun tələbi olan mediasiya sessiyasında iştirak etmişdir. Lakin cavabdeh mediasiya prosesinə gəlməkdən imtina etmişdir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, onlar artıq 8 aydı yoldaşı ilə ayrı yaşıyırlar. Bir çox problemlər yaşadıqları üçün ayrı yaşamağa qərar vermişlər. Cavabdeh 8 ayda bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır. Uşaq ilə maraqlanmır, darıxmır özü bilər amma uşağa baxmağına maddi köməklik göstərməlidir. O, məhkəməyə müraciət etməmişdən qabaq uşağın saxlanması ilə bağlı notariusa gedərək razılığa gəlmələri üçün cavabdehlə danışmış, lakın cavabdeh razılığa gəlməmişdir. Hər bir valdeyn uşağını saxlamağa borcludur. Mediasiyada da razılığa gələ bilməmişlər. O, cavabdehdən heç nə istəmir, alimenti versin. Bu insanda atalıq hissi yoxdur. Bu uşaq tək onun deyildir, ata da saxlamağa köməklik etməlidir. Birgə yaşamırlar, o, öz valdeyinlərilə qalır. Cavabdehin valideynləri ilə heç bir düşmənçiliyi yoxdur, onlara hörməti var. Övladı balaca olduğu üçün işləmir. Barışmaqları mümkün deyildir. Cavabdehin ona qarşı hörmətsizlikləri olmuş, ailəsidi deyə cavabdehi bağışlamış, cavabdeh özü də bilir ki, onu çox istəmiş, amma indi bağışlaya bilmir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunması, ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə bir yerdə yaşamaq mümkün deyildir. İki yerdə işləyir. Sadəcə valdeyinləri xəstə olduğu üçün övladına köməklik edə bilməmişdir. İddiaçı ilə öz aralarında razılığa gələ bilməmişlər. Xarakterləri uyğun deyildir, onlar ailə ola bilməmişlər. Nikahlarının pozulması məsləhətdir. Uşağını atmır, demir ki, uşağına baxmır, sadəcə valdeyinlərini xəstəliyi ilə bağlı belə alınmışdır. Sonda cavabdeh məhkəmədən aliment nədirsə onu ödəməyə razı olmasını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanaraq, bu barədə 1 saylı “Asan xidmət mərkəzi" Qeydiyyat şöbəsində akt qeydləri kitabında 709 saylı qeyd aparılmışdır. İş materiallaırnda olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər 29 aprel 2022-ci il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarına əlavə edilmiş Bakı 4 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01969 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan məcburi köçkün vsiqəsinin surətindən görünür ki, cavabdeh Muradov X3 rayonundan məcburi köçkündür. İş materialldarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il GM/XS/122-22 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində koorparativ müştərilərlə iş üzrə menecer vəziəfəsində işləyir, onun əmək haqqısı 555 manat təşkil edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindn verilmiş arayışdan görünür ki, Cavabdeh cəmiyyətin mühafizə departamentində mühafizəçi işləyir və aylıq əmək haqqısı 300 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur . Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 15 aprel 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 29 aprel 2022-ci il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. Ailə münasibətləri alınmadığı üçün tərəflər 8 aydır ki, ayrı yaşayırlar. İddiaçı uşaqla birlikdə valideynlərin himayəsində yaşayır.Cavabdeh öz valdeyinlik hüquqlarını yerinə yetirmir, uşaq ilə maraqlanmır, görüşmür, hətta onun saxlanılmasında iddiaçıya heç bir maddi köməklik göstərmir. Uşaq südəmər olduğundan iddiaçı hazırda işləmir. Uşağını yalnız valdeyinlərinin köməkliyi ilə saxlayır. Halbuki uşağı saxlamaq, ona qayğı göstərmək bir valdeyn kimi cavabdehin vəzifəsidir. X1 olduğundan onun maddi ehtiyacları xeyli çoxdur. Onu tək saxlamaq iddiaçının imkanı xaricindədir. Cavabdeh isə könüllü olaraq uşağını saxlamaqdan boyun qaçırır. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, cavabdeh uşağına baxmaqdan imtina etmir, valideynlərinin xəstəlyi nəticəsində uşatına maddi köməklik edə bilməmişdir.Tərəflər mediasiya sessiyasında razılığa gələ bilməmişlər. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində koorparativ müştərilərlə iş üzrə menecer vəziəfəsində işləyir, əmək haqqısı 555 manat və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mühafizə departamentində mühafizəçi işləyir və aylıq əmək haqqısı 300 manat təşkil edir.Araşdırma zamanı cavabdeh aliment ödəməyə razı olmasını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək Cavabdeh №reat Motors” Qapalı Səhmdar Cəmiyyətində koorparativ müştərilərlə iş üzrə menecer və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mühafizə departamentində mühafizəçi vəzifəsin işləməsini və aylıq əməmk haqısını cəmi 855 manat təşkil etdiyini nəzərə alaraq, məhkəmə alimentin məbləğinin hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4(dörddə bir) hissəsi miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2022-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Eyni Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında aliment ödənilməsi barədə saziş olmadıqda arvad zəruri vəsaitə malik olan ərdən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddiaçının uşağın 3 yaşına çatana kimi ona hər ay 100 manat sabit pul məbləğində aliment tələbi ilə bağlı qeyd edir ki, iddiaçı işsiz və əmək qabiliyyətsiz olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən hesab edir ki, iddiaçının bu tələbi təmin edilməməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh Zəngilan rayonundan olan məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar