Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-757/2025 22.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın ananın himayəsində saxlanması və aliment» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «uşağın ananın himayəsində saxlanması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X4 onun yanında saxlanması və cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Möhubbət oğlu ilə 25 noyabr 2018-ci il tarixində qeyri-rəsmi ailə qurmuş, birgə nikahdan 08 oktyabr 2019-cu il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Övladı da onun himayəsində olmaqla onunla birgə yaşayır. Onun bütün maddi-mənəvi tələbatlarını, saxlanılma xərclərini təkbaşına təmin edir. Lakin, övladının digər istəkləri nəzərə alınsa, bütün bu ehtiyacları təkbaşına yerinə yetirmək onun üçün çox çətindir. Cavabdeh övladlarının tərbiyə və saxlanılmasına heç bir maddi və mənəvi dəstək göstərmir, uşağın sosial həyatında iştirak etmir, aliment ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdaifə edib, iddia əriəzəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki,uşağa baxdığına görə heç yerdə işləmir. Cavabdeh ilə xx.xx.2025-ci il tarixdən ayrı yaşayırlar.Cavabdehlə onun rəsmi nikahları yoxgdur - Cavabdeh arada gəlib uşağı gəzməyə aparır. 246 manat sabit pul məbləöində alimentə razıdır. Sonda iddiaçı məhkəmədən 246 manat alimentin Cavabdehdan tutulub ona ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək etiraza onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı qaldırdığı “uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi məhkəmənin icraatınızdadır. İddiaçı həmin ərizəsində onların qeyri-rəsmi nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X4 yanında saxlanılmasını və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad edərək uşağın yetkinlik yaşına çatanadək hər ay 300 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının uşağın onun himayəsində qalmasına etiraz etmir, lakin, alimentin hər ay üçün 300 manat sabit pul məbləğində tutulması hissəsi ilə razı deyildir. Hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının istinad etdiyi Ailə Məcəlləsinin 78.1-ci maddəsi ilə deyil, 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi ilə tutulmalıdır. Məhkəməyə təqdim etdiyi sübutdan da göründüyü kimi o, xx.xx.2025-cl i! tarixdən etibarən "xxxx" MMC-də (VÖEN: **********) elektrik ustası vəzifəsində çalışır və aylıq vəzifə maaşı 842 manat, vergilər çıxmaqla 750.75 manat təşkil edir. Onun qazancı (gəlirim) qeyri-müntəzəm, dəyişən deyil və qazancı və ya sair gəliri əmək müqaviləsinə əsasən aldığı aylıq əmək haqqından ibarətdir. Yuxarıda da qeyd etdiyi kimi uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimet miqdarının qazancının dörddə bir hissəsi ilə müəyyənləşməsi hüquqi, ədalətli və obyektiv olardı. Eyni zamanda aliment tutularkən onun həmin məbləği müntəzəm şəkildə ödəyə bilməyi də nəzərə alınmalıdır. Digər tərəfdən atası vəfat etdiyindən onun öhdəsində xəstə anası da var. Onun müalicə və müayinəsi, təminatı onun üzərindədir. Buna baxmayaraq, o, uşağın saxlanılmasında, onun təlim və tərbiyəsində iştirak edir. Ona görə də məhkəmədən iddiaçı X2 mənə qarşı qaldırdığı “uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsinin ikinci hissəsinə aid tələbin, qeyri-rəsmi birgə nikahdan doğulan xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinin rədd edilməsi və aliment məbləğinin qazancının dörddə bir hissəsi ilə, yəni 188 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddia ərizəsinin ikinci hissəsinə aid tələbin qeyri rəsmi birgə nikahdan doğulan xx.xx.2019-cu təvəllüdlü X4 yetkinlik yaşına çatınadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinin rədd edilməsi və aliment məbləğinin qazancının ¼ hissəsi ilə, yəni 188 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dindəyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallaırnda olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00669 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallaırnda olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2019-cu il təvəllüdlü X4 valideynləridirlər. -İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh elektrik ustası vəzifəsində çalışır və aylıq vəzifə maaşı 842 manat, vergilər çıxmaqla 750.75 manat təşkil edir. -Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 22.2.1 və 22.2.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2018-ci il tarixində qeyri-rəsmi ailə qurmuş, birgə nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir övladlarıdoğulmuşdur. Tərəflər artıq uzun müddətdir ki, ayrı yaşayır və birgə təsərrüfat idarə etmirlər. Tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən olan uşaq hazırda ananın himayəsindədir və uşağın bu günə kimi bütün maddi ehtiyacları iddiaçının özü tərəfindən təkbaşına ödənilmişdir. İddiaçı artıq uşaq böyüdüyündən onun günü-gündən artan təlabatlarını tək başına ödəməkdə çətinlik çəkdiyi üçün cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh həm məhkəməyə ünvanladığı etiraz ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında EATQ” MMC-də elektrik ustası vəzifəsində çalışmasını və aylıq vəzifə maaşı 842 manat, vergilər çıxmaqla 750.75 manat təşkil etdiyini bildirərək, uşağın ananın yanında qalmasına etiraz etməsə də, iddiaçının ondan 300 manat sabit pul məbləğində aliment tutulmasını qəbul etməmiş, alimentin onun qazancının ¼ hissəsi ilə, yəni 188 manat məbləğində tutulmasını xahiş etmişdir. Lakin, iddiaçı cavabdehdən 300 manat deyil, 246 manat alimentin tutulmasına razı olmasını bildirmişdir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, Cavabdeh Möhbbət oğlundan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (400x0.61=244) sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Məhkəmə həmçinin işin diqqətə layıq hallarını, tərəflərin qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatmadığını və ana qayğısına daha çox ehtiyacı olduğunu, uşağın faktiki olaraq ananın yanında qaldığını, iddiaçının uşağın bundan sonra da onun yanında qalmasında təkid etdiyini, cavabdehin isə buna etiraz etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, xx.xx.2019-cu il təvəllüdlü X5 anası-İddiaçı himayəsində saxlanılmalıdır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X5 anası-İddiaçı himayəsində saxlanılsın. xx.xx.2025-ci tarixindən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (400x0.61=244) sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-757/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-757/2025
22.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver