Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-790/2025 25.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulan alimentin miqdarının azaldılaraq uşaq üçün 246 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2803/2019 saylı qətnaməsi ilə 19 yanvar 2016-ci ildə 4 saylı Bakı "Asan Xidmət" Mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 228 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X7 Cavabdeh himayəsində saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(034)-300/2018 saylı qətnaməsinə əsasən o, İddiaçı 29 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bidirir ki, Cavabdeh ona qarşı "alimentin indeksasiyası" barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)-300/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş və bu nikahdan doğulmuş xx.xx.2016-cı il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa 154 manat məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)- 300/2018 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, borclu İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.19 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi Qərara alınmışdır. O, hal-hazırda işləmir, belə ki, onun nə iş yeri, nədə ki, əmək haqqısı var. Ona görə də Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)- 300/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.19 misli həddində sabit pul məbləğində alimentin azaldıraraq uşaq üçün 246 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasınla iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, oğlu İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2019cu ildə Nərimanov Rayon Məhkəməsində pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X7 ananın himayəsində saxlanılmışdır. Oğlu işləmədiyi üçün alimenti nəvəsinə o, ödəyir. Aliment indeksasiya olunmuş və o məbləği ödəməkdə çətinik çəkir. 260 manat aliment ödəmək istəyir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edib ərizə təqdim edərək izahatında bildirmişdir ki, İddiaçı ilə aralarında olan nikah xx.xx.2019-cu ildə Nərimanov Rayon Məhkəməsində pozulmuşdur. Hər ay 260 manat alimentə razıdır. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyi, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. -Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)-300/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. -İş materimallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2020-ci il tarxdə ləğv edilmişdir. -İş materimallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı «Əmək və məşğulluq» altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. -İş materiallarında olan notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2016-cı il təvəllüdlü X4 valideynləridirlər. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 8(034)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)-300/2018 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, borclu İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.19 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Bakı şhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2803/2019 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X7 ananın himayəsində saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)-300/2018 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmiş, cavabdeh tutulan alimentin indeksasiya olunması üçün ərizə ilə məhkəməyə müraciət etmiş, Zəngilan Rayon Məhkəməsinin 8(034)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)-300/2018 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, borclu İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.19 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. İddiaçı heç bir yerdə işləməməsini, heç bir yerdən gəlirinin olmamasını, məhkəmənin qərardadı ilə hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.19 misli həddində sabit pul məbləğində alimenti ödəməyə maddi imkanının olmamasını, hər ay yalnız 246 manat məbləğində aliment ödəyə biləcəyini bildirsə də, məhkəmə araşdırması zamanı məhkəmə iddiaçının nümayəndəsi oğlu işləmədyi üçün nəvəsinin saxlanması üçün kəsilən alimentin onun tərəfindən ödənilməsini və hər ay 260 manat aliment ödəmək istəməsini, məhkəmə iclasında iştirak edən cavabdeh isə hər ay ödənilən 260 manat sabit pul məbləğində alimentə razı olmasını bildirmişdir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, Zəngilan Rayon Məhkəməsinin 8(034)-10/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılaraq, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, İddiaçı X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 (400x0,65=260) misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 8(034)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 (400x0,65=260) misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin azaldılması hazırki qətnamə qanuni qüvvəsini aldığı andan hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-790/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-790/2025
25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver