Məhkəmə qərarları › İş №2(035)-211/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-211/2023

19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-211/2023 19.05.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “küçədəki yerüstü drenaj şəbəkəsinə cavabdeh tərəfindən axıdılan kanalizasiya xəttinin cavabdehin şəxsi hesabına sökülməsi tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə 19 may 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri 20 Yanvar küçəsindəki yerüstü drenaj şəbəkəsinə Cavabdeh tərəfindən axıdılan kanalizasiya xəttinin cavabdehin şəxsi hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, yaşadığı Zərdab şəhəri 20 Yanvar küçəsində həmişə söz-söhbətlər qonşuların küçədəki yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin qanunsuz olması səbəbindən olub. Belə ki, aralarında olan çox saylı mübahisələrə baxmayaraq Cavabdeh heç bir iradlara məhəl qoymayaraq küçəyə kanalizasiya suyu axıtmaqda davam edir. Onun xx.xx.2022-ci il tarixdə şikayəti əsasında və bütün qonşuların iştirakı ilə Ekologiya Nazirliyinin Zərdab regional şöbəsinin əməkdaşları tərəfindən Zərdab şəhəri 20 Yanvar küçəsində baxış keçirilmişdi. Lakin, cavabdeh bilinməyən səbəblərdən iştirak etməmişdir. Həmin vaxt bir neçə nəfər haqqında, oda daxil olmaqla 100 manat cərimə edilmişlər. Ekologiya Nazirliyinin regional şöbəsinin əməkdaşları tərəfindən monitorinq keçirildikdən sonra bütün qonşular kanalizasiya xəttlərini yığışdırmışlar. Lakin, cavabdeh bu günə kimi qanunsuz kanalizasiya xəttlərini yığışdırmamışdır. Bu barədə cavabdehdən DİN-nin 102 xidmətinə dəfələrlə şikayətli zənglər olmuşdur. Cavabdeh isə əksinə onu yolda görən kimi nalayiq ifadələrlə təhqir etmişdir. Cavabdehi cərimə etsələr də heç kəsə məhəl qoymur. Rayon İcra Hakimiyyətinin Başçısının qəbulunda olduğu zaman cavabdehə kanalizasiya xəttlərini yığışdırılması tapşırlsada təəssüflər olsun ki, cavabdeh tərəfindən heç-bir nəticə olmamışdır. Qarşıdan yay gəlir, havalar isindikcə çirkab suların iyindən dayanmaq mümkün olmayacaq.Cavabdehdən qanunsuz hərəkətlərə son qoymasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab şəhəri 20 Yanvar küçəsində yaşayır. İddiaçı ilə qonşudurlar. İddiaçı düz deyir həmişə söz-söhbətlər qonşuların küçədəki yerüstü drenaj şəbəkəsinə kanalizasiya sularının axıtması səbəbindən olub. Məlumat üçün bildirir ki, bu mübahisəyə onun günahı ucbatından deyil. Düzdür küçədəki yerüstü drenaj şəbəkəsinə kanalizasiya sularının axıdılması səbəbindən müəyyən mübahisələr vardır. Lakin, günah onda deyildir. Belə ki, o, kanalizasiya sularının axıdılması üçün nəzərdə tutulan yerüstü drenajların təmizlənməsi üçün aidiyyəti orqanlara müraciət etsədə heç-bir nəticə olmamışdır. Odur ki, o iddianı qəbul etmir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşdə olan Zərdab şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ə.Əliyevin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərdab Rayon Gigeniya və Epidemiologiya Mərkəzi nümayəndəliyə məktubla müraciət edərək şəhərin 20 Yanvar və Vaqif küçələrində antisanitar vəziyyətin araşdırılması ilə bağlı reyd keçirildiyini və reyd zamanı bir qrup sakinin mənzil məişət və kanalizasiya sularının yerüstü su ötürücü kanala axıdilması bildirilmiş və nəticədə küçənin bir hussəsində üfunət və antisanitar vəziyyət yaranmışdır ki, bu da digər şəhər sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Lakin, nümayəndəlik tərəfindən aidiyyatı qurumların nümayəndələrinin iştrakı ilə həmin vətəndaşlarla dəfələrlə maarifləndirici söhbətlər aparılsada mövcud vəziyyətin aradan qaldırılnası istiqamətidə heç bir addım atılmadığı bildirilmişdir. İşdə olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi T.Əsgərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 471/Q-275 saylı məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Zərdab rayon icra Hakimiyyəti başçısına İddiaçı ünvanlanmış müraciəti araşdırılması zamanı qeyd etdiyi fakt öz təsdiqini tapmış və Cavabdeh barəsində qanunamüvafiq tədbir görüməsi üçün toplanmış sənədlər aidiyyatı üzrə Zərdab rayon Məhkəməsinə göndərilimişdir. İşdə olan Zərdab Rayon İcra Hakimiyyəti başçısı M.Camalzadə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/957 saylı məktubundan görünür ki, Cavabdeh tərəfindən çirkab sularının yaşayış evinizin arxasındakı yerüstü su arxına axıdılması barədə Rayon icra Hakimiyyətinin başçısına ünvanlanmış müraciəti tədbir görülməsi üçün aidiyyəti üzrə Azerbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilmiş və müraciətə baxılmasından narazı qaldığınız təqdirdə isə qonşusu Cavabdeh barasində məhkəmədə iddia qaldıra bilməsi izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflərin yaşdığı Zərdab şəhəri 20 Yanvar küçəsində həmişə söz-söhbətlər küçədəki yerüstü drenajla çirkab suların küçəyə axıdılması səbəbindən olmuşdur. İddiaçı tərəfindən cavabdehə dəfələrlə qanunsuz olaraq çirkab suların küçəyə axıdılmasının qarşısını alınmasını tələb etsə də, heç-bir nəticə olmamışdır. Odur ki, iddiaçı dəfələrlə Zərdab Rayon İcra Hakimiyyətinə, DİN-nin 102 xidmətinə və Ekologiya Nazirliyinin Zərdab regional şöbəsinə zənglər edərək cavabdeh tərəfindən bu qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. Lakin, cavabdehin barəsində görülən tədbirlərin bu günə kimi heç-bir nəticəsi olmamış və cavabdeh davamlı olaraq küçədəki yerüstü drenajla çirkab suların küçəyə axıtmaqda davam etdirmişdir. İddiaçı çirkab suların iyindən evdə, həyətdə oturmağın mümkün olmadığını əsas götürərək Cavabdeh bunun qarşısını alınmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəmə iclasında iddiasını yuxarıda sadalanan qaydada əsaslandırmış, cavabdeh isə iddianın rədd edilməsini xahiş etsə də, öz etirazını əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsasən belə nəticəyə gəlir ki, iddianın həm faktiki, həm də, hüquqi əsası vardır. İddianın faktiki əsası ondan ibarətdir ki, haqqında mübahisə qaldırılan Zərdab şəhəri 20 Yanvar küçəsindəki yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutulan kanalizasiya həqiqətən mövcuddur. Bu hal tərəflərin məhkəmə iclasında verdiyi izahatla da, öz təstiqini tapmışdır. Bu hal Zərdab rayon İHB-nin başçısı M.Camalzadə, Zərdab rayon İHB-nin Zərdab şəhəri üzrə nümayəndəsi Ə.Əliyev, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi T.Əsgərov tərəfindən İddiaçı ünvanladığı məktublarla da təsdiq olunmuşdur. İddianın hüquqi əsası ondan ibarətdir ki, haqqında mübahisə qaldırılan yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutlan kanalizasiya sistemi tikinti normalarına və sanitar-gigiyenik tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prossessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinəəsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilsə də, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, ` Qət Etdi: İddia təmin edilsin. Zərdab şəhəri 20 Yanvar küçəsində qanunsuz olaraq inşa edilmiş yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutlmuş kanalizasiya sistemi Cavabdeh vəsaiti hesabına sökülsün. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar