Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-219/2024 04.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə (Açar sözlər: aliment tələbi ) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən X1 yetkinlik yaşına çatana qədər hər ay onun xeyrinə 220 manat sabit pul məbləğində alimentin və mediasiyaya ödənilmiş 50 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi ailə həyatı qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə hazırda ayrı yaşayırlar. Cavabdeh könüllü olaraq uşağa maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir, uşağın saxlanılmasında maddi cəhətdən əziyyət çəkir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, İddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasda üzürlü səbəblərlə bağlı iştirak edə bilmədiklərini bildirərək, işə iştirakları olmadan baxılmasını, iddia tələblərini təmin edərək 180 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və iddiaçının nümayəndəsi Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ilə 2008-ci ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı ilə ailə münasibətləri faktiki olaraq pozulmuşdur, bir ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Hazırda məhkəmənin icraatında iddiaçı ilə aralarıda olan nikahın pozulmasına dair mülki iş var. Özü heç bir yerdə işləmir, İİİ qrup əlildir, cəmi 150 manat təqaüd alır. Qızı Aysunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat aliment ödəməyə razıdır, iddianın qalan hissədə rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh və X2 arasında Zərdab rayon Qeydiyyat şöbəsində nikah akt qeydləri kitabında 51 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. İşdə olan mediator X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023- 01804 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ailə mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan İddiaçı nümayəndəsi Vəkil tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş ərizədən görünür ki, onlar xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəblərlə bağlı iştirak edə bilməyəcəklərini bildirərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilərək 180 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər faktiki olaraq 2008-ci il tarixdə ailə qurmuş, nikahlarını xx.xx.2009-cu il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından bir uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər bir ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Hazırda Zərdab Rayon Məhkəməsinin icraatında tərəflərin arasındakı nikahın pozulmasına dair mülki iş var. Uşaq hazırda iddiaçının yanında qalır. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya könüllü olaraq maddi köməklik etmir. İddiaçı uşağın ehtiyacını tam ödəyə bilmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı qismən müdafiə edərək cavabdehdən hər ay 180 manat aliment tutulmasını xahiş etmiş, öz növbəsində cavabdeh iddianı qismən qəbul edərək uşağa görə 150 manat aliment ödəməyə razı olduğunu, iddianın qalan hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı uşağın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalı və bu zaman aliment tələb etmək hüququna malik olan iddiaçının cavabdehdən uşağa görə 180 manat məbləğində aliment tələb etməsi barədə iradə ifadəsi əsas götürülməlidir. Ona görə də Aysunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 180 manat aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinəəsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrəiddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat x 12 ay =2160 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-219/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-219/2024
04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver