Məhkəmə qərarları › İş №2(035)-259/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-259/2025

17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-259/2025 17.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 246 manat olmaqla, iki uşağa görə 492 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(035)-254/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 cavabdehin himayəsində saxlanılmışlar, uşaqların saxlanılması üçün ondan hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə uşaqları da götürüb kəndə onun yanına gəlmiş, uşaqların xətrinə cavabdehlə barışıb bir yerdə yaşamağa başlamışlar. xx.xx.2023-cü il tarixdə cavabdeh onları tərk edərək evdən çıxıb getmiş, telefonla ona zəng edərək, uşaqları onun xalası qızıgildə qoyduğunu və başqa şəxsə ərə getdiyini bildirmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-356/2024 saylı qətnaməsi ilə Nihad və Murad cavabdehdən alınaraq onun himayəsinə verilmişdir. Həmin gündən övladlarına özü baxır. Cavabdeh uşaqları axtarmır. Ailədə anası ona bu işdə yaxından köməklik edir. Uşaqların tərbiyə edilməsi və saxlanması ilə özü məşğul olur. Bu işdə ailəsi ona maddi və mənəvi köməklik edir. 2 uşağın saxlanması və digər xərclərini ödəməkdə çətinlik çəkir. İlkin olaraq məsələ ilə bağlı mediasiyaya müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, uşaqları Nihad və Muradın hazırki cavabdehin (ananın) himayəsində saxlanılması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutulması qət edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə cavabdeh uşaqlarla birlikdə onun yanına qayıtmış, uşaqların xətrinə cavabdehlə barışıb bir yerdə yaşamışlar. xx.xx.2023-cü il tarixdə isə cavabdeh evdən çıxıb getmiş və ona zəng edərək uşaqları onun xalası qızıgildə qoyduğunu və başqa şəxslə ailə qurduğunu bildirmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən uşaqlar hazırki cavabdehin himayəsində saxlanıldıqlarından, məhkəməyə uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 cavabdeh X1 alınaraq onun himayəsinə verilməsi qət edilmişdir. Uşaqlar hazırda özünün yanında qalır. Uşaqların qayğısına özü qalır. Bu işdə ona anası da köməklik edir. Cavabdeh Bakı şəhərində süpürgəçi işləyir, 500 manat əmək haqqı alır, özü isə fəhlə işləyir, maddi cəhətdən əziyyət çəkir. Cavabdeh də uşaqlarına bir valideyn kimi maddi köməklik göstərməlidir, lakin cavabdeh uşaqlarla maraqlanmır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, X4 ilə cavabdeh İddiaçı arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 207 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 X2 himayəsində saxlanılması, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-356/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 cavabdeh X1 alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan mediator X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, MŞŞ/MT018/2024- 02322 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ailə mübahisəsinın (aliment tələbinin) mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Malinin Rusiyaya qarşı” iş üzrə 12 dekabr 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valindeyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki uşaqları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)- 254/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin arasında olan nikahın pozulması, uşaqları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 hazırki cavabdehin (ananın) himayəsində saxlanılması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hazırki iddiaçıdan hər uşağa görə 125 manat, cəmi 250 manat aliment tutulması qət edilmişdir. Lakin nikah pozulduqdan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh yenidən uşaqlarla birlikdə iş üzrə hazırki iddiaçının yanına qayıtmış, uşaqların xətrinə İddiaçı cavabdehlə barışıb bir yerdə yaşamışlar. xx.xx.2023-cü il tarixdə isə cavabdeh evdən çıxıb getmiş və iddiaçıya zəng edərək uşaqları iddiaçının xalası qızıgildə qoyduğunu və başqa şəxslə ailə qurduğunu bildirmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən uşaqlar hazırki cavabdehin himayəsində saxlanıldıqlarından, iddiaçı məhkəməyə uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 cavabdeh X1 alınaraq hazırki iddiaçının (atanın) himayəsinə verilməsi qət edilmişdir. Uşaqlar hazırda iddiaçının yanında qalırlar. Cavabdeh uşaqları ilə maraqlanmır, könüllü olaraq uşaqlarına maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediassiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, habelə uşaqların yüksək mənafeyinin təmin edilməsinin hər iki valideyinin vəzifəsi olmaqla bərabər, həm də borcu olmasını nəzərə alaraq hesab edir ki, iddianın həlli zamanı uşaqların mənafeyi əsas götürülməli, onların normal inkişafı təmin edilməlidir. Bu məqsədlə cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli, cəmi 0.75 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı iddia ərizəsində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin “alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qanunsuzdur və təmin edilməməlidır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı cavabdehə qarşı əvvəlki dövr üzrə, xx.xx.2024-cü il tarixdən başlayaraq aliment tutulmasını tələb etsə də, aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsində alimentin əvvəlki dövr üçün tutulması nəzərdə tutulsa da, bu norma inperativ deyil, dispozitv norma olduğu üçün həmin normanın tətbiqi məhkəmənin mülahizəsindən asılıdır. Qanunvericilik alimentin tutulma vaxtını inperativ olaraq məhkəməyə müraciət edildiyi vaxtdan müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən deyil, iddiaçının alimentin tutulması barədə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutullmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 150 manat x 2 = 300 manat x 12 ay =3600 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 56 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli, cəmi 0.75 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh oğlundan 56 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar