Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-281/2023 05.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tikiliyə sərf olunmuş vəsaitin tutulması barədə mülki iş üzrə (Açar sözləri:Tikiliyə sərf olunmuş vəsaitin tutulması) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının vəkili X1 Cavabdeh Əliheydər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əliheydər oğluna qarşı “tikiliyə sərf olunan vəsaitin tutulması barədə” iddia ərizəsi üzrə mülki işə 05 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu X4 yerləşən yaşayış evinə evlilik müddətində sərf olunan 18000 manat vəsaitin üçdə iki hissəsi olan 12000 manat vəsaitin və dövlət rüsümü kimi ödənmiş 126 manat pulun Cavabdeh Əliheydər oğlundan alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Əliheydər oğlu ilə xx.xx.2015-ci il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından iki övladları doğulmuşdur. Lakin, sonradan tərəflər arasında olan ailə münasibəti pozulmuşdur. Mübahisəli yaşayış evi 3 otaq, zal, mətbəx, eyvan və sanitar qovuşağından ibarətdir. Tərəflər həmin evin tikintisinə 2018-ci ildən başlamış 2020-ci ilin sonunda başa çatdırmışlar. 2020-ci ildən cavabdehlə bir ailə kimi köçüb həmin evdə yaşayıblar. Tikintiyə təxminən 18000-20000 manat arası vəsait sərf olunmuşdur. Həmin evin tikilib başa çatmasında tərəflər hər ikisi iştirak etmişlər. Belə ki, həmin müddətdə cavabdeh kənd orta məktəbində fəhlə olaraq çalışmış və eyni zamanda kənd içərisində və kənarında ayrı-ayrı şəxslərin sifarişi ilə onların həyatyanı sahələrində, həmçinin, kənd təsərüfatı təyinatlı torpaqlarında ot biçməklə, yer şumlamaqla və sair bu kimi xidmətlərlə əlavə gəlirlər əldə etmişdir. Özü isə öz növbəsində ailə təsərrüfatının saxlanması üçün əlindən gələni etmişdir. Odur ki, hesab edir ki, sözügedən evi birgə nikahda olduqları dövrdə əldə etdiklərindən onun da, həmin evdə payı vardır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, iddia qanuni və əsaslıdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından iki övladları doğulmuşdur. Lakin, sonradan tərəflər arasında olan ailə münasibəti cavabdehin məsuliyyətsizliyi ucbatından pozulmuşdur. Cavabdeh iddiaçı ilə nikahları pozulmamışdan qabaq birgə nikah dövründə tikdirdikləri evdən cehiz əşyalarını qaynatasına məxsus evə köçürmüşdür. Mübahisəli yaşayış evi 3 otaq, zal, mətbəx, eyvan və sanitar qovşağından ibarətdir. Tərəflər həmin evin tikintisinə 2018-ci ildən başlamış, 2020-ci ilin sonunada başa çatdırmışlar. 2020-ci ildən cavabdehlə bir ailə kimi köçüb orada yaşayıblar. Bu barədə sübut həmin ərazinin ortofoto görüntülərindən əldə oluna bilər. Tikintiyə təxminən 18000- 20000 manat vəsait sərf olunmuşdur. Həmin evin tikilib başa çatmasında tərəflər hər ikisi iştirak etmişlər. Belə ki, həmin müddətdə cavabdeh kənd orta məktəbində fəhlə olaraq çalışmış və eyni zamanda kənd içərisində və kənarında ayrı-ayrı şəxslərin sifarişi ilə onlara həyatyanı sahələrində, həmçinin, kənd təsərrüfatı təyinatlı torpaqlarında ot biçməklə, yer şumlamaqla və sair bu kimi xidmətlərlə əlavə gəlirlər əldə etmişdir. İddiaçı isə öz növbəsində ailə təsərrüfatının saxlanması üçün əlindən gələni etmişdir. Odur ki, iddiaçı hesab edir ki, sözügedən evi tərəflər birgə nikahda olduqları dövrdə əldə etdiklərindən iddiaçının da həmin evdə payı vardır. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, iddia qanuni və əsaslıdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Əliheydər oğlu iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olraq ailə qurmuş və birgə nikahlarından iki övladları doğulmuşdur. İddiaçı ilə birgə nikah dövründə onun adına 0.12 ha torpaq sahəsi olmuşdur. Nikahları pozulanda iddiaçının tələbi əsasında sözü gedən torpaq sahəsi satılaraq iddiaçıya düşən pul məbləğini ödəmişdir. Hal-hazırda onun adına heç-bir əmlak yoxdur. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan mediator Z.Abdullayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023-00523 nömrəli Barışıq Sazişinin surətindən görünür ki, Zərdab rayon, X4 yerləşən həyətyanı evdə olan cehiz əşyalarının çıxarılması və birgə nikah dövründə əldə olunan əmlakın bərabər şəkildə bölünməsi barədə tərəflər razılığa gəlmişlər. İşdə olan mediator Z.Abdullayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № MŞŞ/1/MTO18/2023-OO523 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, nikah dövründə əldə olanan əmlakın bərabər şəkildə bölünməsi tələbi ilə əlaqədar tərəflər mediasiya prosesindən keçmişlər, nikahın pozulması mübahisəsinə dair işlər ümumi məhkəmələrin adiyyatında olduğu üçün mediasiya prosesinə xitam verilmişdir. İşdə olan 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3- 36/2-2329/2023 nömrəli məktubundan görünür ki, “Google Earth” proqramında sözügedən torpaq sahəsinin 2019-cu il və 2020-ci illər peyk görüntüləri mövcuddur və 2019-cu il peyk görüntüsündə ferdi yaşayış evinin dam örtüyünün inşa olunmadığı, 2020-ci il peyk görüntüsündə isə dam örtüyünün inşasının tamamlandığı tesbit edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35-ci maddəsinə görə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında dövlət qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosassual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olraq ailə qurmuşlar. Lakin, tərəflər arasında olan ailə münasibəti pozulduqdan sonra tərəflər arasında əmlak mübahisəsi olmuşdur. Birgə nikah dövründə iddiaçının adına 0.12 ha torpaq sahəsi olmuşdur. Lakin, tərəflər öz aralarında razılaşaraq sözü gedən torpaq sahəsini yarı qiyməti olaraq cavabdeh iddiaçıya 500 manat ödəniş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, onun adına heç-bir əmlakı yoxdur. Lakin, iddiaçı iddia edir ki, cavabdehlə birgə nikah dövründə 3 otaq, zal, mətbəx, eyvan və sanitar qovşağından ibarət olan yaşayış evləri vardır. 2020-ci ildən cavabdehlə bir ailə kimi köçüb orada yaşayıblar. İddiaçı hesab edir ki, sözü gedən evin tikilib başa çatmasında tərəflər hər ikisi iştirak etməklə tikintiyə təxminən 18000-20000 manat arası vəsait sərf etmişlər. Odur ki, iddiaçı hesab edir ki, sözügedən evi tərəflər birgə nikahda olduqları dövrdə əldə etdiklərindən iddiaçının da, həmin evdə payı vardır. iddiaçı sözü gedən evdən paylarının müəyyən edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddianın təmin edilməsi üçün izahat verməkdən savayı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı hər hansı bir digər sübutla möhkəmləndirilməməklə yanaşı, cavabdehin məhkəmə iclasında verdiyi izahatla tam təkzib edilmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında əsaslandıra bilməmiş, odur ki, təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh Əliheydər oğluna qarşı tikiliyə sərf olunan vəsaitin üçdə iki hissəsinin onun xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-281/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-281/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver