Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-300/2025 18.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alıment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 18 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş -xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə göndərərk iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alıment tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-300/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-300/2025
18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver