Məhkəmə qərarları › İş №2(035)-347/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-347/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-347/2025 30.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh və nümayəndəsi X14 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü ilin iyul ayından başlayaraq Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-627/2024 saylı qətnaməsi ilə himayəsinə verilmiş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment, yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X6 üç yaşınadək baxılması üçün hər ay 150 manat pulun, mediasiya prosesinin keçirilməsi üçün tək ödədiyi 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-627/2024 saylı qətnaməsi ilə qızının övladı azyaşlı xx.xx.2023-cü il təvəllüdlü X6 üzərində öz valideynləri-X4 və Cavabdeh valideynlik hüquqları məhdudlaşdırılmış, azyaşlı xx.xx.2023-cü il təvəllüdlü X9 onun himayəsinə verilmişdir. Sözügedən qətnamə qət edilənədək 2024-cü ilin iyul ayından etibarən xx.xx.2023-cü il təvəllüdlü X9 onun yanında qalır. Uşaq doğulandan cavabdeh uşaqla maraqlanmamışdır. Cavabdehin valideynlik hüquqlarının məhdudlaşdırılması o demək deyil ki, cavabdeh uşağın saxlanmasında iştirak etməməlidir. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir, ümumiyyətlə uşaqla maraqlanmır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, qızı X7 cavabdehlə 2022-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuş, qeyri-rəsmi nikahdan onların xx.xx.2023-cü il təvəllüdlü X9 doğulmuşdur. Qızı Arzu və hazırki Cavabdeh arasında olan söz-söhbətə görə Arzu azyaşlı uşağı Zeynəblə birlikdə intihara cəhd etdiyindən Zərdab rayon İcra Hakimiyyəti Arzu və hazırki Cavabdeh qarşı Zərdab Rayon Məhkəməsinə “valideynlik hüququnun məhdudlaşdırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia təmin edilərək, qızı Arzu Əhmədova və hazırki Cavabdeh övladları xx.xx.2023-cü il təvəllüdlü X6 üzərində valideynlik hüquqları məhdudlaşdırılmış, Zeynəb onun himayəsinə verilmişdir. Hazırda nəvəsi Zeynəb özünün himayəsində qalır. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmir. Özü heç bir yerdə işləmir, uşağın bir çox ehtiyaclarını ödəməyə imkanı çatmır. Cavabdeh bir ata kimi uşağının saxlanılmasında iştirak etməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində cavabdehdən Zeynəbin saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment, Zeynəbin üç yaşınadək baxılması üçün hər ay 150 manat pulun tutulmasını xahiş etsə də, hazırda cavabdehdən hər ay 150 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, özü Qoruqbağı kənd orta məktəbində gözətçi işləyir. Qızı Zeynəbə imkanı çatan qədər maddi köməklik edir. İddiaçının ondan tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh Qoruqbağı kənd orta məktəbində gözətçi işləyir. Cavabdeh qızı Zeynəbə imkanı çatan qədər maddi köməklik edir. Cavabdehin başqa ailəsi, uşaqları var, tələb olunan məbləğdə aliment ödəməyə imkanı yoxdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə X2 doğulmuş X5 atası hesab edilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin sahibi X6 atası qrafasında atası kimi Cavabdeh, anası qrafasında anası kimi X7 yazılmışdır. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035-627/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin surətindən görünür ki, X4 və Cavabdeh övladları xx.xx.2023-cü il təvəllüdlü X6 üzərində valideynlik hüquqları məhdudlaşdırılmaqla, xx.xx.2023-cü il təvəllüdlü X9 babası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşdə olan mediator X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025- 00176 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin olaraq aliment tələbinə dair mediasiyaya müraciət etsə də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, iddia ərizəsində 296 manat aliment, 150 manat uşağın 3 yaşına qədər saxlanması üçün tələb etsə də, hazırda 150 manat aliment tutulmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Cavabdeh 2022-ci ildə qeyri-rəsmi olaraq iddiaçının qızı X7 ilə ailə qurmuş, Sadiqlə Arzunun qeyri-rəsmi nikahlarından bir uşaqları xx.xx.2023cü il təvəllüdlü X9 doğulmuşdur. İddiaçının qızı Arzu və hazırki Cavabdeh arasında olan söz-söhbətə görə Arzu azyaşlı uşağı Zeynəblə birlikdə intihara cəhd etdiyindən Zərdab rayon İcra Hakimiyyəti Arzu Əhmədova və hazırki Cavabdeh qarşı Zərdab Rayon Məhkəməsinə “valideynlik hüququnun məhdudlaşdırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-627/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçının qızı Arzu Əhmədova və hazırki Cavabdeh övladları xx.xx.2023-cü il təvəllüdlü X6 üzərində valideynlik hüquqlarının məhdudlaşdırılması,xx.xx.2023-cü il təvəllüdlü X6 babası hazırki İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İddiaçı heç bir yerdə işləmir, maddi cəhətdən əziyyət çəkir. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, iddiaçı cavabdehlə qarşılıqlı razılığa gəlməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı uşağın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalı və bu zaman aliment tələb etmək hüququna malik olan iddiaçının cavabdehdən hər uşağa görə 150 manat məbləğində aliment tələb etməsi barədə iradə ifadəsi əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə verdiyindən məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutullmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 150 manat x 12 ay = 1800 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 38.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 38.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar