Məhkəmə qərarları › İş №2(035)-349/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-349/2025

28.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-349/2025 28.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı qzının Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Hümmət oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdehh oğlundan onun xeyrinə üç uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından üç uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə evliliklərinin ilk illərindən bu günədək heç cür normal ailə ola bilməmişlər. Cavabdehin həm özü, həm də anası həyatlarını dözülməz həddə çatdırıblar. Dəfələrlə uşaqlarla birlikdə ata evinə getmiş, sonra hər şeyin düzələcəyinə ümid edərək geri qayıtmışdır. Lakin heç bir şey düzəlməmiş, əksinə daha da pisləşmişdir. Cavabdehin anası bütün ailə problemlərində, hər münaqişələrində mərkəzdə olur. Cavabdeh ananın və həyat yoldaşının yerini bilmir. Cavabdeh və onun anası onu yalnız atasının maddi köməkliklərinə görə sayırlar. Cavabdehin anası imkan vermir ki, öz ailə problemlərini, öz məsələlərini özləri öz aralarında həll etsinlər. Cavabdehlə xeyli vaxtdır ki, ayrı yaşayırlar. Uşaqlarla birlikdə atasının himayəsində qalır. Övladları doğulan gündən bu günədək hər davadalaşda uşaqlarla birlikdə valideynlərinin evinə sığınmışdır. İlkin olaraq ailə mübahisəsi ilə bağlı mediasiyaya müraciət etsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, tərəflərin birgə nikahlarından üç uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin arasında mütamadi olaraq söz-söhbət olmuşdur. Tərəflər münasibətlərini qaydasına salmaq istəsələrdə bu mümkün olmamışdır. Hazırda tərəflərin arasında nikahlarının pozulmasına dair Zərdab Rayon Məhkəməsinin icraatında mülki iş vardır. İddiaçı uşaqlarla birlikdə ata evində qalır. Cavabdeh könüllü olaraq uşaqlarına maddi köməklik etmir. İddiaçı uşaqların ehtiyaclarını ödəmək üçün maddi cəhətdən əziyyət çəkir. İlkin olaraq mediasiyaya müraciət etsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından üç uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayırlar. İddiaçı uşaqlarla birlikdə ata evində qalır. Zərdab Rayon Məhkəməsinin icraatında iddiaçı ilə aralarında olan nikahın pozulmasına dair mülki iş vardır. Hazırda heç bir yerdə işləmir. İddiaçının tələb etdiyi məbləğdə, yəni hər uşağa görə 296 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Hər uşağa görə 135 manat, cəmi 405 manat məbləğində aliment ödəməyə razıdır. İddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında xx.xx.2012-ci il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 56 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Yediyarov, arvada Yediyarova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. İşdə olan mediator X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023-02517 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə ilkin olaraq mediasiyaya ailə mübahisəsi ilə müraciət etsə də Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, əvvəlki məhkəmə iclasında uşaqların özünün himayəsinə verilməsini tələb etsə də, hazırda uşaqların ananın himayəsində saxlanılmasını, onların saxlanılması üçün hər uşağa görə 135 manat olmaqla 405 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından üç uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar. İddiaçı uşaqlarla birlikdə valideynlərinin yanında qalır. Zərdab Rayon Məhkəməsinin icraatında tərəflərin arasında olan nikahın pozulmasına dair mülki iş vardır. İddiaçı heç bir yerdə işləmir, maddi cəhətdən əziyyt çəkir. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Ailə mübahisəsi ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddianın qismən təmin edilərək, hər uşağa görə 135 manat, cəmi 405 manat aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı Hümmət qızının xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən hər uşağa görə 0.74 misli (296 manat məbləğində) həddində alimentin tutularaq onun xeyrinə verilməsini tələb etsə də, cavabdehin mütamadi aylıq qazanca sahib olmasına, geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların və azyaşlı uşaqları təkbaşına saxlamağa məcbur olan ananın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, cavabdehin geniş maddi imkana malik olmasına dair işdə sübutun olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli, cəmi 1.125 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə verdiyindən məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutullmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 150 manat x 3 = 450 manat x 12 ay = 5400 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 74.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli, cəmi 1.125 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 74.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar