Məhkəmə qərarları › İş №2(035)-361/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-361/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-361/2024 25.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “birgə nikah dövründə götürülmüş 20000 manat kredit məbləğinin yarısının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Birgə nikah dövründə götürülmüş kreditin bölünməsi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddaçı İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 qarşı “birgə nikah dövründə götürülmüş 20000 (iyirimi min) manat kredit məbləğinin yarısının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 iyun 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə götürülmüş və cavabdehlərin problemləri üçün xərclənmiş 20000 (iyirimi min) manat kreditin yarısı olan 10000 (on min) pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2018-ci ildə nikahını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)- 27/2024 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər birgə nikahda olan zaman cavabdehlərləümumi ehtiyaclarının ödənilməsi məqsədilə müxtəlif bank və bank olmayan kredit təşkilatlarından kreditlər əldə edərək birgə məqsədləri üçün xərcləmişlər.Hazırda digər banklar qarşısında olan öhdəlikləri bitmiş yalnız "xxxx" ASC-nin Zərdab filalı qarşısında kredit öhdəliyi qalmışdır.Birgə nikah dövründəəldə olunmuş kreditlər cavabdehin problemlərini həll etmək üçün xərclənsə də lakin cavabdeh onunla arasında olan nikaha xitam verildikdən sonra kredit ödənişlərinin ödənilməsindən imtina etmiş və bu məqsədlə ona heç bir köməklik göstərməmişdir. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə prosesinin gedişindəƏdliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan məhkum Cavabdeh1 məhkəməyə vəsatət göndərərək iddiaçının onunla nikahda olmasınıəsas gətirərək digər cavabdehlərin hazırki işüzrə cavabdeh qismində cəlb olunmasınıəsassız hesab etdiyini bildirmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadına əsasən iddia cavabdehlər Cavabdeh2 vəCavabdeh3 olan hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(035)-27/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar birgə nikahda olan zaman ailənin ümumi ehtiyaclarının və cavabdehin problemlərinin həll olunması məqsədilə müxtəlif bank və bank olmayan kredit təşkilatlarından kreditlər əldə edərək birgə məqsədləri üçün xərcləmişlər.Əldə olunmuş kreditlərin bir çoxu onun özü tərəfindən öz vəsaiti hesabına bağlansa da lakin hazırda "xxxx" ASC-nin Zərdab filialı ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357SDGL233450001 saylı müqaviləüzrəöhdəlikləri qalmaqdadır. Hazırda həmin kredit borcuna görə hər ay 195 man məbləğində pul onun əməkhaqqısından tutularaq, bankın hesabına ödənilir. Tərəflər arasında olan nikah pozulduqdan sonra cavabdeh birgə nikah dövründəəldə olunmuş kredit borclarının ödənilməsində ona heç bir köməklik göstərməmişdir. Odur ki, iddiaçı hazırda iddia ilə məhkəməyə müraciət edərək birgə nikah dövründəəldə olumuş kreditin bərabər hissələrə bölünməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onlar xx.xx.2018-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-27/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının "xxxx" ASC-nin Zərdab filalından kredit götürməsini bilir lakin iddiaçıya bank tərəfindən ümumilikdə nə qədər kredit verilməsindən məlumatsızdır. Lakin, iddiaçı kredit götürdükdən sonra ona 2800 manat pul vermişdir. O, isə həmin pulla özünə minik avtomobili almışdır. O, hesab edir ki, iddiaçı tərəfindən ondan 10000 manat pulun tələb edilməsi əsassızdır. Buna əsasən iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan "xxxx" ASC-nin Zərdab filalı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 6-2-108/2-42/2024 saylı arayışdan görünür ki, cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli, 357SDGL233450001 saylı kredit müqaviləsinəəsasən xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yəəsas borca görə 8000 manat, faizə görə 159.33 manat olmaqla cəmi 8159.33 manat qalıq borcu mövcuddur. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № MŞŞ/2023- MT01400 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəflər arasında olan mübahisənin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh1 mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan 2 (035)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 197 nömrə ilə qeyd edilmiş nikahları pozulmuşdur. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 25-ci maddəsinin 2-ci bəndinə görə kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləninin: 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründəərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi iləüzərinə götürdüyüöhdəliklər ər arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 32.2.2-maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar vəəmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründəər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədəərizə verdikdə həyata keçirilir. 41.2-maddəsin əəsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habeləər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyaclarıüçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrəödəmə onların ümumi əmlakına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 443.1-maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borcverənə qaytarmağıöhdəsinə götürür. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tədbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.14-cü maddəsinə əsasən Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründəərin və ya arvadın götürdüyüöhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrəəldə edilənlərin ailənin ehtiyaclarıüçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmin qərarın 3.16-cı maddəsinə əsasən Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründəərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi iləüzərinə götürdüyüöhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır Həmin qərarın 6.40-cı maddəsinə əsasən Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyaclarıüçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgəöhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habeləər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyaclarıüçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrəödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrəər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə işüzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddia qismən təmin olunmalıdır.Belə ki,ilk öncə məhkəmə qeyd edir ki,iddiaçı iddia ərizəsində birgə nikah dövründə götürülmüş və cavabdehin problemləri üçün xərclənmiş 20000 (iyirmi min) manat kreditin yarısı olan 10000 (on min) manat pulun cavabdehdən alınmasını tələb etsə də lakin iddiasını tam sübuta yetirə biləcək sübutları iş materialına əlavə edə bilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli № 6-2-108/2-42/2024 saylı arayışdan məlum olur ki, xx.xx.2023-cü il tarixli 357SDGL233450001 saylı kredit müqaviləsinəəsasən iddiaçıya 8000 (səkkiz min ) kredit verilmişdir və xx.xx.2024cü il tarixə kimi iddiaçının sözü gedən banka 8000 (səkkiz min) manat əsas,159.33 (bir yüz əlli doqquz manat,otuz üç qəpik) manat faiz olmaqla ümumilikdə 8159 (səkkiz min bir yüz əlli doqquz manat,otuz üç qəpik) manat qalıq borcu var. Buna əsaəsn məhkəmə hesab edir ki,iddiaçının iddiası bu hissədə təmin olunmalı və iddiaçının “Azərbaycan Beynəlxalq Bankı” nın Zərdab filialına xx.xx.2024-cü il tarixə olan borcu tərəflər arasında bərabər hissələrə bölünməlidir. Eyni zamanda cavabdehin iddianı qəbul etməməsinə münasibətdə məhkəmə qeyd edir ki,cavabdeh məhkəmə prosesi zamanı izahatında bildirmişdir ki,iddiaçı kredit götürən zaman bundan məlumatlı olub və götürülmüş kredit pulunun bir hissəsi iləözünəşəxsi məqsədləri üçün avtomobil almışdır.Bununla da məhkəmə hesab edir ki,cavabdeh iddaçının kredit götürməsindən xəbərdar olmuş,kredit götürməsinə etiraz etməmiş vəəldə olunmuş pulun bir hissəsi iləözünə avtomobil almışdır. Əldə olunmuş kredit borcu ilə cavabdehin özünəşəxsi məqsədləri üçün avtomobil alması onu deməyəəsas verir ki,kredit müqaviləsi bağlanan zaman hazırki işüzrə iddiaçı və cavabdeh həm qanunu həm də faktiki olaraq birgə nikahda olmuş və kredit müqaviləsinəəsasən əldə olunmuş pulu ailənin birgə məqsədləri üçün xərcləmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı,iddiaçının "xxxx" ASC-nin Zərdab filialına qarşı olan öhdəliyi xx.xx.2024-cü il tarixdən etibarən bərabər hissələrə bölünməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi vəəsaslılığı. 217.3. Qətnamə işüzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin Zərdab filalı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357SDGL233450001 saylı kredit müqaviləsinə əsasən tərəflərin nikahları pozulduğu gündən sonra qalıq qalmış 8159.33 manat məbləğində borc İddiaçı ilə Cavabdeh1 arasında bərabər hissələrə bölünsün. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar