Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-377/2024 31.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay onun xeyrinə 250 manat sabit pul məbləğində alimentin, mediasiyaya ödənilmiş 50 manatın, Elayın 3 yaşı olana kimi hər ay 100 manat olmaqla, cəmi 400 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda cavabdehlə ayrı yaşayırlar, valideynlərinin yanında qalır. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir, uşağın saxlanılmasında maddi cəhətdən əziyyət çəkir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehin pis vərdişləri olduğundan, evə gec gəldiyindən aralarında mütamadi olaraq söz-söhbət yaranmışdır. Hazırda cavabdehlə ayrı yaşayırlar, uşaqla birlikdə valideynlərinin yanında qalır. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmir. Özü heç bir yerdə işləmir, uşağın saxlanılmasında əziyyət çəkir. Məsələ ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavbdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində cavabdehdən uşağa görə 250 manat aliment tutulmasını xahiş etsə də, hazırda məhkəmədən cavabdehdən uşağa görə 100 manat aliment və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayırlar. Ailəsinin dağılmasını istəmir, bərpa edib bir yerdə mehriban yaşamalarını istəyir. Uşağın saxlanılması üçün aliment ödəməyə imkanı yoxdur. Lakin imkanı çatan qədər uşağına maddi köməklik göstərməsindən imtina etmir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Ağcabədi regional “ASAN-xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında xx.xx.2022-ci il tarixdə “ASAN-xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikah akt qeydləri kitabında 03 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Şərifoğlu, arvada Şərifoğlu soyadı verilmişdir. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur. İşdə olan mediator X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/MT018/2023- 03018 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsədə, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o cavabdehdən 250 manat aliment tutulmasını tələb etsə də hazırda 100 manat aliment və 50 manat mediasiya xərcinin tutulmasını xahiş edir. Digər tələbdən imtina edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları-xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin arasındakı nikah pozulmasada tərəflər hazırda ayrı yaşayırlar. İddiaçı uşaqla birlikdə valideyinlərinin yanında yaşayır. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı qismən müdafiə edərək cavabdehdən hər ay uşağa görə 100 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı uşağın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalı və bu zaman aliment tələb etmək hüququna malik olan iddiaçının cavabdehdən uşağa görə 100 manat məbləğində aliment tələb etməsi barədə iradə ifadəsi əsas götürülməlidir. Ona görə də xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 100 manat məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 100 manat x 12 ay = 1200 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 32.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 32.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.
Məhkəmə qərarları › İş №2(035)-377/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-377/2024
31.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver