Məhkəmə qərarları › İş №2(035)-475/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-475/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-475/2023 27.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “həyət qapısının məcburi olaraq bağlanması və dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi üzrə (Açar sözlər:Həyət qapısının məcburi olaraq bağlanması tələbi) X3 sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “həyət qapısının məcburi olaraq bağlanması və dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 27 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun həyətyanı sahəsi ilə cavabdehin həyətyanı sahəsi arasında açılmış gediş-gəliş üçün nəzərdə tutulmuş qapıların bağlanmasına və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər doğma qardaşdırlar. Qardaşların həyəti qonşu olmaqla həyətdən bir-birinə keçid ara qapısı qoyulmuşdur. Aralarında mübahisə olduğu üçün cavabdehin həyətindən mal-qarası, toyuq, cücəsi həyətə keçərək ziyanlıq vurduğu üçün qapıların bağlanmasına cəhd etsədə buna cavabdeh imkan verməmişdir. İddiaçı hesab edir ki, cavabdeh qanunsuz olaraq onun həyətinə gediş-gəliş üçün qapılar qoymuşdur. Onun tərəfindən cavabdehin qanunsuz olaraq gediş-gəliş üçün açmış olduğu qapıların bağlanmasını dəfələrlə tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaya etiraz: Cavabdeh iddianı qəbul etməyərək etirazında bildirmişdir ki, iddiaçının tələbi tamamilə yanlışdır. İddiaçının yaşadığı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mərhum atasına məxsusdur. Ata, anası dünyasını dəyişdikdən sonra iddiaçı onun və digər övladların razılığı ilə həmin evdə yaşamağa başlayıb. Həyətə açılan qapı isə onun tərəfindən atasının sağlığında düzəldilib. Təbii ki, buna səbəb ata həyətinə getmək üçün məsafənin qısaldılması və həyətyanı torpaq sahəsini sulamaq üçün sudan istifadənin təmin olunması idi.İddiaçı hazırda ona məxsus həyətyanı torpaq sahəsinə açılan qapının bağlanmasını istəsədə amma sözügedən torpaq sahəsinə və evə dair mülkiyyət hüququnu sübut edən heç bir sənədi iddiasına əlavə edə bilməmişdir. Sözü gedən mənzil və həyətyanı torpaq sahəsi isə hazırda mərhum atasının mülkiyyətindədir. Onun vəfatından sonra heç bir övlad vərəsəlik hüququ qazanmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının sözü gedən mənzildə hüququ olduğu kimi onun və digər övladların da həmin mənzildə pay hüququ vardır. Bundan əlavə 2021-ci ildə iddiaçı eyni tələblə Zərdab rayon məhkəməsinə müraciət edərək həyətinə açılmış qapının bağlanmasını xahiş etmişdir. Lakin, Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(035)-37/2021 nömrəli qətnaməsinə əsasən iddiaçının iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və onun şikayətinə xx.xx.2022-ci il tarixdə Şəki Apelyasiya məhkəməsində baxılmış və şikayəti rədd olunmuşdur. Mərhum atası isə ölməmişdən qabaq bütün əmlakların onların digər qardaşı X1 vəsiyyət etmiş, X2 isə bütün əmlakının idarə edilməsi üçün Cavabdeh ehtibarnamə vermişdir. Odur ki, hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçının doğma qardaşdır. Onların həyətləri qonşuluqda yerləşdiyi üçün həyətlərindən bir-birinə keçid ara qapısı qoyulmuşdur. Həmin qapı iddiaçının mərhum atasının sağlığında qoyulsa da, onun razılığı olmamışdır. Lakin, sonradan tərəflər arasında ailə münasibətləri pisləşdiyi üçün mübahisələr məhkəmə qaydasında araşdırılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-37/2021 nömrəli qətnaməsinə əsasən həyətləri arasındakı iki qapının bağlanmasına dair iddiaçının iddiası rədd edilmişdir. Məhkəmə həyətlər arasındakı iki qapının bağlanmasına dair iddianın təmin etməməsini onunla əsaslandırmışdır ki, qapıların bağlanması ancaq mülkiyyətçi tərəfindən mümkündür. Lakin, hazırda cavabdehin həyətindən mal-qarası, toyuq, cücəsi həyətə keçərək ziyanlıq vurduğu üçün qapıların bağlanmasına cəhd etsədə cavabdeh ona imkan verməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh doğma qardaşdırlar. O, hesab edir ki, iddia əsassız olduğu üçün rədd olunmalıdır. Çünki tərəflərin valideynləri dünyasını dəyişdikdən sonra cavabdeh və digər bacı qardaşlarının razılığı ilə sözü gedən evdə iddiaçı yaşamağa başlamışdır. Sözü gedən qapılar isə tərəflərin valideynləri hələ sağ ikən açılmışdır. Cavabdehin mərhum atası ölməmişdən qabaq isə bütün əmlaklarını tərəflərin digər qardaşı hazırda Rusiyada yaşayan X1 vəsiyyət etmiş, X2 isə bütün əmlakının idarə edilməsi üçün cavabdehə ehtibarnamə vermişdir. İddiaçı sözü gedən qapıların bağlanması ilə bağlı 2021-ci ildə iddia qaldırsada Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-37/2021 saylı qətnaməsinə əsasən həyətləri arasındakı iki qapının bağlanmasına dair iddiası əsassısız olduğundan rədd edilmişdir. Bundan başqa iddiaçının yuxarı instansiya məhkəmələrinə şikayətlər etməsinə baxmayaraq heç-bir nəticə əldə edə bilməmişdir. Odur ki, hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2013-cü il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, Abbasov X4 Rayon Qaravəlli kəndində yerləşən bütün əmlakını doğma oğlu X1 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ehtibarnamənin surətindən görünür ki, X2 bütün əmlakının idarə edilməsi üçün Cavabdeh ehtibarnamə vermişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-37/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı həyətinə açılan qapının bağlanması və 948 manat pul tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Zərdab Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(035)-37/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-336/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı həyət qapısının məcburi bağlanması və dövlət rüsumu tələbinə dair ərizəsi üzrə 2(035)-336/2022 saylı mülki işin icraatına xitam verilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-336/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-935/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı şikayəti təmin edilməmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-336/2022 nömrəli qərardadı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1150/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin olunaraq Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 935/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-648/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı şikayəti təmin edilərək hazırki iş üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. “Mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanunun normaları imperativ qaydada olmaqla mülkiyyətçilərin hüquqlarını digər şəxslərin özbaşnalığından qorumaq məqsədi daşıyır. Göründüyü kimi, mülkiyyət qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi umumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırılan iddia ərizəsinə, iş materiallarına iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı mübahisəli qapıların cavabdeh tərəfindən qoyulmasını məhkəmə iclasında sübuta yetirə bilməmiş, iddiaçının nümayəndəsinin həmin xüsusat barəsində verdiyi izahatı cavabdehin nümayəndəsinin izahatı ilə tam şəkildə təkzib edilmiş, iddiaçı məhkəməyə başqa sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı sözügedən həyətin sahibi olduğu halda onun iradəsinə zidd olaraq qoyulduğunu iddia etdiyi istənilən qapını bağlamaqda ixtiyarlıdır və bunun üçün dövlətin sanksiyalaşdırmasına lüzum yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının izahatı iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidi ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən mübahisələndirilən qapı həyətlər arası hasarda olmaqla, cavabdeh tərəfindən deyil, tərəflərin atası tərəfindən qoyulmuş, iddiaçı və cavabdeh bölgünü bu qaydada qəbul etmiş, yalnız zərurət olduqda, yəni bir-birlərinə gedib-gəlmək lazım olanda istifadə etmişlər. Göründüyü kimi iddiaçı tərəf iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “həyət qapısının məcburi olaraq bağlanması və dövlət rüsumu tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar