Məhkəmə qərarları › İş №2(035)-485/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-485/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-485/2023 27.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə cavabdehdən hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə aralarında rəsmi nikahları bağlanmış, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə bir evdə yaşasalarda, cavabdeh uşaqların saxlanılmasında köməklik etmir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə bir evdə yaşasalarda, ailə münasibətləri tamamilə kəsilmişdir. Cavabdeh Zərdab rayon Uşaq İncəsənət məktəbində fortepiano müəlliməsi işləyir, aylıq 1060 manat əmək haqqı alır. Lakin, cavabdeh uşaqların saxlanılmasında ona maddi köməklik etmir. Özü uşaqların ehtiyaclarını tam ödəyə bilmir. Məsələ ilə bağlı mediasiyaya müraciət etsədə də, cavabdehlə qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində cavabdehdən hər uşağa görə 300 manat, cəmi 600 manat aliment tutulmasını istəsədə, hazırda məhkəmədən Aysun və Aylinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 220 manat, cəmi 440 manat aliment tutlması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh Hasil qızı izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı ilə ailə münasibətləri tamamilə kəsilmişdir. Uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat aliment ödəməyə razıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X2 arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə nikah akt qeydləri kitabında 205 saylı № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İşdə olan AZE seriyalı 11846756 nömrəli və AZE seriyalı 11846755 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. İşdə olan mediator X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023- 01812 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı ilə Cavabdeh ailə mübahisəsi-aliment ödənişi tələbinə dair mediasiya prosesindən keçmişlər, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, iddianı qismən müdafiə etdiyini bildirərək, hər uşağa görə 220 manat olmaqla 440 manat alimentin təyin olunmasını xahiş etmişdir. İşdə olan Cavabdeh tərəflindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Zərdab Uşaq İncəsənət Məktəbində müəllim işlədiyini, hər ay 1060 manat əmək haqqı aldığını, iddianı qəbul etdiyini, hər uşağa 220 manat olmaqla 440 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları -xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin arasında olan nikah pozulmamış, lakin tərəflər bir evdə yaşasalar da ailə münasibətləri tamamilə kəsilmişdir. Cavabdeh Zərdab rayon Uşaq İncəsənət məktəbində fortepiano müəlliməsi işləyir, aylıq 1060 manat əmək haqqı alır. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya maddi köməklik etmir. İddiaçı uşaqların ehtiyaclarını tam ödəyə bilmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdehlə qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı qismən müdafiə edərək cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat aliment tutulmasını xahiş etmiş, öz növbəsində cavabdeh iddianı qismən qəbul edərək hər uşağa görə 220 manat, cəmi 440 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı uşağın mənafeyi üstün tutulmalı və onların normal inkişafı təmin edilməlidir. Bu məqsədlə cavabdehdən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə uşaqlara görə cavabdehdən tutulmalı olan alımentin miqdarını müəyyənləşdirərkən iddiaçının cavabdehdən hər uşağa görə hər ay 220 manat, cəmi 440 manat aliment tutulmasını tələb etməsi və cavabdehin həmin miqdarda aliment ödəməyə razı olması barədə iradə ifadələrini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinəəsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrəiddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 220 manat x 2=440 manat x 12 ay = 5280 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 72.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 72.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar