Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-492/2025 27.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qoşaoba X2rşı “əməkhaqqı tələbi”nə dair, cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçı qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Əməkhaqqı və pul tələbi) X17 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Qoşaoba Sudan X11 nümayəndəsi - X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh Qoşaoba X2rşı “əməkhaqqı tələbi”nə dair, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçı qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 27 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qoşaoba X2rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh icraçı direktoru X3, 2020-ci ilin 2 ayı, 2021-ci ilin 3 ayı, 2022-ci ilin 2 ayı, 2023-cü ilin 3 ayı və 2024-cü ilin 10 ayı üzrə ödənilməmiş 6575 manat əmək haqqının, son haqq-hesab pulunun və 2020, 2021, 2022, 2023-cü illər və 2024-cü ilin 10 ayı üzrə rabitə və yanacaq xərclərinə görə ödənilməmiş 6148 manatın və ödənilmiş dövlət rüsumuna görə 129 manatın, ümumilikdə 12.852 manat məbləğində pulun məcburi qaydada cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X8 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Qoşaoba Sudan X13 vurduğu 1855 manat məbləğində maddi ziyandan ödənilməmiş son haqq-hesab pulu çıxıldıqdan sonra, qalan məbləğin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq Qoşaoba Sudan X11 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X21 X10 mühasib vəzifəsində çalışsa da, lakin, 2023-cü ildən etibarən isə əmək müqaviləsinin bildirişində dəyişiklik edilməklə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir. Cavabdeh Qoşaoba Sudan X11 icraçı direktoru X8 tərəfindən onun xəbəri və razılığı olmadan onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Cavabdeh, iddiaçının işlədiyi 2020, 2021, 2022 və 2023-cü illərin yanvar, fevral və dekabr aylarında, həmçinin 2024-cü ilin yanvar–oktyabr ayları üzrə müəyyən olunmuş son haqq-hesab pulunu, eləcə də həmin dövrlərdə təlimata əsasən nəzərdə tutulmuş yanacaq (benzin) və mobil rabitə xərclərini də ödəməmişdir. Belə ki, iddiaçının əmək haqqısı 2020-ci il üzrə 250 manat, 2021-ci il üzrə 300 manat, 2022, 2023 və 2024-cü illər üzrə isə 345 manat olmuşdur. Bu isə onu göstərir ki, iddiaçının işlədiyi müddətdə almamış əmək haqqısı 2020-ci ilin yanvar və fevral ayları üzrə (hər ay 250 manat olmaqla) 500 manat, 2021-ci ilin yanvar, fevral və dekabr ayları üzrə (hər ay 300 manat olmaqla) 900 manat, 2022-ci ilin yanvar və fevral ayları üzrə (hər ay 345 manat olmaqla) 690 manat, 2023-cü ilin yanvar, fevral və dekabr ayları üzrə (hər ay 345 manat olmaqla) 1035 manat, 2024-cü ilin yanvar–oktyabr ayları üzrə (hər ay 345 manat olmaqla) isə 3450 manat təşkil etmişdir. Beləliklə, iddiaçının ümumilikdə almamış əməkhaqqı, son haqq hesab pulu 6575 (altı min beş yüz yetmiş beş) manat təşkil etmişdir. Həmçinin 2020, 2021, 2022, 2023-cü illər və 2024-cü ilin ilk on ayı ərzində iddiaçıya ümumiyyətlə nə yanacaq, nə də mobil telefondan istifadə ilə bağlı rabitə xərcləri ödənilməmişdir. Belə ki, birlik tərəfindən xidmətlə əlaqədar olaraq hər gün üçün 3 manat yanacaq pulu, hər ay isə 16 manat mobil telefondan istifadə üçün vəsait verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh, son haqq hesab pulu ilə yanaşı, həmin illər üzrə bu xərcləri də iddiaçıya ödəməmişdir. Bu isə onu göstərir ki, ödənilməmiş yanacaq (benzin) xərclərinin qeyd olunan illər üzrə ümumi məbləği 5220 manat, mobil rabitə xərclərinin ümumi məbləği isə 928 manat olmaqla, cəmi 6148 (altı min bir yüz qırx səkkiz) manat vəsait təşkil etsə də, hazırkı vaxta kimi cavabdeh həmin pulları iddiaçıya ödəməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş əməkhaqqı, son haqq hesab pulunun ümumi məbləği 6575 (altı min beş yüz yetmiş beş) manat, ödənilməmiş yanacaq və mobil rabitə xərclərinin ümumi məbləği isə 6148 (altı min bir yüz qırx səkkiz) manat olmaqla, ümumilikdə 12.723 (on iki min yeddi yüz iyirmi üç) manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X21 X10 mühasib vəzifəsində çalışsa da, lakin, 2023-cü ildən etibarən isə əmək müqaviləsinin bildirişində dəyişiklik edilməklə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir. İddiaçı çalışdığı illərdə ciddi əmək pozuntularına yol verdiyinə görə onun tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Belə ki, cavabdehin vətəndaşlardan birbaşa nağd pul qəbul etmək səlahiyyəti olmadığı halda, cavabdeh vətəndaşlardan istifadə olunmuş su pullarını toplayaraq şəxsi məqsədləri üçün xərcləmişdir. X19 X13 maddi ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehdən dəymiş maddi ziyanı birliyin hesabına ödəməsini tələb etsə də, bu istiqamətdə müsbət nəticə əldə edə bilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən rayon prokurorluğuna müraciət edilmiş və müraciət əsasında müvafiq araşdırmalar aparılaraq vətəndaşların izahatları alınmışdır. Vətəndaşlar, ödənişləri şəxsən İddiaçı verdiklərini təsdiq etmişdirlər. Eyni zamanda, müstəqil auditor "xxxx" MMC tərəfindən 10 oktyabr 2024-cü il tarixdə verilmiş audit rəyində cavabdehin qanunsuz hərəkətləri nəticəsində birliyə ümumilikdə 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan dəydiyi göstərilmişdir. Qarşılıqlı iddiaçı həmçinin qeyd etmişdir ki, İddiaçı birliyə maddi ziyan vurduğundan və buna görə birliyin hesabında vəsait olmadığından, cavabdeh işdən azad edildiyi zaman ona son haqq-hesab pulu ödənilməmişdir. Hesab edir ki, ilkin iddiaçının son haqq-hesab pulu onun vurduğu ziyanlıq məbləğindən çıxıldıqdan sonra, qalan məbləğ cavabdehdən alınaraq birliyin hesabına ödəməlidir. Buna əsasən, məhkəmədən ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh X21 X11 icraçı direktoru X8 ilə 2021-2024-cü illər ərzində bir yerdə çalışmışdırlar. Belə ki, o, əvvəllər X21 X10 mühasib vəzifəsində çalışsa da, 2023-cü ildən etibarən isə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir. Lakin, cavabdeh Qoşaoba Sudan X11 icraçı direktoru X8 onun xəbəri olmadan onunla bağlanmış əmək müqaviləsinə 01 avqust 2024-cü il tarixdə xitam vermişdir. İşdən azad olunsada lakin cavabdeh onun 2020-ci ilin 2 ayı,2021ci ilin üç ayı,2022-ci ilin 2 ayı,2023-cü ilin 3 ayı və 2024-cü ilin 10 ayı üzrə əməkhaqqı və son haqq hesab pulunu ödəməmişdir. Eyni zamanda birliyə rabitə və yanacaq xərci ayrılsada bundanda ona heç bir ödəniş verilməmişdir. Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını son haqq hesab pulu və digər xərclərə görə cəmi 12852 manat pulun alınaraq ona verilməsini xahiş edir. Qarşılıqlı iddiaya münasibətdə isə bildirir ki, vətəndaşlardan pulu bəzən nəğd qaydada əldə etsədə lakin əldə etdiyi pulları birliyin direktoru X5 vermişdir. Əldə olunmuş pulları şəxsi məqsədləri üçün istifadə etməmişdir. Buna əsasən qarşılıqlı iddianın rədd olunmaısnı xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qoşaoba sudan X11 icraçı direktoru X8 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 31 may 2020-ci il tarixdən etibarən Qoşaoba sudan X11 icraçı direktoru vəzifəsində çalışır. İddiaçı ilk dəfə 01 mart 2021-ci il tarixdə Qoşaoba Sudan X13 işə qəbul etmişdir. Əslində həmin şəxsin vəzifəsi su mirabı olsada texniki səhv olaraq onunla mühasib kimi əmək müqaviləsi bağlanılmışdır. Lakin sonradan əmək müqaviləsində dəyişiklik edərək onu,su mirabı vəzifəsinə keçirmişdir. İddiaçı vətəndaşlardan su üçün müəyyən olunmuş məbləği şəxsən yığaraq birliyin bank hesabına köçürmədən şəxsi məqsədləri üçün xərcləmişdir. Buna əsasən birliyə ümumilikdə 1855 manat maddi ziyanlıq vurmuşdur. İddiaçı dəfələrlə mənimsədiyi pulu birliyin hesabına köçürməsini tələb etsədə müsbət nəticə əldə edə bilməmişdir. Buna əsasən hazır ki, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasına münasibətdə isə bildirir ki, su mirabı vəzifəsi mövsümü xarakterli vəzifədir. İddiaçı 2020,2021,2022,2023,2024-cü illərin müəyyən ayları üzrə əməkhaqqı tələb etsədə lakin həmin dövrlərdə mövsüm bitdiyindən birlyin fəaliyyəti müvəqqəti dayandırılmış və hətda həmin dövrlər üçün məcburi dövlət ödənişləridə hesablanmamışdır. Eyni zamanda qeyd edir ki, İddiaçı mənimsəmə faktı olduğundan həmin şəxsin bir aylıq əməkhaqqısını və son haqq hesab pulunu ödəməmişdir. Buna əsasən iddianı qismən qəbul edir və bir aylıq əmək haqqı və son haqq hesab pulunu ödəməyə etiraz etmir. İlkin iddiaçının digər pul tələbi isə əsassızdır. Belə ki, həmin şəxsə nəqliyyat və rabitə xərci üçün heç bir pul ayrılmamışdır. Buna əsasən iddianı o hissədə qəbul etmir. Mülki işdə olan sənədlər: İşdə olan 31 may 2020-ci il tarixli 11 saylı əmrdən Çıxarışdan müəyyən olunur ki,X1 Sudan X13 icraçı direktor təyin olunmuşdur. İşdə olan Qoşaoba Sudan X11 xx.xx.2021-cü il tarixli, 12 saylı əmrindən görünür ki, İddiaçı Qoşaoba Sudan X10 mühasib vəzifəsinə təyin edilmişdir. İşdə olan Qoşaoba Sudan X11 xx.xx.2023-cü il tarixli, 13 saylı əmrindən görünür ki, su mirabı vəzifəsini icra edən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Qoşaoba Sudan X11 xx.xx.2023-cü il tarixli, 14 saylı əmrindən görünür ki, İddiaçı Qoşaoba Sudan X10 su mirabı vəzifəsinə təyin edilmişdir. İşdə olan Qoşaoba Sudan X11 xx.xx.2024-cü il tarixli, 16 saylı əmrindən görünür ki, su mirabı vəzifəsini icra edən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında Zərdab rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış materiallar üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir İşdə olan mediator X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № MŞŞ/MT018/2025- 00594 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında olan mübahisənin mediasiya qaydasında həll edilməsi üçün İddiaçı müraciət etsə də, X8 mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 129 manat dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 16-cı maddəsinə görə əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsinin 2-ci maddəsinə görə Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habeləbu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 4-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 191.1-ci maddəsinə görə Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192.1-ci maddəsinə görə Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2-ci maddəsinə görə Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.1-ci maddəsinə görə Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, araşdırılan iddia ərizələrindən və tədqiq edilən işin materiallarından müəyyən olundu ki, ilkin iddia üzrə İddiaçı X21 X10 2021-2024-cü illər ərzində mühasib və su mirabı vəzifəsində çalışmışdır. Məhkəmə ilk öncə ilkin iddiaya münasibətdə bildirir ki, iş üzrə cavabdeh X18 Edənlər Birliyin icraçı direktoru iddianı qismən qəbul edərək bir ayın əmək haqqısını və ödənilməmiş son haqq hesab pulunu iddiaçıya ödəməyə hazır olduğunu bildirmişdir. Buna əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalıdır. İddiaçının digər tələblərinə münasibətdə isə məhkəmə bildirir ki, ilkin iddia üzrə cavabdeh X18 Edənlər Birliyin icraçı direktoru həmin hissədə iddianı qəbul etmədiyindən və eyni zamanda iddiaçı tərəfindən işin hallarının sübuta yetirilməsi ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim olunmadığından həmin hissədə iddia rədd olunmalıdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə bildirir ki,X8 1855 manat maddi ziyanlığdan ödənilməmiş son haqq hesab pulu çıxıldıqdan sonra qalan pulun birliyin hesabına köçürülməsini tələb etsədə lakin İddiaçı tərəfindən birliyə maddi ziyanlıq vurulması faktı öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, işin hallarından müəyyən olunur ki, X8 fiziki şəxs olaraq qarşılıqlı iddia ilə məhkəməyə müraciət etsədə lakin onun iddia üçün subyektiv hüququ olmamışdır. Belə ki, işin hallarında Qoşaoba Sudan X13 maddi ziyanlıq vurulduğu müəyyən olunsada lakin iddiaçı qismində X8 tanınmışdır. Buna əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd olunmalıdır Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş iddia qismən təmin olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı X18 Edənlər Birliyi tərəfindən verilmiş iddia isə əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 129 manat pul ilkin iddia üzrə cavabdeh Qoşaoba Sudan X10n tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən son haqq-hesab pulu və işin məhkəmədə baxılmasına görə ödənilmiş 129 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-492/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-492/2025
27.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver