Məhkəmə qərarları › İş №2(035)-499/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-499/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-499/2023 11.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər:Vurulmuş maddi zərərin ödənilməsi tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 11 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borclu olduğu 1200 manat, əldən çıxmış faydaya görə 1200 manat, vurulmuş maddi zərərə görə 1350 manat məbləğində pulun, cəmi 3750 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh çoban kimi işə götürmüşdür. O, cavabdehi işə götürmək istəyərkən onun cavabdehlə arasında 2023-cü ilin yanvar ayında telefon danışıqları zamanı cavabdeh ona bildirmişdir ki, evdə ərzağı olmadığlı üçün ailəsini bu vəziyyətdə qoyub çıxa bilmir. Bu sözlərdən sonra o, narahat olaraq cavabdehə Ağdaş rayonun poçt vasitəsi ilə ərzaq alması üçün 200 manat pul göndərmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdən onun yanında çoban kimi işləməyə başladıqdan sonra isə cavabdeh müxtəlif bəhanələrlə ondan müxtəlif vaxtlarda borc şəklində 1200 manat pul almışdir. Hesab edir ki, cavabdehə verdiyi 1200 manat pul bu vaxta qədər əldən çıxmış faydanıda nəzərə alsaq 2400 manat edərdi. Odur ki, o, həmin 1200 manat pulu da, cavabdehdən tələb edir. Bundan əlavə cavadeh onun bir baş keçi, bir baş çəpiş, üç baş qoyun, iki baş quzusunu qəsdən öldürməklə ona maddi ziyan vurmuşdur. Beləliklə, o, hesab edir ki, cavabdeh tərəfindən ona borclu olduğu 1200 manat, əldən çıxmış faydaya görə 1200 manat, vurulmuş maddi ziyana görə 1350 manat, cəmi 3750 manat məbləğində olmaqla ziyan vurmuşdur. Ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 2023-cü ilin yanvar ayında bir neçə şəxsə çobana ehtiyacı olması barədə məlumat vermişdir. Onlarda ona Cavabdeh məsləhət bildikləri üçün cavabdehi işə götürmüşdür. Cavabdehlə onun arasında 2023cü ilin yanvar ayında telefon danışıqları zaman cavabdeh ona bildirmişdir ki, evdə ərzağı olmadığı üçün ailəsini bu vəziyyətdə qoyub çıxa bilmir. Bu sözlərdən sonra o, narahat olaraq cavabdehə Ağdaş rayonun poçt vasitəsi ilə ərzaq alması üçün 200 manat pul göndərmişdir. Cavabdeh 02 fevral 2023-cü il tarixdən onun yanında çoban kimi işləməyə başlamışdır. O, cavabdehlə müqavilə bağlamağı təklif etdikdə, cavabdeh şəxsiyyət vəsiqəsinin Kəlbəcər rayonunun Şurtan kəndində məktəb direktoru olan İlham müəllimdə olduğunu bildirmişdir. Sonra isə cavabdeh müxtəlif bəhanələrlə ondan müxtəlif vaxtlarda 1200 manat əlavə borc pul almışdır. Hesab edir ki, 1200 manat pul bu vaxta qədər əldən çıxmış faydanı da nəzərə alsaq 2400 manat olardı. Bundan əlavə iddiaçı hesab edir ki, cavadeh onun bir baş keçi, bir baş çəpiş, üç baş qoyun, iki baş quzusunu qəsdən öldürmüşdür. Beləliklə, o, hesab edir ki, cavabdeh tərəfindən ona borclu olduğu 1200 manat, əldən çıxmış faydaya görə 1200 manat, vurulmuş maddi zərərə 1350 manat olmaqla, cəmi 3750 manat məbləğində ziyan vurmuşdur. Dəymiş maddi ziyanla bağlı Zərdab Rayon Polis Şöbəsinə müraciət etsədə, lakin, Polis Şöbəsində ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir. Ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməmyə təqdim edilən ərizədən görünür ki, o, iddianı qismən qəbul edərək aldığı 1200 manat borcu etiraf etdiyini və həmin zərəri ödəməyə razı olduğunu bildirmişdir. İşdə olan Zərdab Rayon İHB-nın Qoşaoba kənd icra nümayandəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 255 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Kəlbəcər rayonundan olan məcburi köçkündür və hal hazırda Zərdab rayonu Qoşaoba kəndi ərazisində yaşayır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 46-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 78.1, 217.3, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyə zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı araşdırılan iddia ərizəsindən, iddiaçının izahatından və Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən və cavabdehin özünün izahatından müəyyən olundu ki, cavabdeh xx.xx.2023-cü il tarixdən iddiaçının yanında çoban kimi işləməyə başladıqdan sonra iddiaçıdan müxtəlif bəhanələrlə müxtəlif vaxtlarada 1200 manat borc pul almışdır. İddiaçı hesab edir ki, cavabdehə verdiyi 1200 manat pul hazırda əldə çıxmış fayda nəzərə alınsa bu günə 2400 manat olardı. Bundan əlavə iddiaçı hesab edir ki, cavadeh onun bir baş keçi, bir baş çəpiş, üç baş qoyun, iki baş quzusunu qəsdən öldürmüşdür. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı məhkəmə prosesində nə əldən çıxmış faydanı nədə ki, dəymiş maddi ziyanı, əsaslandıra bilməmiş və bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda adı çəkilən maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia tələbində əldən cıxmış faydanın və xırda buynuzlu heyvanlarına dəymiş maddi zərərləri tələb etməsinə baxmayaraq bu iddia tələbinə aid heç bir mötəbər sübutu məhkəməyə təqidim edməmişdir. Odur ki, məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia maddi zərərin ödənilməsi ilə bağlı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, eləcə də cavabdehdən tutulmalı olan 1200 manat təşkil etdiyindən həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 1200 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilməli olan 32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar